Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-841/2025 19.09.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1, İsayev Orxan Mahir oğlunun katibliyi, Kürdəmir RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyatda olmaqla yaşayan (Fin xxxxxxx) Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı üzərində daşımış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Kürdəmir RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X4 tərtib etdiyi inzibati xəta haqqında protokolu şifahi olaraq onunla əsaslandırdı ki, Şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması və daşıması, qəbul etməsi, həmçinin yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə daxil olmuş məlumat əsasında xx.xx.2025-ci il tarixdə saxlanılaraq Kürdəmir RPŞ-yə gətirilmişdir. Beləliklə, Şəxs əməlində İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta olduğu müəyyən edildiyindən cinayət işinin başlamasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, qərar əsasında barəsində inzibati xəta haqqında protokol tərtib edərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, polis əməkdaşları onun yaşadığı Kürdəmir şəhəri X3 küçəsi, ev 45A ünvanına baxış keçirmiş və axtarış zamanı evin həyətindən 2 ədəd dibçəkdə yaş vəziyyətdə təmiz çəkisi 85.0 qram olan narkotik tərkibli çətənə bitkisini aşkar edərək götürmüşlər. Arabir qurudulmuş marixuanadan istifadə etdiyi üçün aşkar edilərək götürülmüş bitkini öz istifadəsi üçün yetişdirmişdir. İnzibati xəta haqqında protokolda qeyd edilənləri qəbul edir. Şəxs izahatının sonunda əməlindən peşman olmasını nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: - İş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 18/426 nömrəli rəyində qeyd olunmuşdur ki, 1) Tədqiqata təqdim olunmuş üzərində: "...imza Şəxs..." sözləri və imzalar olan polietilen torbada ümumi sayı 02 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi - 85,0qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Agronomun rəyinə əsasən təqdim olunmuş 02 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. 2) Tədqiqata təqdim olunmuş üzərində: "...Şəxs evindən...kütlə..." sözləri və imzalar olan kağız paketdə 01 ədəd poleitilen torbada təmiz çəkisi 14,69 qram olan bitki toxumları narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır, onlar narkotik vasitələrə aid deyildir. Həmin polietilen torbanın içərisində 01 ədəd siqaret qutusunda təmiz çəkisi - 3,51qram olan nəm halda bitki mənşəli kütlə narkotik vasitələrə aid deyildir. - iş üzrə təyin edilərək keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1008 saylı rəyinə əsasən Şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə proflaktiki qediyyata alınması məsləhət görülür. - xx.xx.2025-ci il tarixdə saat 18:20-da Şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - 04 iyun 2025-ci il tarixdə saat 17:00-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş Şəxs saxlanıldığı Kürdəmir RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. - “Cinayət işinin başlanmasının rədd olunması barədə” Kürdəmir rayon polis şöbəsinin İB-nin müstəntiqi Ə.E.Məmmədovun 20 iyul 2025-ci il tarixli qərarından məlum olur ki, xx.xx.1970-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, Kürdəmir şəhəri, X3 küçəsi, ev 45A ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması, daşıması, qəbul etməsi, həmçinin yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkiləri əkibbecərməsində şübhəli bilindiyi üçün, Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə saat 17:16-dan saat 17:38dək yaşadığı Kürdəmir şəhəri, X3 küçəsi, ev 45A ünvanında yerləşən evə və həyətyanı sahəsinə baxış keçirilən zaman həmin ünvanın həyətindəki 02 ədəd dibçəkdə 02 ədəd çətənə bitkisinə bənzər bitki, 01 ədəd polietilen torbada yaş halda narkotik vasitə marixuanaya bənzər kütlə və çətənə bitkisinin toxumuna bənzər toxumlar aşkar edilib qablaşdırılaraq götürülümüş və Şəxs RPŞ-yə gətirilməsi barədə tərtib edilmiş raport HK- 1/1017 sayda qeydiyyata alınaraq icrası ona həvalə edilmişdir. xx.xx.2025-ci il tarixdə saat 18:20-da tərəfimdən Şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Aparılan yoxlama zamanı müəyyən olunmuşdur ki, Şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması, daşıması, qəbul etməsi, həmçinin yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkiləri əkib-becərməsində şübhəli bilindiyi üçün, Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə saat 17:16-dan saat 17:38-dək yaşadığı Kürdəmir şəhəri, X3 küçəsi, ev 45A ünvanında yerləşən evə və həyətyanı sahəsinə baxış keçirilən zaman həmin ünvanın həyətindəki 02 ədəd dibçəkdə 02 ədəd çətənə bitkisinə bənzər bitki, 01 ədəd polietilen torbada yaş halda narkotik vasitə marixuanaya bənzər kütlə və çətənə bitkisinin toxumuna bənzər toxumlar aşkar edilib qablaşdırılaraq götürülümüş, qablaşdırılaraq üzəri "Azərbaycan Respublikası DİN-in №137" saylı möhürü ilə möhürlənərək rəy alınması üçün Azərbaycan Respublikası ƏN-nin MEM-nin Şirvan Regional bölməsinə göndərilmişdir. Məhkəmə-bioloji ekspertizanın xx.xx.2025-ci il tarixli 18/426 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: "...imza Şəxs..." sözləri və imzalar olan polietilen torbada ümumi sayı 02 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi - 85,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən təqdim olunmuş 02 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş üzərində: "...Şəxs evindən...kütlə..." sözləri və imzalar olan kağız paketdə 01 ədəd polietilen torbada təmiz çəkisi 14.69 qram olan bitki toxumları narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır, onlar narkotik vasitələrə aid deyildir. Həmin polietilen torbanın torbanın İçərisində 01 ədəd siqaret qutusunda təmiz çəkisi -3.51 qram olan nəm halda bitki mənşəli kütlə narkotik vasitələrə aid deyildir. 04 iyun 2025-ci il tarixdə saat 17:00-da tərəfimdən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş Şəxs saxlanıldığı Kürdəmir RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1008 nömrəli rəyinə əsasən Şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq edilmiş "şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, hablə onların külli miqdaraına görə" siyahılarına əsasən qurudulmuş marixuananın cinayət məsuliyyətinə cəlb etməyə kifayət edən miqdarı 5 qram və daha artıq kimi qəbul edilmişdir. Belə olan halda, Şəxs əməlində cinayət tərkibi yoxdur. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanuna əlavədə göstərilmişdir ki, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün şəxsi istehlak miqdarından artıq, yəni 5 qram narkotik vasitə qurudulmuş marixuana əldə edib saxlanması nəzərdə tutulmuşdur. "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarınn təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanunda dəyişiklik edilməsi haqqında qərarın İİ-ci bəndinə əsasən, adında və İ maddədə "edilməsi üçün kifayət edən" sözləri "edilməsinə əsas verən sözləri ilə, "miqdarında, habelə onların külli miqdarına" sözləri xeyli, külli və xüsusilə küli miqdarına sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə 1-ci siyahısının 109.1-ci bəndinə əsasən" 25 qramdan 2500 qrama kimi qurudulmayan marixuana xeyli miqdar kimi qəbul edilir. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1008 nömrəli rəyinə əsasən Şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq edilmiş "şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, hablə onların külli miqdaraına görə" siyahılarına əsasən qurudulmuş marixuananın cinayət məsuliyyətinə cəlb etməyə kifayət edən miqdarı 5 qram və daha artıq kimi qəbul edilmişdir. Belə olan halda, Şəxs əməlində cinayət tərkibi yoxdur. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanuna əlavədə göstərilmişdir ki, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün şəxsi istehlak miqdarından artıq, yəni 5 qram narkotik vasitə qurudulmuş marixuana əldə edib saxlanması nəzərdə tutulmuşdur. "Şəxsin Cinayət Məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarınn təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanunda dəyişiklik edilməsi haqqında qərarın İİ-ci bəndinə əsasən, adında və İ maddədə "edilməsi üçün kifayət edən" sözləri "edilməsinə əsas verən sözləri ilə, "miqdarında, habelə onların külli miqdarına" sözləri xeyli, külli və xüsusilə küli miqdarına sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə 1-ci siyahısının 109.1-ci bəndinə əsasən" 25 qramdan 2500 qrama kimi qurudulmayan marixuana xeyli miqdar kimi qəbul edilir. Araşdırma zamanı isə Şəxs narkotik vasitəni satmaq niyyətinin olması müəyyən olunmamış, onun çətənə (kannabis) bitkisini öz şəxsi istifadəsindən ötrü əkib becərərək saxlaması müəyyən edilmişdir. Beləliklə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Kürdəmir şəhəri, X3 küçəsi, ev 45A ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs evinə baxış keçirilərkən 02 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi 85,0 qram qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edildiyindən Şəxs əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işi başlanması rədd edilməli, vətəndaş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin, yəni qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi tərkibi olduğundan vət. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Kürdəmir RPŞ-nin İTB-nin bölməsinə göndərilməlidir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin çıxışlarını dinləyərək və ekspert rəyinə əsaslanaraq belə qənaətə gəlir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsindən həmin Məcəllənin 208-ci maddəsinə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə, üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 208-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə və ya yetişdirilməsinə) görə, iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Şəxs əməli özünün etirafı və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməli, inzibati həbsetmənin əvvəli 19 sentyabr 2025-ci il tarixdən hesablanmalıdır. Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:20-dən 04 iyun 2025-ci il tarixdə saat 17:00dək müddətdə şübhəli şəxs qismində tutulması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının İXM-nin 115.3-cü maddəsinə əsasən inzibati xətaya görə inzibati həbs növündə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində məcburi müalicənin tətbiqi məsələsi hakim tərəfindən həll edilir. 115.4. İnzibati xəta haqqında iş üzrə qərarda götürülmüş əşyalar və sənədlər barədə məsələlər aşağıdakı qaydada həll olunmalıdır: 115.4.1. dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir; 115.4.2. dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməli, yaxud məhv edilməlidir; İş üzrə maddi sübut- Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmiş, Şəxs evinə baxış keçirilərkən 02 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi 85,0 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərinin ekspertiza tədqiqatından sonra qalıq qalan 0.20 qram hissəsi qərar qanuni qüvvəsini alandan sonra məhv edilməlidir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1008 saylı rəyinə əsasən Şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə və Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 85, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsindən həmin Məcəllənin 208-ci maddəsinə tövsif olunsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 15 (on beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası İXM-nın 31.4-1-ci maddəsi tətbiq edilərək Şəxs 02 gün inzibati qaydada tutulma müddəti nəzərə alınsın və üzərində qəti olaraq 13 (on üç) gün müddətə inzibati həbs tənbeh tədbiri saxlanılsın. İnzibati həbsetmənin əvvəli 19 sentyabr 2025-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut- Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmiş, Şəxs evinə baxış keçirilərkən 02 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi 85,0 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərinin ekspertiza tədqiqatından sonra qalıq qalan 0.20 qram hissəsi qərar qanuni qüvvəsini alandan sonra məhv edilsin. Şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə və Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: XALİQ İMANOV
Məhkəmə qərarları › İş №3(041)-841/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-841/2025
19.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver