Məhkəmə qərarları › İş №3(041)-800/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-800/2023

30.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-800/2023 30.08.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X5, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X2 Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Çöhranlı kəndində qeydiyyatda olmaqla hazırda Kürdəmir rayonu Yeni-Şıxımlı kəndində yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (ünvan: Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli inzibati xəta haqqında protokola və xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində Kürdəmir rayonu Atakişili kənd sakini barəsində iş üzrə icraat aparılan şəxs Şəxs arvadı Zərərçəkmiş şəxs döymüş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X4 tərtib etdiyi inzibati xəta haqqında protokolu əsaslandırmaq üçün məhkəməyə verdiyi izahatında bildirdi ki, Kürdəmir rayonu, Atakişi kəndində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Kürdəmir rayon polis şöbəsinə ərizə ilə müraciət edərək əri Şəxs tərəfindən döyüldüyünü bildirmiş, şikayət ərizəsi qeydiyyata alınaraq, təhqiqat aparılması üçün Kürdəmir RPŞ-nın TB-nın təhqiqatcısı Orxan Ağayevin icraatına verilmişdir. Aparılmış araşdırma zamanı onların izahatları alınmış, X3 əməlində cinayət tərkibi olmadığı üçün xx.xx.2023-ci il tarixli qərarla cinayət işi başlanması rədd edilmiş və qərarın surəti onun barəsində Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati tədbirin görülməsi üçün Kürdəmir RPŞ-nın İctimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Bundan sonra Şəxs barəsində Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Odur ki, tərtib edilən inzibati xəta haqqında protokolla bağlı qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. xx.xx.2023-cü il tarixdə aralarında yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxsnu vuraraq döymüşdür, arvadını vurduğuna görə peşmandır, hazırda arvadı İntizar ilə barışıb, İntizarın ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun əridir, xx.xx.2023-cü il tarixdə, əri Şəxs ilə aralarında mübahisə olmuş, mübahisə vaxtı əri onu vurmuşdur. X1 ilə barışıb, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, Ceyhun haqqında olan inzibati xəta haqqında iş üzrə icraata verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnın, Zərərçəkmiş şəxs izahatlarını dinləyib, həmçinin məhkəməyə təqdim edilən barışıq ərzələrini nəzərə alıb hesab edir ki, X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 39.1-ci maddəsində göstərilir ki, bu məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar