Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-820/2023 21.09.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük idarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və digər materiala məhkəmənin binasında (ünvan: Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük idarəsi tərəfindən Şəxs MMC barəsində tərtib olunmuş və baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmiş xx.xx.2023-cü il tarixli, 00100-02210/23 nömrəli inzibati xəta haqqında protokola əsasən Kürdəmir şəhəri Sabir küçəsi ev 3 ünvanında qeydiyatda olan hüquqi şəxs Şəxs MMC ünvanına (VÖEN **********) ilə Rusiya Federasiyasında fəaliyyət göstərən “TCT-Trans” arasında bağlanmış 05-02/21 nömrəli xx.xx.2021-ci il tarixli müqaviləyə istinad etməklə Bakı Baş Gömrük idarəsində 1 gömrük bəyannaməsi ilə rəsmiləşdirmə aparıb ümumilikdə sözügedən gömrük bəyannamələri üzrə 6870.29 ABŞ dolları dəyərində malları Azərbaycan Respublikasından ixrac etmişdir. Lakin qeyd olunan xarici iqtisadi fəaliyyətlər nəticəsində 6870.29 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmiş, nəticədə hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük idarəsinə və Şəxs MMC-yə lazımi qaydada məlumat verilməsinə baxmayaraq təyin edilmiş məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər, bu səbəbdən də, işə Bakı Baş Gömrük idarəsinin və Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmışdır. Məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlara əsasən müəyyən edildi ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydaları”nın 12.2-ci maddəsinə əsasən hüquqi və ficiki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onları bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində müvəkkil bankda olan hesablarıa köçürülməsini təmin etməlidirlər, lakin hüquqi şəxs Şəxs MMC tərəfindən həmin tələblərə riayət edilmədiyi üçün Bakı Baş Gömrük idarəsi tərəfindən hüquqi şəxsin əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin dispozisiyasına görə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati məsuliyyət yaradır. Şəxs MMC ünvanına (VÖEN **********) ilə Rusiya Federasiyasında fəaliyyət göstərən “TCT-Trans” arasında bağlanmış 05-02/21 nömrəli xx.xx.2021-ci il tarixli müqaviləyə istinad etməklə Bakı Baş Gömrük idarəsində 1 gömrük bəyannaməsi ilə rəsmiləşdirmə aparıb ümumilikdə sözügedən gömrük bəyannamələri üzrə 6870.29 ABŞ dolları dəyərində malları Azərbaycan Respublikasından ixrac etməsi və qeyd olunan xarici iqtisadi fəaliyyətlər nəticəsində 6870.29 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürməməsi işdə olan sənədlərlə mübahisəsiz olaraq sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİM: Şəxs MMC (VÖEN **********, ünvan: ünvan 4 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində inzibati xətanın obyekti olmuş 6870.29 ABŞ dolları məbləğin otuz faizi, yəni ödəniləcək günə bank məzənnəsi ilə manatla 2062 (iki min altmış iki) ABŞ dolları məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-820/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-820/2023
21.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver