Məhkəmə qərarları › İş №3(041)-796/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-796/2023

29.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-796/2023 29.08.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X5, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X1 Zərərçəkmiş şəxs iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1990-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan,evli, Kürdəmir rayonu Çöhramlı kəndində qeydiyyatda olmaqla yaşayan. ş/v- Fin xxxxxxx Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə Kürdəmir şəhər H.Əliyev prospektində “Solitonun” qarşısında Kürdəmir rayonu Qarasaqqal kənd sakini Zərərçəkmiş şəxs təhqir etmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi B.B.Cahanov izahatında göstərdi ki, Kürdəmir rayonu Qarasaqqal kənd sakini Dadaşova X2 rayon polis şöbəsinə ərizə ilə müraciət edərək taksi kimi fəaliyyət göstərən X3 onun ünvanına nalayiq ifadələr işlətdiyini bildirmişdir. Şikayət ərizəsi qeydiyata alınaraq araşdırma aparılması üçün onun icraatına verilmiş, şikayətlə bağlı Şəxs Kürdəmir rayon polis şöbəsinə dəvət edilərək izahatı alınmış, izahatında Şəxs baş verənləri etiraf etdiyindən onun barəsində Azərbaycan Respubikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib etmiş və aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, taksi fəaliyyəti ilə məşğul olmaqla ailəsini dolandırır, Zərərçəkmiş şəxs “Oba” marketdə işləyən işci kimi sadəcə üzdən tanınımış, aralarında heç bir münasibət olmamışdır. xx.xx.2023-cü il tarixdə günorta saatlarında avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olarkən Zərərçəkmiş şəxs sərnişin kimi onun avtomobilinə əyləşərək yaşadığı 5 mərtəbəli binalarının yanına gedəcəyini bildirmişdir. Yolda gedərkən qadına əri ilə aralarında problemlərin olduğunu və ərindən ayrılmaq istədiyini bildirdiyindən qadın dərhal avtomobili “Soliton” mağazasının yanında saxlatdıraraq ona öz iradlarını bildirmiş və yerə düşərkən aralarında qısa müddətli mübahisə olmuşdur. Mübahisə vaxtı küçədə yüksək səslə danışmış, lakin nalayiq ifadələr işlətməmşdir. Səsə-küyə oraya kənar şəxslər toplaşmışdır. Etdiyi hərəkətin düz olmadığını dərk edir, Zərərçəkmiş şəxs və onun ərinə müraciət edib onlardan üzür istəmişdir, Günay və əri onu bağışlamışdır. Əməlindən peşman olmasını və ilk dəfə inzibati xəta törətməsini nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Kürdəmir şəhər ərazisində yerləşən “Oba” marketdə satıcı kimi işləyir, Şəxs əvvəllər tanımayıb. xx.xx.2023-cü il tarixdə günorta saatlarında iş yerindən çıxıb yaşadığı evə getmək üçün yolun kənarında dayanan adını sonradan Elnur olduğunu bildiyi şəxsin taksisinə əyləşmişdir. Taksi ilə evinə gedərkən yolda Şəxs anidən ona xoşa gəlməz sözlər dediyindən maşını saxladaraq yerə düşmüş, yerdə olarkən aralarında qısa müddətli mübahisə baş vermiş, mübahisə vaxtı Elnur ucadan xoşa gəlməz sözlər işlətmişdir. Səsə-küyə ətrafa kənar şəxslər toplaşmışdır. Polis şöbəsinə müraciət edəndən sonra Şəxs ona və onun əri Şahzadə Dadaşova müraciət edib etdiyi hərəkətin düz olmadığını, əməlindən peşman olduğunu bildirərək onlardan üzr istəmişdir. Bütün bunları nəzərə alıb Şəxs barəsində həpslə bağlı olmayan inzibati tənbeh tədbirin tətbiq edilməsini xahiş etdi. Şəxs törətdiyi inzibati xəta özünün etirafı, zərərçəkmiş şəxsin izahatı və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, o, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində törətdiyi inzibati xətaya görə həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs əməlindən peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini və törətdiyi əməli səmimi etiraf etməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 50 (əlli) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar