Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-798/2023 12.09.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X2, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi ilə xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, (FİN-xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BDYPİ YPXA-dan daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası DİN-nin BDYPİ YPXA-dan daxil olmuş xx.xx.2023-cü il tarixli, İXP5627272 nömrəli inzibati xəta haqqında protokola və xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə, saat 05 radələrində Bakı-Qazax-Gürcustan sərhəddi yolunun Kürdəmir rayonunun Karrar kəndi ərazisindən keçən 175.3-cü km-də «Mersedes E200” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Qazax istiqamətində idarə edib hərəkətdə olarkən avtomobili beton arakəsməyə dəymiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs yüngül bədən xəsarətləri dəymiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasının vaxtı və yeri haqqında inzibati xəta törədən şəxs Şəxs və Zərərçəkmiş şəxs lazımı qaydada məlumat verilməsinə baxmayaraq, təyin edilmiş məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Şəxs və Zərərçəkmiş şəxs gəlməməsini üzürsüz hesab edərək işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş, “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya elmitəcrübə və tədris” X1 Şəxsin Kürdəmir rayon şöbəsi tərəfindən verilmiş canlı ekspertizasına dair xx.xx.2023-cü il tarixli, 314 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində alın nahiyyəsində əzilmiş-cırılmış yara küt əşya təsirindən əmələ gəldiyini, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir. İşdə olan, xx.xx.2023-cü il tarixli, 218 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, EŞəxs ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs törətdiyi inzibati xəta iş materillarına əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir. Ona görə də, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla inzibati tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Həmçinin məhkəmə hesab edir ki, onun nəqliyyat vasitələrinin idarə etmək hüququnun məhdudlaşdırılması sürücülük vəsiqəsini təqdim etdiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının İXM-nin 153.3-cü maddəsinə görə xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi təqdim etmədikdə, xüsusi hüququn məhdudlaşdırılması müddətinin axımı dayanır. Bu halda müddətin axımı müvafiq sənədin alındığı və ya həmin sənədin itirilməsi barədə ərizənin verildiyi gündən başlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 106-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ 08 (səkkiz) ay müddətinə məhdudlaşdırılsın. Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması sürücülük vəsiqəsini təqdim etdiyi vaxtdan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-798/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-798/2023
12.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver