Məhkəmə qərarları › İş №3(041)-792/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-792/2023

25.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-792/2023 25.08.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X10, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1961-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ikinci qrup əlil, Kürdəmir rayonu, Qaramahmudlu kəndində qeydiyyatda olmaqla yaşayan. FİN xxxxxxx Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində Kürdəmir rayonu Qaramahmudlu kəndi ərazisində Kürdəmir rayon polis şöbəsinin əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi İ.Ə.Sadıov izahatında göstərdi ki, Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsində icra olunası icra sənədi vardır, həmin icra sənədinin icrası ilə bağlı Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 polis əməkdaşları ilə birlikdə Kürdəmir rayonu Qaramahmudlu kəndinə getmişlər. İcra tədbirləri zamanı Şəxs icra məmuru M.Şirnalıyevin üzərinə hücum çəkərək icra sənədini icrasına maneəçilik törədərək ucadan səs-küy salaraq nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları Şəxs nizam intizama dəvət edərək onu sakitləşdirməyə çalışmışlar, lakin Şəxs onlara məhəl verməyərək öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Nəticədə onu polis şöbəsinə apararaq izahatını almışlar, şöbədə Şəxs hərəkələrindən peşman olduğunu bildirmiş və baş verənləri etiraf edici izahatında qeyd etmişdir. Bundan sonra Şəxs barəsində Azərbaycan Respubikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib etmiş və aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, barəsində olan icra vərəqəsinə əsasən xx.xx.2023-cü il tarixdə Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 polis əməkdaşları ilə birlikdə onun yaşadığı Kürdəmir rayonu Qaramahmudlu kəndinə gəlmişlər. O, avtomobillə yaşadığı evə gələrkən yolda traktorun küçədə olan köhnə kanalı təmizlədiyini görmüş və dərhal avtomobildən düşərək əvvəl traktorun sürücüsünə hücüm etmiş, sonrada icra məmuru Məhərrəm Şirnalıyevə hücum edərək icara sənədini icra etməkdə onlara maneəçilik törətmiş, həmçinin əsəbləşdiyi üçün ucadan nalayiq ifadələr işlədərək onları təhqir etmişdir, həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq onu nizam intizama dəvət etmişlər və izahat verməli olduğunu bildirərək polis şöbəsinə aparmaq istəmişlər, lakin əsəbi olduğu üçün öz hərəkətlərini davam etdirmişdir. Nəticədə onu polis şöbəsinə apararaq izahatını almışlar. İzahatı alındıqdan sonra onun barəsində İXM-nın 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edildiyini bilmiş və həmin protokolla razı olmuşdur. Etdiyi hərəkətin düz olmadığını dərk edir, bir daha belə nöqsanlara yol verməyəcəyini bildirərək əməlindən peşman olmasını nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəm iclaında şahid kimi dindirilən X3 ifadəsində bildirdi ki, Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsində olan icra sənədinin icrası ilə bağlı Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 ilə birlikdə Kürdəmir rayonu Qaramahmudlu kəndinə getmişlər. İcra tədbirləri zamanı Şəxs icra məmuru M.Şirnalıyevin üzərinə hücum çəkərək icra sənədini icrasına maneəçilik törədərək ucadan səs-küy salıb nalayiq ifadələr işlətmişdir. Şəxs nizam intizama dəvət edərək onu sakitləşdirməyə çalışmışlar, lakin Şəxs onlara məhəl verməyərək öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Nəticədə onu polis şöbəsinə apararaq izahıtını almışlar, etiraf edici izahatından sonra Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Kürdəmir rayon polis şöbəsinin İTB-nin polis nəfəri X4 və X5 da şahid X3 ilə eyni məzmunda ifadə verib həmin faktları təsdiq etdi. Şəxs törətdiyi inzibati xəta özünün etirafı, şahidlərin ifadəsi, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, o, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində törətdiyi inzibati xətaya görə həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs əməlindən peşman olmasını, törətmiş olduğu əməli səmimi etiraf etməsini, ikinci qrup əlil olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nın 31.4-1-ci maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, AZA000219 nömrəli inzibati qaydada tutuma haqqında protokoldan görünür ki, Şəxs 17.30-da inzibati qaydada tutulmuş və xx.xx.2023-cü il tarixdə saat 12.30-da azad edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Şəxs barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilərkən onun 01 (bir) gün inzibati qaydada tutulma müddəti nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 200 (iki yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası İXM-nın 31.4-1-ci maddəsi tətbiq edilərək Şəxs 01 (bir) gün inzibati qaydada tutulma müddəti nəzərə alınsın və üzərində qəti olaraq 150 (bir yüz əlli) manat cərimə saxlanılsın. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar