Məhkəmə qərarları › İş №3(041)-793/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-793/2024

07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-793/2024 07.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Kürdəmir RPŞ-nin İTB-nin polis baş leytenantı X3, Kürdəmir RPŞ-nin DYPB-nin Kürdəmir rayonu, yol patrul xidməti inspektoru, polis baş serjantı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Kürdəmir rayonunun Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ərazi dairəsi, Yenikənd kəndi ünvanında qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan Fin: (xxxxxxx), Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Kürdəmir Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Arzu Rzayev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə dair Kürdəmir Rayon Polis X1 Bölməsinin polis baş leytenantı X5 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli və Kürdəmir RPŞ-nin DYPB-nin YPX üzrə inspektoru polis baş serjantı X4 tərəfindən tərtib edilmiş İXB ******* nömrəli inzibati xəta haqqında protokollar üzrə toplanmış material baxılması üçün aidiyyəti üzrə xx.xx.2024-cü il tarixdə Kürdəmir Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokollardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etibarnamə ilə ona məxsus olan “Hyundai Elantra” minik markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə, beton asvalt örtüklü yolda əl əyləcindən istifadə edərək avtomobili fırladıb, asvaltda iz buraxmaqla avtoxuliqanlıq edib. Bu zaman dostu kənardan video qeyd edərək, sosial şəbəkələrdə paylaşıb. xx.xx.2027-cü il tarixdə, saat 22:15 radələrində Kürdəmir şəhəri, Babək pr.-də idarə etdiyi “Hyundai Elantra” minik markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yolun hərəkət hissəsində saxlayıb “Bolmart” marketə getmişdir. Avtomobilin yanında qayıdanda DPY-nin inspektoru ona yaxınlaşaraq, avtomobili yolun hərəkət hissəsində niyə saxladığını sual verib və ona bildirilib ki, avtomobillə birlikdə Kürdəmir Rayon Polis Şöbəsinə daxil olmuş məlumatın araşdırılması üçün Kürdəmir Rayon Polis Şöbəsinə yaxınlaşmalıdır. Bu zaman o, əsəbi olduğu üçün gedib maşındakı şəxsləri düşürdüb gələcəyini bildirərək oradan uzaqlaşmaq istədikdə bu zaman Yol Polisi əməkdaşları ilə aralarında mübahisə yaranmışdır. O, Yol Polisi əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Həmin ərazidə xidmət aparan PPX əməkdaşlarının köməyi ilə onu PPX avtomobilinə əyləşdirərək tabesizlik göstərdiyi üçün məcburi şəkildə Kürdəmir Rayon Polis Şöbəsinə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Kürdəmir Rayon Polis X1 Bölməsinin polis baş leytenantı X5 tərəfindən Şəxs barəsində xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Daha sonra, Kürdəmir Rayon Polis X1 Bölməsinin sahə rəisi polis baş leytenantı X6 tərəfindən Şəxs barəsində xx.xx.2024-cü il tarixli, AZA seriyalı, 000481 nömrəli inzibati qaydada tutma haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Kürdəmir RPŞ-nin DYPB-nin Kürdəmir rayonu, yol patrul xidməti inspektoru, polis baş serjantı X4 izahatından bildirdi ki, DİN-nin BİKİ-sindən daxil olmuş təlimat məktubu ilə əlaqədar olaraq həmin avtomobili idarə edən sürücü Şəxs barəsində İXM-nin 511.1.3-cü maddəsi ilə İXB ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, Şəxs videogörüntüdən göründüyü kimi mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması əməlini törətmişdir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Kürdəmir Rayon Polis X1 Bölməsinin polis baş leytenantı X5 tərtib elədiyi protokolu müdafiə edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.2027-cü il tarixdə, saat 22:15 radələrində Kürdəmir şəhəri, Babək pr.-də idarə etdiyi “Hyundai Elantra” minik markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yolun hərəkət hissəsində saxlayıb “Bolmart” marketə getmişdir. O, avtomobilin yanında qayıdanda ona yaxınlaşaraq, avtomobili yolun hərəkət hissəsində niyə saxladığını sual verilib və ona bildirilib ki, avtomobillə birlikdə Kürdəmir Rayon Polis Şöbəsinə daxil olmuş məlumatın araşdırılması üçün Kürdəmir Rayon Polis Şöbəsinə yaxınlaşmalıdır. Bu zaman o, əsəbi olduğu üçün gedib maşındakı şəxsləri düşürdüb gələcəyini bildirərək oradan uzaqlaşmaq istədikdə bu zaman Yol Polisi əməkdaşları ilə aralarında mübahisə yaranmışdır. O, Yol Polisi əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Həmin ərazidə xidmət aparan PPX əməkdaşlarının köməyi ilə onu PPX avtomobilinə əyləşdirərək tabesizlik göstərdiyi üçün məcburi şəkildə Kürdəmir Rayon Polis Şöbəsinə gətirilərək Növbətçi Hissəyə təhvil verilmişdir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməli törətdiyini etiraf edərək, bildirdi ki, 2024-cü ilin fevralında etibarnamə ilə ona məxsus olan “Hyundai Elantra” minik markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə, beton asvalt örtüklü yolda əl əyləcindən istifadə edərək avtomobili fırladıb, asvaltda iz buraxmaqla avtoxuliqanlıq edib. Bu zaman dostu kənardan video qeyd edirmiş. Sosial şəbəkələrdə paylaşıb. xx.xx.2027-cü il tarixdə, saat 22:15 radələrində Kürdəmir şəhəri, Babək pr.-də idarə etdiyi “Hyundai Elantra” minik markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yolun hərəkət hissəsində saxlayıb “Bolmart” marketə getmişdi. Avtomobilin yanında qayıdanda DPY-nin inspektoru ona yaxınlaşaraq, avtomobili yolun hərəkət hissəsində niyə saxladığını sual verib və ona bildirilib ki, avtomobillə birlikdə Kürdəmir Rayon Polis Şöbəsinə daxil olmuş məlumatın araşdırılması üçün Kürdəmir Rayon Polis Şöbəsinə yaxınlaşmalıdır. Bu zaman o, əsəbi olduğu üçün gedib maşındakı şəxsləri düşürdüb gələcəyini bildirərək oradan uzaqlaşmaq istədikdə bu zaman Yol Polisi əməkdaşları ilə aralarında mübahisə yarandı. O, Yol Polisi əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb. Həmin ərazidə xidmət aparan PPX əməkdaşlarının köməyi ilə onu PPX avtomobilinə əyləşdirərək tabesizlik göstərdiyi üçün məcburi şəkildə Kürdəmir Rayon Polis Şöbəsinə gətirilərək Növbətçi Hissəyə təhvil verilmişdir. Bundan əlavə verilmiş suallara cavab olaraq onun polisə tabesizlik göstərməsinin təxminən 30-40 dəqiqə çəkdiyini, hal-hazırda törətdiyi əməldən peşman olduğunu, saxlanılarkən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqlarının izah olunduğunu, iş materialları ilə tanış olduğunu, tutulan zaman və polis şöbəsində olduğu dövrdə heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını bildirmiş, məhkəmədən ona inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 06.08..2024-cü il tarixdə saat 22:15 radələrində YPX inspektorlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. xx.xx.2024-cü il tarixli İXB ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs “Hyundai Elantra” minik markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə, beton asvalt örtüklü yolda əl əyləcindən istifadə edərək avtomobili fırladıb, asvaltda iz buraxmaqla avtoxuliqanlıq etmişdir. xx.xx.2024-cü il tarixli AZA 000481 nömrəli nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin gün, saat 23:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan diskə baxış zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etibarnamə ilə ona məxsus olan “Hyundai Elantra” minik markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə, beton asvalt örtüklü yolda əl əyləcindən istifadə edərək avtomobili fırladıb, asvaltda iz buraxmaqla avtoxuliqanlıq etdiyi müəyyən edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyib, həmçinin inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Kürdəmir RPŞ tərəfindən Azərbaycan Respublikası İXM-in 511.1.3 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollar əsaslıdır. Belə ki, Şəxs Azərbaycan Respublikası İXM-in 511.1.3 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı inzibati xəta haqqında protokollar tərtib etmiş şəxslərin izahatları, iş materialları və məhkəmə iclasında toplanmış digər sübutlarla tam sübuta yetirilmişdir. Lakin mənkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Belə ki, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməli törətdiyini etiraf edərək, 2024-cü ilin fevralında etibarnamə ilə ona məxsus olan “Hyundai Elantra” minik markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə, beton asvalt örtüklü yolda əl əyləcindən istifadə edərək avtomobili fırladıb, asvaltda iz buraxmaqla avtoxuliqanlıq etdiyini, bu zaman dostunun kənardan videoçəkiliş apararaq sosial şəbəkələrdə paylaşdığını bildirmişdir. Məhkəmə iclasında araşdırma zamanı həmin hadisədən təxminən 05 aydan artıq müddət keçdiyi müəyyən edilmişdir. Həmin hadisənin 2024-cü ilin fevral ayının əvvəlində baş verməsi faktı inzibati xəta haqqında protokol tərtib etmiş Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən məhkəmə iclasında təkzib edilməmiş, əlavə sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İXM-nə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmədə Şəxs əməlini səmimi etiraf edərək peşiman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında araşdırılmış hallardan göründüyü kimi hadisə Kürdəmir rayonunun ərazisində, “Bolmart” marketin qarşısında, insanların toplaşdığı ərazidə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünün etiraf etdiyi kimi 30-40 dəqiqə ərzində polisin qanuni tələblərinə qəsdən tabe olmamaqla tabesizlik göstəmirşdir. Odur ki, məhkəmə, Şəxs şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, barəsində İXM-in təqsirli bilindiyi 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-cı maddəsi ilə təqsirli bilinib barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq olunsun. Şəxs həbsdə saxlama müddətinin əvvəli 06 avqust 2024-cü il tarixdən, saat 23:00dan hesablansın. Qərarın icrası Kürdəmir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar