Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-843/2023 08.09.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1988-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Topalhəsənli kəndində yaşayan – Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə,saat 23.00-da Kürdəmir rayonu Şahsevən kəndində küçədə qohumu Zərərçəkmiş şəxs ucadan qışqıraıb nalayiq ifadələrlə təhqir edərək, ictimai qaydanı pozan və ya fiztki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayət edilməyən hərəkətlər etmişdir. Zərərçəkmiş şəxs ərizəsi əsasında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun qohumudur. Münasibətləri normal olmuş,aralarınsa heç bir ədavətləri olmamışdır. xx.xx.2023-cü il tarixdə o,az midarda araq içərək Tofiqgilə getmiş və sərxoş olduğu üçün onunla münahosə edərək onu analayiq ifadələrlə təhqir etmişdir. Tofiq DİN-nin 102 xidmət Mərkəzinə azəng edərək ondan şikayət etmiş, polis əməkdaşları şikayət əsasında Kürdəmir RPŞ-nə apararaq bir gün saxlamışlar. Hazırda əməlindən peşmandır və o, Tifoqdən üzr istəmişdir. Bir daha belə hallalara yol verməyəcəkdir. Himayəsində 2 azyaşlı uşaqları vardır və ailəsinin yeganə gəlirgətirəndir. Odur ki, göstərdiklərini nəzərə alıb ona yüngül cəza verilməsin xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Elvin onun qohumudur. Münasibətləri normal olmuşdur.xx.xx.2023-cü il tarixdə,saat təxminən 23 radələrində Elvin sərxoş halda onlara gəlmiş və heç bir səbəb olmadan onunla münahpsə edərək həyətə düşab ucadan qışqıraraq nalayiq ifadələrlə onu təhqir etmşdir. O,da şəxsi telefonu DİN-nin 102 xidmət mərkəzinə zəng edərək şikayət etmişdir. Hazırda Elvin ondan üzr istəmişdir. Odur ki, Elvinə yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta özünün etirafı, hadisənin baş vermə şəraiti, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə araşdırması zamanı Şəxs zərərçəmiş şəxsdən üzr istəməyərək əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində aşağı həddə, yəni 50 manat məbləğdə inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib barəsində 50 (əlli) manat məbləğdə inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-843/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-843/2023
08.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver