Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-843/2024 20.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Kürdəmir Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X3, Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3015255Qanuni nümayəndə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1997-cı ildə Kürdəmir rayonu, Mollakənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Kürdəmir rayonu, Mollakənd ə/d, Mollakənd kəndində qeydiyyatda olmaqla yaşayan, (FİNxxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə Kürdəmir Rayon Polis Şöbəsində daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 14 avqust 2024-cü il tarixli qərar əsasında tərtib edilmiş 20 avqust 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 23 radələrində tanışı Zərərçəkmiş şəxs aralarında yaranmış mübahisə zəminində döymüş, nəticədə Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Kürdəmir Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X4 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Kürdəmir rayonu Atakişi kəndində yaşayan Zərərçəkmiş şəxs 04 avqust 2024-cü il saat 23 radələrində həm Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək həmdə Kürdəmir RPŞ-nə müraciət edərək, yaşadıqları Kürdəmir rayonu, Atakişili kəndində yerləşən evdə tanışı Şəxs onu döyüb xəsarət yetirdiyini bildirmişdir. Şikayətlə bağlı Kürdəmir RPŞ TB-da araşdırma aparılmış, hərəkətlərində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti aidiyyatı üzrə şöbənin İTB-nə göndərilmiş, şöbənin əməkdaşı kimi ona həvalə edilmişdir. Bu səbəbdən, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material və onun əsasında qəbul edilmiş 20 avqust 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahatında göstərmişdir ki, ailəsi ilə birlikdə Kürdəmir rayonunun Mollakənd kəndində yaşayır, Qabil Bəyalıyev onun qeyri-rəsmi yaşadığı X1 oğludur, Aygüllə 1 ildən artıqdır ki, ər-arvad kimi bir yerdə yaşayırlar. Qabil Bəyalıyev onun Aygüllə görüşməsini və evlərinə gəlib-getməsini istəmir, bununla bağlı aralarında bir-neçə dəfə mübahisələri olmuş, hər dəfə Aygüllə evlənəcəyini bildirməsinə baxmayaraq Qabil onu dinləməmişdir. Sonuncu dəfə xx.xx.2024cü il tarixd saat 23 radələrində Aygün onu yaşadığı evə dəvət etmiş, onlarda olan zaman B.Qabil əsassız yerə onunla mübahisə edərək evlərinə gəlməməsini və anasından uzaq durmasını bildirib ünvanına nalayiq ifadələr işlətdiyinə görə əsəbləşmiş və şillə ilə Qabilin baş nahiyəsinə bir neçə dəfə vurmuşdur. Həmin vaxt orada olan B.Aygün və anası Ş.Bibixanım araya girərək mübahisənin böyüməsinin qarşısını almışlar. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxsə müraciət edərək barışmaq istəsə də zərərçəkmiş şəxs onunla barışmamışdır. Şəxs izahatının sonunda əməlindən peşman olmasını nəzərə alıb barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Zərərçəkmiş şəxs qanuni nümayəndəsinin iştirakı ilə məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs onun anası Qanuni nümayəndə ilə qeyri-rəsmi yaşayırlar, Afiq tez-tez onların evinə gəlib-gedir və anası ilə xoşa gəlməz rəfdar etdiyi üçün Afiqlə aralarında bir-neçə dəfə mübahisə baş vermişdir. Dəfələrlə K.Afiqə zəng vurub yaşadıqları evə gəlməməsini, anasını narahat etməməsini bildirməsinə baxmayaraq bunun heç bir nəticəsi olmamışdır. Axrıncı dəfə zəng vurub evlərinə gəlməməsini bildirəndə K.Afiq nalayiq ifadələrlə onu təhqir etmiş, o da, telefonda Afiqi söymüşür. xx.xx.2024-cü il saat 23 radələrində yaşadığı evdə olan zaman K.Afiqin yenədə onların yaşadığı evə gəldiyini görmüş, nəyə görə evlərinə gəldiyini və nəyə görə telefonda onu təhqir edib söydüyünü soruşduğuna görə aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı K.Afiq onun baş, sifət və boyun nahiyəsinə şillə və yumruqla bir neçə dəfə vururaq xəsarət yetirmişdir. Həmin vaxt evdə olan anası Aygül və nənəsi Bibixanımın onları ayırmış və mübahisənin böyüməsinin qarşısını almışlar. Afiqin hərəkətlərinə dözə bilmədiyi üçün Azərbaycan Respulikası DİN-nin 102 mərkəzi zəng xidmətinə zəng vuraraq baş verənlər barədə məlumat vermişdir. Hazırda Şəxs ilə barışmamışdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 14 avqust 2024-cü il tarixli qərardan görünür ki, Kürdəmir rayonu Atakişili kənd sakini Zərərçəkmiş şəxs 04 avqust 2024-ci il tarixdə Kürdəmir RPŞ-nə müraciət edərək, 04 avqust 2024-ci il tarixdə saat 23 radələrində yaşadığı evdə tanışı Şəxs tərəfindən döyülməsini göstərmişdir. Zərərçəkmiş şəxs müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə şöbənin İTB-nə göndərilmişdir. xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Kürdəmir rayonu Atakişili kənd sakini Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 23 radələrində yaşadığı evdə aralarında yaranmış mübahisə zamanı tanışı Şəxs ona dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarətlər yetirməklə qəsdən onu döymüşdür Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik Hüquq şəxsinin 345 №-li ekspert rəyinə əsasən, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər- boyunun aşağı 1/3-nin ön-tış səthində sıyrıqlar –küt əşya törənmişdir, törənmə müddəti 05 avqust 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilmir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə tanışı Zərərçəkmiş şəxs aralarında yaranmış mübahisə zəminində xəsarət yetirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməsi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş ekspertiza rəyi, inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, zərərçəkmiş şəxsin izahatı və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyəti, habelə təqsirinin dərəcəsi nəzərə alınaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Kürdəmir Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №3(041)-843/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-843/2024
20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver