Məhkəmə qərarları › İş №3(041)-83/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-83/2024

22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-83/2024 22.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs X1 və Zərərçəkmiş şəxs Bəbir qızının iştirakı ilə xx.xx.1973-cü Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Qarasaqqal kəndində yaşayan – X2 haqqında Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X2 xx.xx.2024cü il tarixdə Kürdəmir rayonunun Qarasaqqal kəndində küçədə Zərərçəkmiş şəxsn Bəbir qızı ucadan qışqıraıb nalayiq ifadələrlə təhqir edərək, ictimai qaydanı pozan və ya fiztki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayət edilməyən hərəkətlər etmişdir. Zərərçəkmiş şəxs Bəbir qızının şikayəti əsasında X2 barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək xx.xx.2024-cü il tarixdə aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmədə inzibati xəta törətmiş şəxs X2 izahat verərək göstərdi ki, Xanımnənə Şamaxı rayonundan olmaqla onun evinə yaxın fermada yaşayır. Münasibətləri normal deyildir. O,özü də dolanışıq üçün qaramal saxlayıt. O, hər gün qaramalın peyinini araba ilə daşıyır. Xanımnənə həmin arabanı aparmış və o, azyaşlı uşağını arabanı gətirmək üçün göndərmiş, bir az sona uşaq gələrək Xanımnənənin arabanı vermədiyini demiş, o, da özü arabanı gətirməyə getmiş və aralarında mübahisə yaranmışdır.O,da heç bir söz demədən arabanı götürüb gətirmişdir. O, xanımnənəni söyməmiş və onu təhqirt etməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Bəbir qızı izahatında göstərdi ki, o, Şamaxı rayonundan olsas da Kürdəmir rayonunun Qarasaqqal kəndində yerləşən fermada yaşayır. Xeyli müddətdir ki, Mədətlə onun arasında münaqişə vardlır. Belə ki. Mədət dəfələrlə onu nalayiq ifadələlrə təhqir etmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Mədət onun yaşadığı fermaya gəlmiş və peyin daşımaq üçün istifadə edilən arabanı götürüb aparmış və həmi vaxt oucadan qışqıraraq nalayiq ifadələrlə onu təhqir emişdir.O,da DİN-nin 102 xidmət mərkəzinə zəng edərək bu barədə məlumat vermişdir. Belə hallar dəfələrlə təkra olmuşdur. Odur ki, Mədət barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə araşdırması zamanı X1 törətdiyi inzibati xəta özü etiraf etməsə də, zərərçəkmiş şəxsin ifadəsi, hadisənin baş vermə şəraiti, inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə inzibati xəta törədən X1 məhkəmədə veriyi ifadəsinə tənqidi yanaşaraq onun ifadəsini məsuliyyətdən yayınmaq kimi qiymətləndirir. Məhkəmə Mədət Muradova inzibati tənbeh tətbiq edərkən onun məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törədən X1 şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində aşağı həddə, yəni 50 manat məbləğdə inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. İş materiallarına əlavə ediliş 21.0.2024-cü il tarixli, AZA 000234 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə saat 17.50-də inzibati qaydada tutulmuşdur. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İnzibati xəta törətmiş X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib barəsində 50 (əlli) manat cərimə cəzası saxlanılsın, o, dərhal zaldan buraxılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar