Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-82/2024 22.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X2 iştirakı ilə xx.xx.1965-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Dəyirmanlı kəndində yaşayan – Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs xx.xx.2024-cü-cü il tarixdə, saat 21 radələində yaşadıqları Kürdəmir rayonunun Dəyirmanlı kəndində yerləşən yaşadıqları evin həyətində şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı gəlini X1 qəsdən vuraraq ona sağlamlığa zərərvurmaya aid edilməyən xəsaərtlət yetirməklə onu döymüşdür. Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən Kürdəmir rayon polis şöbəsinin təhqiqatçısı tərəfindən xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, onun Azərbaycan Respublikası İXMnin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən edilmiş və xx.xx.2021-cü il tarixdə barəsində MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, Gülər onun gəlini olsa da münasibətləri normal deyil. Belə ki, oğlu ilə Gülər arasında nikahın pozulmasına dair iddia ərizəsi hazıərda məhkəmənin icraatındadır. Özü Bakı şəhərində yaşayır. xx.xx.2024-cü il tarixdə öz üvinə gəlmiş və Gülər onu evə buraxmaq istəməmiş, o,da Gülərin qolundan yaşışaraq evdən darrtıb çıxmasını tələb etmişdir. O, da evə girmək istəmiş və Güləri qolundan tutaraq həyətə atmışdır. Onlar barışmamışlr,barışmaq da istəmir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, Ağabala onun qaynatasıdır. O, Ababalanın oğlu Yasərlə 2005-ci il tarixdə evlənmiş və həmin evə gəlin gəlmişdir. Münasibətləri normal deyildir. xx.xx.2024-cü il tarixdə azyaşlı oğlu evdə olarkən Asğabala evə gəlmiş və uşağın qolundan tuturaq onu çölə atmış və o, da evə gəlmiş Ağabala onu evdən çıəxmasını tələb edərək başına və sifətinə bir neçə dəfə sillə ilə vuraraq nalayiq ifadələrlə təhqir edərək onu döymüşdür. Onlar barışmamışlar. İş materiallarına əlavə edilmiş, məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya birliyinin xx.xx.2024-cü il tarixli, 05 saylı canlı şəxsin məhkəmə tibbi müayinəsi aktında 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol bazu və sağ saiddə qançırların küt əşyanın təsirindən əmələ gəlmişdir, müddətin xx.xx.2024-cü il tarixə uyğun gəldiyi və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən kimi göstərilmişdir. Məhkəmə araşdırması zamanı Şəxs əməli özünün etirafı zərərçəkmiş şəxsin izahatı, məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya birliyinin aktı, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolvə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXMnin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutlmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tədbiri tətbiq edərkən onun məsuliyyəti yüngülləşdirən ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xəta hadisəsi törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənveh tədbirinin tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106-115,117 və 129- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat miqdarda inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-82/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-82/2024
22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver