Məhkəmə qərarları › İş №3(041)-818/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-818/2025

09.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-818/2025 09.09.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi Kürdəmir rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən, icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Abışov X2 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)- 1739/2022 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru M.R.Şirnalıyev tərtib etdiyi inzibati xəta haqqında protokolu şifahi olaraq əsaslandıraraq bildirdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-1739/2022 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 25.000 manat pul tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədi icra edilməsi üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərarlar qəbul edilmiş, borcluya bildiriş göndərilmişdir. İcra sənədlərinin icrası ilə əlaqədar dəfələrlə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq borclu tələbkarlara olan borcunu ödəməkdən yayındığı üçün icra məmurunun inzibati xəta haqqında protokolu əsasında Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə İXM-nın 528.1-ci maddəsilə təqsirli bilinib 20 gün müddətə, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə İXM-nın 528.1-1-ci maddəsilə təqsirli bilinib 15 gün müddətə inzibati qaydada həbs edilmişdir. Buna baxmayaraq borclu icra sənədini bu günə kimi icra etməkdən yayınmış və tələbkara olan ümumi borcu 20300 manat təşkil edir. Borcunu ödəmədiyi üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə təqdim edilmişdir. Tərtib etdiyi inzibati xəta haqqında protokolla bağlı qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, ünvan 3 ünvanında qeydiyatda olmaqla, Bakı şəhəri Binəqədi rayonunda yaşayır. Barəsində olan icra sənədindən məlumatı var, bu günə qədər borcunun 4700 manatını hissə-hissə ödəmişdir. Borcunu bir dəfəyə və ya qısa müddət ərzində ödəməyə imkanı yoxdur, lakin hissə-hissə ödəyə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Müvafiq inzibati xətanın baş verməsi faktı barəsində inzibati xəta haqqında protokol və iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-1739/2022 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 25.000 manat pul tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. - İcraata başlama haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-1739/2022 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; - Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(041)-610/2023 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 20 gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. - Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(041)-452/2024 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 15 gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. - Borclu Şəxs Kürdəmir rayon icra və probasiya şöbəsinə verdiyi izahatında icra sənədi üzrə 4500 manat ödəniş etdiyini, hal-hazırda 20300 manat borcu olduğunu etiraf etmiş, borcun tam ödənilməməsini maddi imkanının olmaması ilə əlaqələndirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı Şəxs sözü gedən icra sənədinin icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirmədiyi və onun Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tələblərini pozduğu müəyyən olunur. Belə ki, borclu Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməkdən qərəzli surətdə boyun qaçırmışdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun təqsirlilik dərəcəsini və şəxsiyyətini, icra sənədinin icrası ilə bağlı icra məmurunun tələblərini qəsdən icra etmədiyini, icra sənədi üzrə 20300 manat borcu olmasını, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyənləndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tədbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 09 sentyabr 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar