Məhkəmə qərarları › İş №3(041)-80/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-80/2023

18.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-80/2023 18.01.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X2, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2004-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta məktəbli, subay, işsiz, Kürdəmir rayonu Muradxan kəndində yaşayan (AA*******) Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarında təmiz çəkisi 0.15 qram olan narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə etmiş və üstündə saxlamış, nəticədə Azərbaycan Respublikasının İXMnin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Toplanmış material üzrə Kürdəmir RPŞ-nın İB-nın müstəntiqi Allahverdi Osmanov tərəfindən xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati tədbirin görülməsi üçün Kürdəmir RPŞ-nın İctimai təhlükəsizlik bölməsinə göndərilmiş və polis əməkdaşı Fəhmin Kərimli tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2023-ci il tarixli, MN1359851 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol digər iş materialları ilə aidiyyati üzrə baxılması üçün Kürdəmir rayon Məhkəməsinə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, təxminən 1 ildir ki narkotik vasitə olan qrudulmuş marixuanadan istifadə edir. xx.xx.2023-cü il tarixdə tanışı Coşqul adlı şəxsə müraciət edərək ona olan 15 manat borcunu qaytarmasını xahiş etmiş, Coşqunda 15 manat pulun qarşılığında ona narkotik vasitə olan qrudulmuş marixuana verə biləcəyini demişdir. Aralarında razılıq əldə olunduqdan sonra Coşqunla görüşüb ondan 15 manat borcun qarşılığında 1 ədəd salfot bükümdə marixuana almışdır. Həmin gün Kürdəmir rayonu X.S.İslamzadə küçəsində olarkən Kürdəmir rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitə istifadə etməkdə şübəli olduqlarını bildirmişlər və onu polis şöbəsinə aparmışlar. Kürdəmir rayon polis şöbəsində vəkilin və hal şahidlərinin iştirakı ilə üzərində axtarış aparılmış və əynində olan paltarın cibindən içi narkotik vasitə marixuana olan 01 ədəd kağız büküm aşkar edilərək götürülmüşdür. Əməlindən peşman olmasını və ilk dəfə inzibati xəta törətməsini nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 18/09 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin X1 görünür ki, “...Şəxs üzərindən” sözləri və imzalar olan kağız paketdə 01 ədəd salfet bükümdə təmiz çəkisi-0.15 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Şəxs əməli özünün etirafı və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, o, xalis çəkisi 0.15 qram maddə tərkibində narkotik maddələr olan çətənı (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarında əldə edib özündə saxlamışdır. Barəsində inzibati icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta hadisəsi törətməsini və əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hall kimi nəzərə alınır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməli, həmçinin narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 350 (üç yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs oğlunun üzərindən aşakar edilərək götürülmüş 0.15 qaram qurudulmuş marixuananın maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar