Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-792/2024 07.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Kafari Ariz Ağaəli oğlu və zərərçəkmiş şəxs X1 iştirakı ilə xx.xx.1975-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir şəhəri,İ.Məmmədov küçəsi, ev 2/2-də qeydiyyatda olmaqla yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Kürdəmir şəhəri,H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Kürdəmir rayon poli şöbəsi tərəfindən Şəxs barəsində oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati icraata başlanılmış və baxılması üçün aidiyyəti üzrə Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab edir ki, inzibati xətalar eyni şəxs tərəfindən törədildiyinə və baxılması eyni orqanın səlahiyyətinə aid olduğuna görə həmin inzibati xəta haqqında işlərə eyni vaxtda baxılmalı və bir icraatda birləşdirilməlidir. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs göstərdi ki, o, evdə olarkən polis əməkdaşları gələrək barəsində olan şikayətlə əlaqədar onlarla birlikdə polsi şöbəsinə geməlini tələb etmiş o, da heç bir söz demədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra güya o, Akifə adlı xanımla mübahisə etmişdir. O, polis şöbəsində izahat verərək heç kimlə mübahisə etmədiyini bildirmiş və həmin şəxsin polisə gətirilərək üzləşdirilməsini xahiş etsə də həmin şəxs polis şöbəsinə gəlməmişdir. Hesab edir ki, o, heç bir inzibati xəta hadisəsi törətməmişdir,odur ki, barəsində ədadlətli qərara qəbl edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs həm də şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, Kürdəmir rayon polis şöbəsində PPXB-də polis nəfəri işləyir. xx.xx.2024-cü il tarixdə xidmətdə olarkən növbətçi hissədən Şəxs şöbəyə gətirilməsi üçün kömək istənilmiş və onlar həmin yerə getmişlər. Qeyd edilən ünvana çatanda adını sonradan bildiyi Şəxs polis əməkdaşları ilə mübahisə etdiyini və polis əməkdaşlarına müqavimət göstərdiyini görüb onun qolundan yapışmış və Şəxs ucadan qışqıraraq onu da nalayiq ifadələrl təhqir etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 göstərdi ki, o, Kürdəmir RPŞ İTB-də polis sahə rəisi vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Kürdəmir rayon sakini Zərərçəkmiş şəxs DİN-nin 102 xidmət mərkəzinə zəng edərək bir nəfər şəxsin küçə qapısının qarşısnda duraraq ucadan qışqıraraq nalayiq ifadələr işlətməsi deərək şikayət etmiş və dərhal polis əməkdaşları həmin yerə getmiş, həmin vaxtı orada olan və adını sonradan bildikləri və sərxoş vəziyyətdə olan Şəxs şöbəyə dəvət etsələr də o, gəlmək istəməmiş və polis əməkdaşları ilə mübahisə edərk onları təhqir edib qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Şəxs sərxoş olmasını və onun ucadan qışqıraraq nalayiq ifadələr işlədib, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığı göstərilsə də bu barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə öz daxili inamına və təqsirsizlik prezumpsiyası prinsipinə əsaslanaraq hesab edir ki, Şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və onun təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamalığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü (İnzibati məsuliyyətin əsasları) maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Göründüyü kimi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən İXM-yə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Belə olan halda, əməlində heç bir inzibati xəta tərkibi olmayan Şəxs oğlunun AR İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi qanunsuz və əsassızdır. Həmin Məcəllənin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda. inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, AZA ******* nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 21.10-da inzibati qaydada tutulmuşdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs oğlunun əməlində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsinvə o,dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Qərardan 10 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-792/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-792/2024
07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver