Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-841/2023 08.09.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1987-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Pirili kəndində yaşayan – Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs xx.xx.2023-cü il tarixdə, saat 20 radələində yaşadıqları evdə şxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı əli ilə qəsdən qonşusu Zərərçəkmiş şəxsnın sol qoluna və əlinə vuraraq ona sağlamlığa zərərvurmaya aid edilməyən xəsaərtlət yetirməklə onu döymüşdür. Zərərçəkmiş şəxsnın ərizəsi əsasında toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən Kürdəmir rayon polis şöbəsinin təhqiqatçısı tərəfindən xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, onun Azərbaycan Respublikası İXMnin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən edilmiş və xx.xx.2023-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, Cəlal onun həmkəndlisi və qonşusudur. Münasibətləri əvvəllər normal olmuş, lakin sonradan pozulmuşdur. Onlar həyətlərində olan qrunt sularının axıdılması üçün arx qazdırməış və həmin arx da Cəlalgilin bağ sahələrinin ayağından keçir. O,xx.xx.2023-cü il tarixdə evə gələrkən Cəlalaın atası Nəsirin həmin arxı traktorla doldurduğunu görüb iradnı bildrirmiş və aralarında mübahisə yaranmışdır. Onlar mübahisə edən zaman Cəlal da orada olmuşdur. Mübashiə zamanı onlar əlbəyaxa olduqları zaman Cəlal onun boyunundan yapıbıb boğmuş və o, öznü müdafiə etmək üçün Cəlalı vurmuşdur. Onlar barışmamışlar.O,barışmaq istəsə də Cəlalgil onunla barışma istəməmişlər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, Usub onun həmkədlisi həm də qaonşusudur. Münasibətləri əvvəllər normal olsa da sonradan münasibətləri pozulmuşdur. xx.xx.2023-cü il tarixdə,saat təxminən 17 radələrində onlar evdəolarkən Usub atası Nəsirin telefonuna zəng edərək arxı doldurmağa görə ona nalayiq sözlər demiş və atası Nəsiri həmin yerə çağırmışdır. Həmin vaxt atası Nəsir Usubla telefonda danışarkən səsucaldan ilə danışdığı üçün o, da Usubun atasına nalıayiq sözlər deməsini eşitmişdir. O və qardaşı Zülal və atası birlikdə Usubun dediyi yerə getmiş və aralarında mübahisə olmuş, mübahisə zamanı onlar əlbəyaxa olmuşlar. Onlar əlbəyaxa olan zaman Usub onu çənəsini dişləyərək ona xəsarət yetirmişdir. Onlar barışmamış və Usub ona dəyən ziyanı ödəməmişdir. Odur ki, Usub barəsində qanuni tədbir görülməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqənda qərarda məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya birliyinin xx.xx.2023cü il tarixli, 65 saylı canlı şəxsin məhkəmə tibbi müayinəsi aktında 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxsnın məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – çənə nahiyəsində yaranın küt əşyanın təsirindən əmələ gəlmişdir, müddətin xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən kimi göstərilmişdir. Məhkəmə araşdırması zamanı Şəxs əməli özünün qismən etirafı zərərçəkmiş şəxsin izahatı, məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya birliyinin aktı, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolvə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXMnin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutlmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şəxs inzibati tənbeh tədbiri tətbiq edərkən onun barışıq əldə etməyə cəhd etməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xəta hadisəsi törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xətatörədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənveh tədbirinin tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106-115,117 və 129- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat miqdarda inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-841/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-841/2023
08.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver