Məhkəmə qərarları › İş №3(041)-812/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-812/2023

14.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-812/2023 14.09.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X6, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1962-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək ilə məşğul olan, Kürdəmir rayonu Xınıslı kəndində yaşayan, Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, İXP5652097 nömrəli inzibati xəta haqqında protokola və xx.xx.2023-cü il tarixli cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən Kürdəmir rayonu Xınıslı kəndində yaşayan Şəxs xx.xx.2023-cü il tarixdə saat 09:30 radələrində idarə etdiyi VAZ-2107 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Kürdəmir şəhəri Bakı prospektində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla əks istiqamətli hərəkət zolağına çıxaraq ötmə və ya manevr etmə qaydalarını pozaraq qarşıdan gələn Kürdəmir rayon Ərşəli kəndində yaşayan Zərərçəkmiş şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq saatda 80 km/saat sürətlə idarə etdiyi VAZ-2107 markalı **-HB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətməklə ehtiyasızlıq səbəbindən sürücü Şəxs ağ ciyərin sağ payının əzilməsi, sağ tərəfli pnevmotoraks ilə müşayiət olunan sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərəvurmaya aid edilən, VAZ- 2107 markalı **-HB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Zərərçəkmiş şəxs İX qabırğanın yerdəyişməyən qapalı sınığı ilə müşayiət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərəvurmaya aid edilən, VAZ-2107 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində olan sərnişinlər X5 qapalı kəllə beyin travması, sol təpə-ənsə sərhədində sıyrıq, sağ dirsəkdə qançır, oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərəvurmaya aid edilən, X1 mil sümüyünün qapalı sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərəvurmaya aid edilən və X8 alında sıyrıq, sağ baldırda qançırla müşayiət olunan sağlamlığa zərərvurmayan xəsarətlər almışlar, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, oğlu İntiqam Məmmədovun adına olan VAZ-2107 marklı **- BE-*** dövlət dövlət qeydiyyat nişanlı minik avtomobilini etibarnamə əsasında idarə edir. xx.xx.2023-cü il tarixdə saat 09:30 radələrində həmin avtomobillə Kürdəmir şəhəri Bakı prospektində hərəkətdə olarkən dəyirmandan un almaq üçün əks itiqamətli hərəkət zolağına çıxıb dönmə əməliyyatını yerinə yetirərkən qarşıdan gələn VAZ-2107 markalı **- HB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşmuşdur. Hadisə zamanı avtomobildə olan bacısı gəlini X5, azyaşlı uşaqları X7 və X8 müxtəlif dərəcəli bədən xəsarətləri və ona az ağır bədən xəsarətləri dəymişdir. Onları Kürdəmir rayon MX-na aparmışlar, xəstəxanada tibbi yardım göstərilmiş, daha sonra evə buraxılmışlar. Hadisə zamanı avtomobili idarə edərkən spirtli içki qəbul etməmiş, VAZ-2107 marklı **-BE-*** dövlət qeydiyyat nişanlı minik avtomobili onun qarşısına çıxdığını təxminən 8 metr məsafədən görmüş, məsafə az olduğundan tormoz əyləcindən istifadə edə bilməmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə öz aralrında razılıq əldə etmişlər, bir-birlərinə qarşı heç bir şikayət və tələbləri yoxdur. Şəxs izahatının sonunda barəsində ədalətli qərara qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Kürdəmir rayonunun Ərşəli kəndində yaşayır, özünə məxsus VAZ-2107 markalı 90-HBN-156 dövlət qeydiyyat nişanlı minik avtomobili var. xx.xx.2023-cü il tarixdə yaşadığı kənddən Kürdəmir şəhərinə gələrkən təxminən saat 09:30 radələrində Kürdəmir şəhəri Bakı prospektində qarşıdan gələn sonradan tanıdığı Şəxs idarə etdiyi VAZ-2107 marklı **-BE-*** dövlət qeydiyyat nişanlı minik avtomobil onun hərəkət zolağında qarşına çıxıb dönmə əməliyyatını yerinə yetirən vaxt avtomobillər toqquşmuşdur. Hadisə zamanı xəsarət aldığından Kürdəmir rayon MXda ona tibbi yardım göstərilərək evə buraxılmışdır. Hadisə zamanı avtomobili saatda 80 km/saat sürətlə idarə etmiş, avtomobili idarə edərkən spirtli içki qəbul etməmiş, avtomobildə tək olmuşdur. Hadisədən sonra **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs, həmin avtomobildə olan sərnişinlər X2, X3 və X4 xəsraət aldıqlarını eşitmişdir. Dəymiş ziyanla bağlı zərərçəkmişlərlə öz aralarında razılıq əldə etmişlər, bir-birlərinə qarşı şikayətləri yoxdur. İş materiallarında olan şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə əlaqədar cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında qərarda qeyd edilən: -xx.xx.2023-cü il tarixli 212 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə aktından” görünür ki, Zərərçəkmiş şəxs həmin gün ayıq olmuş, spirtli içki qəbul etməmişdir. -xx.xx.2023-cü il tarixli 213 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə aktından” görünür ki, Şəxs həmin gün ayıq olmuş, spirtli içki qəbul etməmişdir. - MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli 296 nömrəli rəyindən görünür ki, 1962-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarət, İX-cu qabırğanın yerdəyişməyən qapalı sınığı, küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə hərəkətdə olan iki minik avtomaşınının toqquşması nəticəsində əmələ gələ bilərdi. Ağırlıq dərcəsinə görə, qeyd olunan xəsarət sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. - MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli 304 nömrəli rəyindən görünür ki, 1962-ci il təvəllüdlü Şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarət, ağ ciyərin sağ payının əzilməsi, sağ tərəfli pnevmotoraks, küt əşyanın zərbəvi təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə hərəkətdə olan iki minik avtomaşınının toqquşması nəticəsində əmələ gələ bilərdi. Ağırlıq dərcəsinə görə, qeyd olunan xəsarət sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aid edilir. - MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli 335 nömrəli rəyindən görünür ki, 1992-ci il təvəllüdlü X2 məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər, qapalı kəllə beyin travması, sol təpə-ənsə sərhəddində sıyrıq, sağ dirsəkdə qançır, oynaqda hərəkət məhdudluğu, küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə iki minik avtomaşınının toqquşması nəticəsində əmələ gələ bilərdi. Ağırlıq dərcəsinə görə, qeyd olunan xəsarətlər ümumilikdə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir. - MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli 336 nömrəli rəyindən görünür ki, 22013-cü il təvəllüdlü X4 məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarət, sağ mil sümüyünün sınığı, küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə iki minik avtomaşınının toqquşması nəticəsində əmələ gələ bilərdi. Ağırlıq dərcəsinə görə, qeyd olunan xəsarət sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aid edilir. - MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli 337 nömrəli rəyindən görünür ki, 1992-ci il təvəllüdlü X3 məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər, alında sıyrıq, sağ baldırda qançır, küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə iki minik avtomaşınının toqquşması nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilmir. - VAZ-2107 markalı **-HB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə toqquşmanın hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Zərərçəkmiş şəxs avtomobili yaşayış məntəqəsində 60 km/sat sürətdən artıq sürətlə, yəni 80 km/sat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. - Zərərçəkmiş şəxs avtomobili idarə etmək üçün B1, B kateqoriyalı BC-855031 nömrəli sürücülük vəsiqəsi olmuşdur. - Şəxs avtomobili idarə etmək üçün B kateqoriyalı AE-970903 nömrəli sürücülük vəsiqəsi olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hadisə zamanı Zərərçəkmiş şəxs yüngül bədən xəsarətləri və Şəxs isə az ağır bədən xəsarətləri dəymişdir, bu səbəbdən onlar Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Şəxs xx.xx.2023-cü il tarixdə Kürdəmir rayon PŞ-nə ərizə ilə müraciət edərək Zərərçəkmiş şəxs ilə və X5 ilə barışdığını, onlara dəymiş ziyanı tam olaraq ödədiyini göstərməklə cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. X5 24.08xx.xx.2022-ci il tarixdə Kürdəmir rayon PŞ-nə ərizə ilə müraciət edərək Şəxs ilə və Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödənildiyindən sonuncuların cinayət məsuliyyətinə cəlb olunmamasını xahiş etmişdir. Həmçinin Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Kürdəmir rayon PŞ-nə ərizə ilə müraciət edərək Şəxs ilə və X5 barışdığını, onlara dəymiş ziyanı tam olaraq ödədiyini göstərməklə cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 263 maddəsinin qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu məcəllənin 263.1-ci və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xətanın tərkib əlamətləri olduqda o, Azərbaycan Respublikası İXM-də nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası CM-nin 40.3-cü maddəsində göstərilmişdir ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Ona görə də, Şəxs və Şəxs cinayət məsuliyyətindən azad edilməklə barələrində cinayət işi başlanması rədd edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs izahatını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, hərəkətində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinə əsasən Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Hazırki işin yuxarıda qeyd edilən hallarından məlum olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində cinayət tərkibi olduğuna və tərəflər bir-birləri ilə barışdığına, dəymiş ziyanın tam olaraq ödənildiyinə görə o, cinayət məsuliyyətindən azad edilərək barəsində cinayət işi başlanması rədd edilmişdir. Belə olan halda Şəxs hərəkətlərinə inzibati xəta tərkibi olduğu müəyyən olunmur, ona görə də, onun inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasənbu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar