Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-816/2023 05.09.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X3 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X1 Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Kürdəmir rayonu, Çöl-Ərəb kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (ünvan: Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Kürdəmir rayonu Çöl-Ərəb kəndi ərazisində Zərərçəkmiş şəxs saxlatdırıb yaxasından tutaraq söyüb təhqir etmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi İ.Ə.Sadıqov izahatında göstərdi ki, Kürdəmir rayon Carlı kənd sakini Zərərçəkmiş şəxs ərizə ilə polis şöbəsinə ərizə ilə müraciət edərək Şəxs tərəfindən təhqir edildiyini bildirmişdir. Şikayət ərizəsi qeydiyata alınaraq araşdırma aparılması üçün onun icraatına verilmişdir. Tərəfləri şöbəyə dəvət edərək izahatılarını almış və toplanmış material üzrə Şəxs barəsində Azərbaycan Respubikası İXM-nın 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş və aidiyyatı üzrə baxılması üçün məhkəməyə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Zərərçəkmiş şəxs əvəllər tanımayıb, münasibətləri olmayıb. xx.xx.2023-cü il tarixdə səhər saat 09 radələrində özünə məxsus avtomobillə yaşadığı Çöl-Ərəb kəndindən Kürdəmir şəhərinə gələrkən Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə arxadan gələrək siqnal verib onu yolun kənarına sıxışdırmışdır. Bundan sonra həmin avtomobilin arxasıyca sürüb saxlatdırmış, onu yolun kənarına sıxışdırdığı üçün Zərərçəkmiş şəxs öz iradlarına bildirərək əsəbləşdiyindən ünvanına xoşa gəlməz sözlər demişdir. Həmin vaxt onun avtomobilində olan sərnişinlər mübahisəni sakitləşdirib onları aralamışlar. Mübahisə baş verən vaxtı onun avtomobilində 4 nəfər şəxs, kənarda isə 3 nəfər yol işcisi var idi və səsə-küyə onlar oraya toplaşmışdır. Sonradan Zərərçəkmiş şəxs onun barəsində Kürdəmir rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etdiyini eşitmiş, polis əməkdaşlarının dəvəti ilə şöbəyə gedərək baş verənlər barədə izahat vermişdir. Şəxs izahatının sonunda barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs əvvəllər tanımayıb. xx.xx.2023-cü il tarixdə saat 09 radələrində özünə məxsus avtomobillə yaşadığı Kürdəmir rayonu Carlı kəndində Kürdəmir şəhərinə gələrkən yolda Şəxs idarə etdiyi avtomobilə anidən onun qarşısına çıxıb qəza şəraiti yaratmışdır. Avtomobilini bir təhər yığışdırıb öz yoluna davam edərkən Şəxs arxadan gəlib onu saxlatdırmış, avtomobildən aşağı düşüb onunla mübahisə edərək yaxasından tutub ünvanına nalayiq ifadələr işlətmişdir. Mübahisə vaxtı Şəxs avtomobilində olan qadın sərnişinlər və onun avtomobilində olan sərnişin onlara yaxınlaşaraq araya girib mübahisəni sakitləşdirmişlər. Bundan sonra Şəxs hərəkətlərindən şikayət ərizəsi Kürdəmir rayon polis şöbəsinə müraciət etmişdir. Odur ki, Şəxs barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etdi. Şəxs əməli özünün etirafı, zərərçəkmiş şəxsin və inzibati xəta haqqında protokolu tərtib edən şəxsin izahatı, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, Şəxs barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nın 510-cu maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şəxsnın əməlində məsuliyyətini yüngülləşdirən və ağırlışdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 05 (beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X İMANOV
Məhkəmə qərarları › İş №3(041)-816/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-816/2023
05.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver