Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-811/2023 14.09.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X6, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1962-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək ilə məşğul olan, Kürdəmir rayonu Ərşəli kəndində yaşayan, Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, İXP5652081 nömrəli inzibati xəta haqqında protokola və xx.xx.2023-cü il tarixli cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən Kürdəmir rayonu Xınıslı kəndində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 09:30 radələrində idarə etdiyi VAZ-2107 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Kürdəmir şəhəri Bakı prospektində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla əks istiqamətli hərəkət zolağına çıxaraq ötmə və ya manevr etmə qaydalarını pozaraq qarşıdan gələn Kürdəmir rayon Ərşəli kəndində yaşayan Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq saatda 80 km/saat sürətlə idarə etdiyi VAZ- 2107 markalı **-HB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşaraq yolnəqliyyat hadisəsi törətməklə ehtiyasızlıq səbəbindən sürücü Zərərçəkmiş şəxs ağ ciyərin sağ payının əzilməsi, sağ tərəfli pnevmotoraks ilə müşayiət olunan sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərəvurmaya aid edilən, VAZ-2107 markalı **-HB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Şəxs İX-cu qabırğanın yerdəyişməyən qapalı sınığı ilə müşayiət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərəvurmaya aid edilən, VAZ-2107 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində olan sərnişinlər X5 qapalı kəllə beyin travması, sol təpə-ənsə sərhədində sıyrıq, sağ dirsəkdə qançır, oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərəvurmaya aid edilən, X1 mil sümüyünün qapalı sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərəvurmaya aid edilən və X8 alında sıyrıq, sağ baldırda qançırla müşayiət olunan sağlamlığa zərərvurmayan xəsarətlər almışlar, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində göstərdi ki, Kürdəmir rayonunun Ərşəli kəndində yaşayır, özünə məxsus VAZ-2107 markalı 90-HBN-156 dövlət qeydiyyat nişanlı minik avtomobili var. xx.xx.2023-cü il tarixdə yaşadığı kənddən Kürdəmir şəhərinə gələrkən təxminən saat 09:30 radələrində Kürdəmir şəhəri Bakı prospektində qarşıdan gələn sonradan tanıdığı Zərərçəkmiş şəxs idarə etdiyi VAZ-2107 marklı **-BE-*** dövlət qeydiyyat nişanlı minik avtomobil onun hərəkət zolağında qarşına çıxıb dönmə əməliyyatını yerinə yetirən vaxt avtomobillər toqquşmuşdur. Hadisə zamanı xəsarət aldığından Kürdəmir rayon MX-da ona tibbi yardım göstərilərək evə buraxılmışdır. Hadisə zamanı avtomobili saatda 80 km/saat sürətlə idarə etmiş, avtomobili idarə edərkən spirtli içki qəbul etməmiş, avtomobildə tək olmuşdur. Hadisədən sonra **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs, həmin avtomobildə olan sərnişinlər X2, X3 və X4 xəsraət aldıqlarını eşitmişdir. Dəymiş ziyanla bağlı zərərçəkmişlərlə öz aralarında razılıq əldə etmişlər, bir-birlərinə qarşı şikayətləri yoxdur. Bütün bunları nəzərə alıb barəsində ədalətli qərara qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Kürdəmir şəhərində yaşayır, oğlu İntiqam Məmmədovun adına VAZ-2107 marklı **-BE-*** dövlət dövlət qeydiyyat nişanlı minik avtomobili vardır, həmin avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2023cü il tarixdə saat 09:30 radələrində həmin avtomobillə Kürdəmir şəhəri Bakı prospektində hərəkətdə olarkən dəyirmandan un almaq üçün əks itiqamətli hərəkət zolağına çıxıb dönmə əməliyyatını yerinə yetirərkən qarşıdan gələn VAZ-2107 markalı **-HB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşmuşdur. Hadisə zamanı o, avtomobildə olan bacısı gəlini X5, azyaşlı uşaqları X7 və X8 müxtəlif dərəcəli bədən xəsarətləri aldıqlarından onları Kürdəmir rayon MX-na aparmışlar, xəstəxanada onlara tibbi yardım göstərilmiş, daha sonra evə buraxılmışlar. Hadisə zamanı avtomobili idarə edərkən spirtli içki qəbul etməmiş, VAZ-2107 marklı **-BE-*** dövlət qeydiyyat nişanlı minik avtomobili onun qarşısına çıxdığını təxminən 8 metr məsafədən görmüş, məsafə az olduğundan tormoz əyləcindən istifadə edə bilməmişdir. Hazırda Şəxs ilə öz aralrında razılıq əldə etmişlər, bir-birlərinə qarşı heç bir şikayət və tələbləri yoxdur. İş materiallarında olan şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə əlaqədar cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında qərarda qeyd edilən: -xx.xx.2023-cü il tarixli 212 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə aktından” görünür ki, Şəxs həmin gün ayıq olmuş, spirtli içki qəbul etməmişdir. -xx.xx.2023-cü il tarixli 213 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə aktından” görünür ki, Zərərçəkmiş şəxs həmin gün ayıq olmuş, spirtli içki qəbul etməmişdir. - MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli 296 nömrəli rəyindən görünür ki, 1962-ci il təvəllüdlü Şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarət, İX-cu qabırğanın yerdəyişməyən qapalı sınığı, küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə hərəkətdə olan iki minik avtomaşınının toqquşması nəticəsində əmələ gələ bilərdi. Ağırlıq dərcəsinə görə, qeyd olunan xəsarət sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir. - MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli 304 nömrəli rəyindən görünür ki, 1962-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarət, ağ ciyərin sağ payının əzilməsi, sağ tərəfli pnevmotoraks, küt əşyanın zərbəvi təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə hərəkətdə olan iki minik avtomaşınının toqquşması nəticəsində əmələ gələ bilərdi. Ağırlıq dərcəsinə görə, qeyd olunan xəsarət sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aid edilir. - MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli 335 nömrəli rəyindən görünür ki, 1992-ci il təvəllüdlü X2 məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər, qapalı kəllə beyin travması, sol təpə-ənsə sərhəddində sıyrıq, sağ dirsəkdə qançır, oynaqda hərəkət məhdudluğu, küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə iki minik avtomaşınının toqquşması nəticəsində əmələ gələ bilərdi. Ağırlıq dərcəsinə görə, qeyd olunan xəsarətlər ümumilikdə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir. - MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli 336 nömrəli rəyindən görünür ki, 22013cü il təvəllüdlü X4 məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarət, sağ mil sümüyünün sınığı, küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə iki minik avtomaşınının toqquşması nəticəsində əmələ gələ bilərdi. Ağırlıq dərcəsinə görə, qeyd olunan xəsarət sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aid edilir. - MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli 337 nömrəli rəyindən görünür ki, 1992-ci il təvəllüdlü X3 məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər, alında sıyrıq, sağ baldırda qançır, küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə iki minik avtomaşınının toqquşması nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilmir. - VAZ-2107 markalı **-HB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə toqquşmanın hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Şəxs avtomobili yaşayış məntəqəsində 60 km/sat sürətdən artıq sürətlə, yəni 80 km/sat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. - Şəxs avtomobili idarə etmək üçün B1, B kateqoriyalı BC-855031 nömrəli sürücülük vəsiqəsi olmuşdur. - Zərərçəkmiş şəxs avtomobili idarə etmək üçün B kateqoriyalı AE-970903 nömrəli sürücülük vəsiqəsi olmuşdur. Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs törətdiyi inzibati xəta özünün səmimi etirafı, Zərərçəkmiş şəxs izahatı və iş materillarına əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir. Ona görə də, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta hadisəsi törətməsini, əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 106-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 300 (üç yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-811/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-811/2023
14.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver