Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-833/2024 29.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə 25.12.159-cu il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Ağsu rayonu Padarqışlaq kəndində yaşayan – Şəxs barəsində AR DİN-nin BDYPİ YPXA-dan daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs xx.xx.2024-cü il tarixdə saat 14.08 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun 187,5-ci km-də texniki cəhətdən saz vəziyyətdə olan yol vərəqəsi ilə idarə etdiyi “QAZ 330273 345” markalı,bortlu tenli 5-1 yerli, **-JP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini Bakı şəhəri istiqamətində hərəkət hissəsinin sağ kənarından ehtiyat hissədən sola çıxaraq ondan arxa sağ hərəkət zolağı ilə düzünə hərəkətdə olan X2 70 km/saat sürətlə idarə etdiyi “X14” markalı, frqon tipli **-TC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yol vermədən yolun sağ çiynindən sola doğru manevr edib sağ hərərkət zolağına çıxaraq yol nəqliyyat hadisəsi törətmiş, yol nəqliyyat hadisəsi nəticəsində “avtomobil və avtomobildə və avvtomobildə olan sərnişinlər X12, X7 və X1 müxtəlif dərəcəli bədən xəsarətləri almasına və avtomobilə maddi ziyan vurulmasına səbəb olmuşdur. Şəxs barəsində toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən DİN Baş İstintaq və Təhqiqat İdarəsinin X4 İşlər üzrə İstintaq və Təhqiqat şöbəsinin müstəntiqi tərəfindən xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, onun Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, o,avtomobili yol vərəqəsi ilə idarə edir. xx.xx.2024-cü il tarixdə,saat 14.08 radələrindəKürdəmir rayonunun Xırdapay kəndi ərazisindən keçən Bakı-Qazax-Gürcüstan sərhəddi yolunda Bakı istiqamətində hərəkət hissəsinin sağ kənarından ehtiyat hissədə 40-50 km/saat sürətlə idarə etdiyi “QAZ 330273 345” markılı,bortlu tentli 5-1 yerli,**-JP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini sola hərəkət hissəsinə doğru çıxarıb düzünə hərəkətdə olarkən arxadan eyni istiqamətdə hərəkətdə olan “X14” markalı,yük avtomobilinin qabaq sağ hissəsi onun avtomobilinin arxa sol hissəsi ilə toqquşmuş,hadisə nəticəsində avvtombilə və avtomobildə olan sərnişinlər Rövşən Quliyev, Gülməmməd İbrahimov və Atamoğlan Şirinov müxtəlif dərəcəli ədən xəsarətləri almılar. Hadisə baş verən gün sərxoş olmamışdır. Hadisə zamanı özünə də maddi ziyan dəymişdir. Əmlindən peşman olmasını, ilk dəfə inzibati xəta hadisəsi törətməsini və avtomobilin ailəsinin yeganə dolanışıq mənbəyi olduğunu, nəzərə alıb ona sürücülük hüququnun məhdudlaşdırlması ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş şəxslər X12, X7 və X6 lazimi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir məlumat vermədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə inzibati material zərərçəkmiş şəxslərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rıədd edilməsi haqqında qərarda AR Ədliyyə Nazirlıiyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli, 8/1239 nömrəli rəyində “QAZ 330273 345” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluiq olması və həmin maddəinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olduğu göstərilmişdir. İş materiallarına əlavə edilmiş sürücülü vəsiqəsinin surətindən görünür ki, Şəxs BC 860969 nömrəli sürücülük vəsiqəsi vardır və xx.xx.2029-cu il tarixədək etibarlıdır. İş materiallarına əlavə edilmiş Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında xx.xx.2024-cü il tarixli, 86 nömrəli aktında Şəxs hadisə baş verən gün ayıq olduğu göstərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli minik avtimobilləri üçün0003000 nömrəli yol vərəqəsindən görünür ki, “QAZ **********markalı, **-JP-*** dövlət qeydiyyat niişanlı avtomobili Şəxs İslas oğluna idarə etməki göstərilmişdir. İş materiallarına əlavə edilmiş,xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda MTE və PA şöbəsinin xx.xx.2024-cü il tarixli, 169 saylı canlı şəxsin məhkəmə tibbi müayinəsi aktında X3 bədən səthi üzərində üst və alt dodaqda əzilmiş cırılmış yaraların küt əşya təsirindən, törəmə müddətinin xx.xx.2024-cü il tarixə uyğun gəldiyi, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb yüngül zərərvurmaya aid olduğu göstərilmişdir. İş materiallarına əlavə edilmiş, xx.xx.20274-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda MTE və PA şöbəsinin xx.xx.2024-cü il tarixli, 170 saylı canlı şəxsin məhkəmə tibbi müayinəsi aktında X9 bədən səthi üzərində sağ almacıq-əng kompleksinin yerdəyişən sınığı küt əşya təsirindən əmələ gəldiyi, törəmə müddətinin xx.xx.2024-cü il tarixə uyğun gəldiyi, ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır vərərvurmaya aid olduğu göstərilmişdir. İş materiallarına əlavə edilmiş, xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda MTE və PA şöbəsinin xx.xx.2024-cü il tarixli, 171 saylı canlı şəxsin məhkəmə tibbi müayinəsi aktında X5 bədən səthi üzərində başın təpə nahiyəsində sıyrığın küt əşya təsirindən əmələ gəlməsi, törəmə müddətinin xx.xx.2024-cü il tarixə uyğun gəldiyi, ağırlıq dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsart olduğu üçün dərəcəsi təyin edilmən xəsarət kimi göstərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda zərərçəkmiş şəxslərin Şəxs onlara müalicə xərclərinə kömək etdiyi, onunla barışdıqlarını, ona qarşı heç bir şikayət və tələblərinin olmadığı göstərilmişdir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs əməli özünün etirafı, zərəçəkmiş şəxslərin ibtidai istintaqda verdikləri izahatları və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta töədən Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, törətdiyi xətanın xarakterini, təqsirlik dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-833/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-833/2024
29.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver