Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-814/2023 04.09.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X2, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi polis baş leytenantı X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1959-cu il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Çöl-Ərəb kəndində qeydiyyatda olmaqla yaşayan, ş/v fin– xxxxxxx Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 20 radələrində rayon polis şöbəsinin inzibati binasının giriş qapısının qarşısında uca səslə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək iş rejimini pozmuş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXMnin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi F.Z.Kərimli inzibati xəta haqqında protokolu şifahi olaraq əsaslandıraraq bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20 radələrində rayon polis şöbəsinin inzibati binasının giriş qapısının qarşısında uca səslə nalayiq ifadələr işlədərək iş rejimini pozmuş, onu nizam-intizama dəvət edərək ictimai qaydanı pozmamasını xahiş etmişlər. Nizam-intizama dəvət etmələrinə baxmayaraq Şəxs onların qanuni tələblərinə tabe olmamış, öz qanunsuz hərəkətlərini davam etdirərərk ucadan səsküy salıb ünvansız nalayiq ifadələr işlətməyə davam etmişdir. Nəticədə Şəxs izahatı alınmış, barəsində Azərbaycan Respubikası 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonu Çöl-Ərəb kəndində yaşayır, İİ qrup əlil kimi pensiya alır. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində rayon polis şöbəsinin inzibati binasına gedib, polis rəisinin müavini Yusif Yusifovun qəbulunda olmuş, qəbulda müavin onu dinləməmiş və barəsində nalayiq ifadələr işlədərək onu kabinetindən qovmuşdur. Polis şöbəsindən çıxarkən əməkdaşlardan biri ondan gəlməsinin səbəbini soruşmuş, cavab olaraq ona Yusif Yusifovun verdiyi düdüyü çala-çala gedəcəyini bildirmiş, bundan sonra aralarında mübahisə baş vermiş mübahisə vaxtı bir-birləri ilə ucadan danışmış, baş verənlərlə bağlı izahatı alındıqdan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokola da məhkəmədə baxılıb barəsində 50 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Eyni hərəkətə görə ikinci protokolun tərtib edilməsini başa düşmür, göstərilənləri nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həqiqətən də, eyni hərəkətlərə dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində 50 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Halbuki, Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə görə bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasənbu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9, 53, 105, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-814/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-814/2023
04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver