Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-835/2024 24.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, iclas katibi Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Kürdəmir rayonu Yenikənd kəndində yerləşən "xxxx" MMC barəsində Azərbaycan Respublikasının Mərkzi Bankından daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda yerləşən məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC 46410,00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də,46410,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları(xidməti) ölkəyə daxil etməmiş,valyuta vəsaitini geri qaytarmamaışdır. Ona görə də, Azərbaycan Respublikasının Mərkəzi Bankı "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini müəyyən etmiş və xx.xx.2024-cü il tarixdə, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyatı üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati icraat aparılan hüquqi şəxs "xxxx"MMC-nin qeydiyyatda olduğu ünvana, yəni Kürdəmir rayonu Yenikənd kəndinə məhkəmə bildirişi göndərməklə və bunda əlavə 050-23266-65 nömrəli telefon vasitəsi ilə əlaqə saxlanılaraq, məhkəmə iclasının yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq oranın səlahiyyətli nümayəndəsi məhkəmə iclasına heç bir üzürlü səbəb bildirmədən gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İş materiallarına əlavə edilmiş EP ******* nömrəli inzibati xəta haqqında protokollardan görünür ki, "xxxx" MMC 46410,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti 13 iyul 2022-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 02 il müddət keçməsinə baxmayaraq 46410,00ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlər banka təqdim edilməmiş və qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. İş materiallarına əlavə edilmiş və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış bldirişdən görünür ki, onlara inzibati xəta haqqında icraata başlanacağı barədə xəbərdarlıq edilmiş və onların Palatya gəlməsi tələb olunmuşdur. "xxxx" MMC-nin əməli işə əlavə edilmiş sənədlərlədə tam sübuta yetirilmişdir. Ona görə də, "xxxx" barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə valyuta tənzimi qaydaları pozulur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alıram. İnzibati xəta törədən hüquqi şəxs "xxxx" MMC-nin törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq barəsində inzibati xətanın obyekti olmuş 46410,00 ABŞ dolalrı məbləğinin iyirmi faizi məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın obyekti olmuş 46410,00 ABŞ dolları məbləğinin iyirmi faizi məbləğində, yəni 9282,00 ABŞ dolları məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şirvan apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-835/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-835/2024
24.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver