Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-817/2023 05.09.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X4 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Kürdəmir rayon polis şöbəsinin İTB-nın sahə rəisi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Kürdəmir şəhərində xidmətdə olan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. kürdəmir rayon polis şöbəsinin İTB-nın sahə rəisi İ.Ə.Sadıqov izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, öz qanunsuz hərəkətlərini davam etdirdiyi üçün inzibati qaydada tutularaq polis şöbəsinə gətirilmiş, ondan müvafiq izahat alınmış, əməlində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta olduğu müəyyən edildiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, ailəsi ilə birlikdə qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşayır, “VAZ 2106” markalı, **-UF- *** dövlət qeydiyyat nişanlı avtomobili var, sürücülük fəaliyyəti ilə məşğul olmaqla ailəsini dolandırır. xx.xx.2023-cü il tarixdə yemək yeyərkən bir qədər spirtli içki qəbul etmişdir, həmin tarixdə saat 19 radələrində avtomobili ilə Kürdəmir şəhər ərazisində hərəkətdə olarkən yol polisi əməkdaşları onu saxlamışlar, özlərini təqdim etdikdən sonra dönmə əməliyyatı yerinə yetirərkənən qayda pozuntusu etdiyini bildirmişlər və sənədlərini təqdim etməsini tələb etmişlər. Yoxlama zamanı onun spirtli içki qəbul etdiyi müəyyən edildiyindən yoxlanış üçün xəstəxanaya getməli olduğunu izah etmişlər. Həmin vaxt sərxoş olduğu üçün polis əməkdaşları ilə aralarında qısa müddətli anlaşılmazlıq olmuş, yoxlanış üçün xəstəxanaya və izahat vermək üçün polis şöbəsinə getmək istəmədiyindən polis əməkdaşları ilə aralarında mübahisə baş vermişdir. Nəticədə polis şöbəsinə aparılıb izahatı alındıqdan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs izahatının sonunda barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən Kürdəmir RPŞ DYPB-nın əməkdaşı X2 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə Kürdəmir şəhər ərazisində xidmətdə olarkən “VAZ 2106” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin düzgün dönmə əməliyyatı etməyərək qəza şəraiti yaratdığını görmüşlər. Dərhal həmin avtomobili saxlatdırıb özlərini təqdim etdikdən sonra sürücünün Şəxs olduğunu müəyyən etmişlər və törətmiş olduğu qayda pozuntusunu izah edərək avtomobilin səndələrini tələb etmişlər. Aralarında gedən söhbət əsnasında Şəxs sənədləri verməkdən imtina edərək onları yayındırıb oradan qaçmaq istəmiş, həmçinin yoxlama zamanı Şəxs avtomobili sərxoş halda idarə etdiyi müəyyən edildiyindən onu nizam intizama dəvət edərək izahat verməli və yoxlanış üçün xəstəxanaya getməli olduğunu izah etmişlər, lakin Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Nəticədə onu məcburi qaydada polis şöbəsinə apararaq izahatını aldıqdan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs törətdiyi inzibati xəta özünün etirafı, şahidin ifadəsi, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Hesab edirəm ki, o, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində törətdiyi inzibati xətaya görə həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, AZA000221 nömrəli inzibati qaydada tutuma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il saat 20.00-da inzibati qaydada tutulmuş və xx.xx.2023-cü il tarixdə saat 11.20-də azad edilmidşir.. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Şəxs barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilərkən onun 01 gün inzibati qaydada tutulma müddəti nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 07 (yeddi) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli onun inzibati qaydada tutulduğu gündən, yəni xx.xx.2023-cü il, saat 20.00-dan hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-817/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-817/2023
05.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver