Məhkəmə qərarları › İş №3(041)-831/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-831/2025

15.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-831/2025 15.09.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X7, Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Kürdəmir rayonu, Yenikənd kəndində yaşayan, Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)- 1191/2022 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru H.T.Quliyev tərtib etdiyi inzibati xəta haqqında protokolu şifahi əsaslandıraraq bildirdi ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1191/2022 saylı icra sənədinə əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2(044)- 3695/2019 saylı qətnaməsi ilə X6 və X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı artırılaraq 2 nəfər uşağın yetkinlik yaşına çatana kimi borclu Şəxs hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat aliment tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. İcra sənəd icra edilməsi üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilmiş, borcluya bildiriş göndərilmişdir. Keçirilmiş icra tədbirləri nəticəsində 1050 manat ödəniş edilmiş, hazırda onun 8650 manat borcu vardır. Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun çağırışlarına gəlmədiyi üçün barəsində axtarış elan edilmiş və polis əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə Kürdəmir rayon icra və probasiya şöbəsinə gətirilmişdir. Borcunu ödəmədiyi üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə təqdim edilmişdir. Tərtib etdiyi inzibati xəta haqqında protokolla bağlı qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, barəsində olan icra sənədindən məlumatı var, icra sənədi üzrə borcundan əvvəllər hissə-hissə ödəmiş, lakin son 3 ayda aylıq ödənişlər edə bilməmiş, yaranmış 8650 manat borcunu isə ödəməyə maddi imkanı yoxdur. Tərəflərin izahatından və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1191/2022 saylı icra sənədinə əsasən X6 və X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Şəxs hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat aliment tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə tələbkara olan ümumi borcu 8650 manat təşkil edir. Məhkəmə iclasından iş üzrə tələbkar Zərərçəkmiş şəxs ilə telefon əlaqəsi saxlanılmış və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 şikayətçi olduğunu bildirmiş və inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Müvafiq inzibati xətanın baş verməsi faktı barəsində inzibati xəta haqqında protokol və iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1191/2022 saylı icra vərəqəsinə əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2(044)-3695/2019 saylı qətnaməsi ilə X6 və X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı artırılaraq 2 nəfər uşağın yetkinlik yaşına çatana kimi borclu Şəxs hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat aliment tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. - İcraata başlama haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-1191/2022 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; - Kürdəmir rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs barəsində axtarış elan edilmişdir. - Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-1975/2022 saylı qərarı ilə Şəxs ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmışdır. - Kürdəmir rayon icra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə borclu Şəxs barəsində axtarış elan edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı Şəxs sözü gedən icra sənədinin icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirmədiyi və onun Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tələblərini pozduğu müəyyən olunur. Belə ki, borclu Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməkdən qərəzli surətdə boyun qaçırmışdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun təqsirlilik dərəcəsini və şəxsiyyətini, icra sənədinin icrası ilə bağlı icra məmurunun tələblərini qəsdən icra etmədiyini, icra sənədi üzrə 8650 manat borcu olmasını, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyənləndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tədbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 15 sentyabr 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar