Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-81/2024 09.04.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1990-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Xırdapay kəndində yaşayan – Şəxs barəsində Kürdəmir RPŞ-dən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs xx.xx.2023-cü il tarixdə saat 15 radələrində ilə idarə etdiyi «VAZ 2103” markalı, **- BA-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Kürdəmir rayonu Dəyirmanlı kənd ylunda hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevretmə qaydalarını pozaraq qarşıdan gələn velosopedçi Gəncə şəhəri,Kəpəz rayonu Vaqif küçəsi,ev 19-da yaşayan Zərərçəkmiş şəxs vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Şəxs barəsində toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən Kürdəmir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, onun Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat təxminən 15 radələrində atasına məxsus «VAZ 2103” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmir raonu Dəyirmanlı kəndində olmuş, lakin o, heç bir nəqliyyat hadisəsi törətməmişdir. Belə ki, o avtomobillə hərəkətdə oalrkən qarşıdan gələn velisoped aşımış o, da avtomobili saxlayaraq, ona kömək etmək istəmiş, velisopedi sürən və adını sonradan bildiyi Zərərçəkmiş şəxs niyə görə onu avtomobilllə vurduğunu soruşmuş, o, isə onu avtiomobillə vurmadığını, qarşıda hərəkətdə olarkən aşdığnı və onun avtomobili saxlayaraq ona kömək etmək istədiyini demişdir. Hesab edir ki, o, heç bir yol nəqliyyat hadisəsi törətməmişdir. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Zərərçəkmiş şəxs lazimi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəməyəm ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinəheç bir etirazının olmadığını göstərmiş və ona dəyən maddi ziyanın ödənilmədini və şikayətçi olduğunu bildirmişdir.Məhkəmə məhkəmə iclasının onun iştirtakı olamdan keçirilməsinin mümkün olduğnu hesab etmişdir. Kürdəmir RPŞ Təhqiqat Bölməsində Zərərçəkmiş şəxs ifadəsində gsötərmişdir ki, o,Gəncə şəhərində yaşayır. Kürdəmir rayonu Dəyirmanlı kənd orta məktəbində müəllim işləyir.Özünə məxsus “Gian Şossi” markalı velisopedi vardır. Həftənin 2 və 4-cü günləri dərs saatları olduğundan həftədə 2 günvelisopedi ilə Kürdəmir rayonu Dəyirmanlı kəndinə gəlir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə,saat 15.40 radələrində velisopedlə hərəkətdə oalrkən Dəyirmanlı kənd yolunda qarşıdan gələn “VAZ 2103” markalı, 33-BA—707 dövlət qeydiyyat nişanlı minik avtombili sola dönərkən onun idarə etdiyi velisopedin arxa təkərindən vurduğuna görə velisopeddən yerə yıxılmış,hadisə zamanı sağ ayağından və sağ qolundan ağrı hiss etmiş,velisopedin qabaq təkərinin diskisi deformasiyaya uğradığından təkər cırılmış,arxa stop işığı sınmış,velisopedin hərəkət sürətini ölçən cihazı,velisopedin sağ və sol tormoz əyləci zədələnmişdir. O, həmin vaxtı saatda 30-40 km sattla hərəkətdə olmuşdur. Onun velisopedininqiyməti 3300 evro dur.Velisopedin təkər diskinin balansirovka qiyməti 45 manat,arxa stop işığı 50 manat,velisopedin hərəkət sürətini ölçən cihazın qiyməti 70 manat,bir ədəd rezxin təkər 92 manat,qabaq sağ və sol tormiozlar 30 manatdır. Ümumilikdə ona 332 manat maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rıədd edilməsi haqqında qərarda MTE və PA şöbəsinin xx.xx.2024-cü il tarixli, 628 nömrəli rəyində 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs sağ dirsək və sağ diz oynaqlarının əzələbağ aparatının gərilməsinin küt əşya təsirindən,qərarın təsviri hissəsində göstərilənxx.xx.2023-cü il tarixdə hərəkətdə olan avtomobilin toqquşması zamanı əmələ gələ bildiyi,ağırlıq dıərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zəərvurmaya aid edildiyi göstərilmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda Şəxs B1,B,C1, C,BD kateqoriyalı, 954946 nömrəli sürücülük vəsiqəsi vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında 19.122023-cü il tarixli, 426 nömrəli aktında Şəxs hadisə baş verən gün ayıq olduğu göstərilmişdir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs əməli özü etiraf etməsə də, zərəçəkmiş şəxsin izahatı,hadisənin baş vermə şəraiti və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmədə barəsində inzibati icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta töədən Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, törətdiyi xətanın xarakterini, təqsirlik dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-81/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-81/2024
09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver