Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-797/2023 29.08.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir şəhəri iş № 3(041)-797/2023 xx.xx.2023 Məhkəmənin hakimi X10, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X6 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1990-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan,evli, Kürdəmir rayonu Çöhramlı kəndində qeydiyyatda olmaqla yaşayan. ş/v- Fin xxxxxxx Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə, Kürdəmir rayon dörd yol deyilən ərazidə Soliton mağazasının qarşısında polis şöbəsinin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi E.Ə.Ağayev izahatında bildirdi ki, Kürdəmir rayon polis şöbəsinin əməkdaşları xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Kürdəmir şəhəri Bakı prospektində xidmətdə olarkən iki nəfər şəxsin bir-birləri ilə mübahisə etdiklərini görüb məsələni aydınlaşdırmaq üçün onalar yaxınlaşmışlar, özünü Şahzadə Dadaşov kimi təqdim edən şəxs polis əməkdaşlarına taksi sürücüsü Şəxs həyat yoldaşını H.Əliyev pr.. yerləşən Soliton mağazasının yanından 5 mərtəbəli binaların yanına apararkən yolda arvadı ilə xoşa gəlməz söhbətlər etdiyini bildirmişdir. Bundan sonra izahat vermələri üçün onları polis şöbəsinə dəvətmişlər, Şahzadə Dadaşov buna etiraz etməmiş, lakin Şəxs polis əməkdaşlarına məhəl verməyərək ucadan səs-küy salıb onları yayındıraraq oradan qaçmaq istəmişdir. Nizam intizama dəvət etmələrinə baxmayaraq onların qanuni tələblərinə tabe olmadığına görə Şəxs şöbəyə aparıb izahatını alındıqdan sonra, barəsində Azərbaycan Respubikası İXM-nin 535.1ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, taksi fəaliyyəti ilə məşğul olmaqla ailəsini dolandırır, Şahzadə Dadaşovu əvəllər tanınanmış, aralarında heç bir münasibət olmamışdır. Bir müddət əvvəl “Oba” marketdə işləyən bir nəfər qadın onun taksisinə sərnişin kimi əyləşərək yaşadığı 5 mərtəbəli binalarının yanına gedəcəyini bildirmişdir, həmin qadınla əvvəllər heç bir münasibəti və aralarında salamsağolları olmamışdır. Yolda gedərkən qadına əri ilə aralarında problemlərin olduğunu və ərindən ayrılmaq istədiyini bildiyini dediyindən qadın dərhal avtomobili saxlatdıraraq ona öz iradlarını bildirmiş və yerə düşərək oradan getmişdir. Qadına bundan başqa heç bir söz deməmişdir. Bundan bir müddət sonra, yəni xx.xx.2023-cü il tarixdə təxminən saat 19 radələrində dört yol deyilən yerdə avtomobilində olarkən bir nəfər şəxsin ona yaxınlaşaraq “Oba” marketdə işləyən qadının əri Şahzadə Dadaşov olduğunu demiş və arvadına xoşa gəlmıəz sözlər deməsinin səbəblərini soruşmuşdur. Həmin vaxt vəziyyətdən çıxmaq üçün özündən aslı olmayaraq yüksəkdən səs-küy salıb oradan uzaqlaşmaq istəyərkən səsə Kürdəmir rayon polis şöbəsinins əməkdaşları onlara yaxınlaşaraq baş verənləri aydınlaşdırdıqdan sonar onlara izahat verməli olduqlarını bildirmişlər və onları polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt polis əməkdaşları ilə aralarında qısa müddətli söz-söhbət olmuş, şöbəyə getməkdən və izahat verməkdən imtina etmişdir. Etdiyi hərəkətin düz olmadığını dərk edir, Şahzadə Dadaşova, onun həyat yoldaşına və polis əməkdaşlarına müraciət edib onlardan üzür istəmiş, Şahzadə və onun həyat yoldaşı onu bağışlamışdır. Əməlindən peşman olmasını və ilk dəfə inzibati xəta törətməsini nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Şəxs törətdiyi inzibati xəta özünün etirafı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, o, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində törətdiyi inzibati xətaya görə həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs əməlindən peşman olmasını, törətmiş olduğu əməli səmimi etiraf etməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nın 31.4-1-ci maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, AZA000206 nömrəli inzibati qaydada tutuma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməli və o məhkəmə iclas zalından dərhal azad edilmişdir. Şəxs barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilərkən onun inzibati qaydada tutulma müddəti nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 200 (iki yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Azərbaycan Respublikası İXM-nın 31.4-1-ci maddəsi tətbiq edilərək Şəxs 01 (bir) gün inzibati qaydada tutulma müddəti nəzərə alınsın və üzərində qəti olaraq 150 (bir yüz əlli) manat cərimə saxlanılsın. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Kürdəmir şəhəri iş № 3(041)-727/2023 xx.xx.2023-ci il X5, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 ,şahid qismində X7 iştirakı ilə X4 haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, İclas saat 17:35-də başlandı. Hakim məhkəmə iclasını açır və baxılacaq işi elan edir. İclas katibi məruzə edərək bildirdi ki, məhkəmə iclasına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 gəlib. Hakim barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 şəxsiyyətini müəyyən edir. X4: xx.xx.1959-cu il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, X15 küçəsi, ev 3, m 120 ünvanında qeydiyyatda olmaqla yaşayan, ş/v seria- 08208962 Hakim barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini izah edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4: hüquq və vəzifələrim mənə aydındır, vəkil istəmirəm, öz hüquqlarımı özüm müdafiə edəcəm Hakim Azərbaycan Respublikası İXM-nin 109-cu maddəsinə əsasən etirazın olubolmamasını soruşur. Etiraz olmadı. Hakim vəsatətin olub-olmamasını soruşur. Vəsatət daxil olmadı. Hakim barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 inzibati xəta haqqında izahat verməyi təklif edir. X1 izahatı: - ailəm ilə birlikdə qeydiyyatda olmaqla Bakı şəhəri, X15 küçəsi, ev 3, m 120 ünvanında yaşayıram, xx.xx.2023-cü il tarixdə özümə məxsus avtomobillə Tovuz rayonundan Bakı şəhrinə gedərkən Kürdəmir rayon ərazisində yerləşən BDYP-nın 721 saylı postunda YPXnın əməkdaşları idarə etdiyim avtomobili saxlamış və alkotestr vasitəsiylə məni yoxlayacaqlarını bildirmişlər. Həmin vaxt polis əməkdaşları ilə aramızda qısa müddətli anlaşılmazlıq olmuş, həmin vaxt polis əməkdaşları izahat verməyim üçün məni polis şöbəsinə dəvət etmiş, lakin mən polis əməkdaşları ilə mübahisə etmişəm, nəticədə polis əməkdaşları məni məcburi qaydada polis şöbəsinə aparmışlar. Polis şöbəsində baş verənlərlə bağlı izahatım alındıqdan sonra barəmdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əməlimdən peşman olmağımı nəzərə alaraq barəmdə ədalətli qərar qəbul edilməsini xahiş edirəm. S/C -polis şöbəsində baş verənlərlə bağlı izahatım alındıqdan sonra barəmdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. -əməlimdən peşman olmağımı nəzərə alaraq barəmdə ədalətli qərar qəbul edilməsini xahiş edirəm Hakim şahid qismində X7 şəxsiyyətini müəyyən edir. X12: xx.xx.1962-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,Ali təhsilli, Kürdəmir RPŞ-da polis nəfəri işləyən Hakim şahid qismində X8 Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini izah edir. Hakim Azərbaycan Respublikası İXM-nin 109-cu maddəsinə əsasən etirazın olubolmamasını soruşur. Etiraz olmadı. Hakim vəsatətin olub-olmamasını soruşur. Vəsatət daxil olmadı. Hakim şahid qismində X8 inzibati xəta haqqında izahat verməyi təklif edir. X7 izahatı: Kürdəmir RPŞ-da polis nəfəri işləyirəm, xx.xx.2023-cü il tarixdə axşam saatlarında şöbədə olarkən BDYP-nın 721 saylı postunda YPX-nın əməkdaşları sonradan tanıdığım X3 polis şöbəsinə gətirdiklərini və həmin vaxt şöbənin inzibati binasının qarşısında polis əməkdaşları ilə qısa müddətli mübahisə etdiyini və onların qanuni tələblərinə tabe olmadığını görmüşəm. -Kürdəmir RPŞ-da polis nəfəri işləyirəm, -xx.xx.2023-cü il tarixdə axşam saatlarında şöbədə olarkən BDYP-nın 721 saylı postunda YPX-nın əməkdaşları sonradan tanıdığım X3 polis şöbəsinə gətirdiklərini və həmin vaxt şöbənin inzibati binasının qarşısında polis əməkdaşları ilə qısa müddətli mübahisə etdiyini və onların qanuni tələblərinə tabe olmadığını görmüşəm. Hakim işdə olan sənədlər inzibati xəta haqqında protokol,inzibati tənbeh vermə haqqında qərarı onları ayrı-ayrılıqda işə baxılmasında iştirak edən şəxslə tədqiq etdi. X4 və X12 deyilənlərlə bağlı əlavə sübut və vəsatətinin olmadığını bildirdi. Hakim müşavirə otağına gedir və qayıtdıqdan sonra qərarını elan edərək, həmin qərardan apellyasiya şikayəti və ya protesti verilmə qaydasını, işdə iştirak edən şəxslərə protokolla tanış olmaq və ona dair qeydlər vermək hüquqlarının olmasını izah etdi. Məhkəmə iclası saat 17:55-də bağlı elan olundu. Protokol xx.xx.2023-ci il tarixdə tərtib olundu. Hakim: Katib:
Məhkəmə qərarları › İş №3(041)-797/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-797/2023
29.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver