Məhkəmə qərarları › İş №3(041)-841/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-841/2024

19.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-841/2024 19.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Kürdəmir RPŞ-nin DYPB-in polis kapitanı X*, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.*948-ci il tarixdə Ağsu rayonunun Ləngəbiz kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Şamaxı rayonu, Carhan ərazi dairəsi, Carhan kəndində qeydiyyatda olan (FİN-xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş *8 avqust 2024-cü il tarixli, İXP seriyalı 649*093 nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs *8 avqust 2024-cü il tarixdə Ağsu-Kürdəmir-İmişli yolunun 29-cu kilometrliyində «VAZ 2*06» minik markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərək törətdiyi xəta nəticəsində zərər çəkmiş şəxsə maddi zərər vurmuş, bununla da İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Kürdəmir RPŞ-nin DYPB-in polis kapitanı X3 göstərmişdir ki, Şəxs *8 avqust 2024-cü il tarixdə Ağsu-Kürdəmir-İmişli yolunun 29-cu kilometrliyində «VAZ 2*06» minik markalı, **- KG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərək yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə hər iki avtomobilə maddi zərər vurmuşdur. Hadisənin baş verdiyi vaxt Şəxs sürücülük hüququ olmamış, daha sonra Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək göstərmişdir ki, *8 avqust 2024-cü il tarixdə saat *5 radələrində X2 məxsus olan VAZ-2*06 markalı, ** KG *** dövlət qeydiyyat nişanlı avtomobili sahibinin iştirakı ilə o idarə edərək Ağsu-Kürdəmir-İmişli yolunun 29-cu kilometrliyində, Kürdəmir rayonunun Topalhəsənli kəndi ərazisindən keçən hissəsində Ağsu istiqamətində hərəkətdə olan zaman qarşısında eyni istiqamətdə hərəkətdə olan KİA FORTE markalı ** RR *** dövlət qeydiyyat nişanlə avtomobil *.** üfiqi nişanlanma xəttinin tələbini pozmaqla sola və geriyə manevr əməliyyatını yerinə yetirmək məqsədi ilə sürətini azaltmış, o həmin avtomobillə düzgün arta məsafəsi saxlamadığı üçün hadisədən yayınmaq məqsədi ilə qarşı hərəkət zolağına manevr etmiş və nəticədə həmin avtomobillə qarşı hərəkət zolağında toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmasa da hə iki avtomobilə maddi zərər dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: *8 avqust 2024-cü il tarixli, İXP seriyalı 649*093 nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs *8 avqust 2024-cü il tarixdə Ağsu-Kürdəmir-İmişli yolunun 29-cu kilometrliyində «VAZ 2*06» minik markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərək törətdiyi xəta nəticəsində zərər çəkmiş şəxsə maddi zərər vurmuş, bununla da İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir. 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.*.*) və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Bəkirov X4 Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, **4 və **5-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən *0 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin *29-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar