Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-834/2024 29.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X10, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1967-ci il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Təbrik məhəllə küçəsi, ev 5,mənzil 6 da qeydiyatda olmaqla yaşayan, Şəxs barəsində Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, İXP6389603 nömrəli inzibati xəta haqqında protokola və xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən xx.xx.2024-cü il tarixdə saat 14:08 radələrində Bakı Qazax yolunun 187.5-ci kilometirliyində ünvan 1 ünvanında qeydiyyat olan, xx.xx.1967-ci il təvəllüdlü Şəxs “X19” markalı furqon tibli **-TC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini Bakı istiqamətində idarə edib hərəkətdə olarkən avtomobili qarşıda hərəkətdə olan Ağsu rayonu Padarqışlaq kəndində qeydiyyatda olan xx.xx.1959cu il təvəllüdlü X2 idarə etdiyi “2N-li X7” MMC-yə məxsus Qaz 330273 345 markalı bortlu tentli 5+1 yerli **-JP-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşmuş, yol-nəqliyyat hadisəsi nəticəsində Qaz 330273 345 markalı avtomobilin sərnişinləri xəsarət almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 16 aprel 2024-cü il tarixdə saat 14:08 radələrində Kürdəmir rayonunun Xırdapay kəndi ərazisindən keçən Bakı-Qazax-Gürcüstan sərhədi yolunda Bakı istiqamətində sağ hərəkət zolağında etibarnamə ilə idarə etdiyi “X19” markalı furqon tipli **-TC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə 70 km/saat sürətlə hərəkətdə olarkən hava günəşli olduğundan fikri bir anlığa idarəetmədən yayınmış və avtomobilin qabaq sağ hisssəsi qarşıda eyni istiqamətdə hərəkətdə olan Qazel markalı yük avtomobilinin arxa sol hissəsi ilə toqquşmuşdur. Hazırda dəymiş ziyanla bağlı zərərçəkmiş şəxlərlə öz aralarında razılıq əldə etmişlər, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Şəxs izahatının sonunda törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında zərərçəkmiş şəxslərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, təyin edilmiş məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların gəlməməsini üzürsüz hesab edərək işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: «Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya» Biriliyinin Kürdəmir rayon şöbəsi tərəfindən verilmiş 10 may 2024-cü il tarixli canlı şəxsin ekspertizasına dair 169 №-li ekspert rəyində X1 aşkar edilmiş xəsarətlər üst və alt dodaqda əzilmiş-cırılmış yaralar-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. «Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya» Biriliyinin Kürdəmir rayon şöbəsi tərəfindən verilmiş 10 may 2024-cü il tarixli canlı şəxsin ekspertizasına dair 170 №-li eksperi rəyində X11 aşkar edilmiş xəsarətlər - -sağ almacıq-əng kompleksinin yerdəyişən sınığ küt əşyanın təsirindən əmələ gəldiyi, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. «Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya» Biriliyinin Kürdəmir rayon şöbəsi tərəfindən verilmiş 10 may 2024-cü il tarixli canlı şəxsin ekspertizasına dair 171 №-li ekspert rəyində X4 aşkar edilmiş xəsarətlər- başın təpə nahiyəsində sıyrığı küt əşyanın təsirindən əmələ gəldiyi, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Ağırlıq dərəcəsinə görə sağlamlığa zərərvurmadığına görə dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin X3 İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi polis mayoru X5 cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarından məlum olur ki, X6 barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar çıxarılması məqsədi ilə toplanmış material üzrə müvafiq protokol tərtib edilərək məhkəmə məsuliyyətinə verilməsi üçün Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 7ci tağımına göndərilmişdir. Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının Vİİ tağım yol patrul xidməti inspektoru, polis baş serjantı X8 tərəfindən tərtib edilmiş 09 iyul 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №3(041)-834/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-834/2024
29.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver