Məhkəmə qərarları › İş №3(041)-844/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-844/2025

22.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-844/2025 22.09.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Mehdiyev Rahid Baxşəli oğlu, Həsənova Gülnar Fikrət qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Kürdəmir rayon prokurorunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Kürdəmir rayonunun Şilyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, evli, baytar həkimi işləyən, Kürdəmir rayonunun Qarasu Ə/D, Qarasu kəndində qeydiyyatda olmaqla yaşayan (FİNxxxxxxx) Şəxs barəsində Kürdəmir Rayon Prokurorluğundan daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir Rayon Prokurorluğundan daxil olmuş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs narkotik vasitə hesab olunan marixuana istifadə etmiş, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar tərtib etmiş Kürdəmir rayon prokurorunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas X3 izahatında bildirdi ki, SHÇDX-nin Kürdəmir rayon şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktub və ona əlavə edilmiş Kürdəmir rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən verilmiş icbari narkoloji müayinənin nəticəsinə dair arayış və Respublika Narkoloji Mərkəzi PHŞ-nin 88829 nömrəli “Sağlamlıq vəziyyətinin mayinə edilməsi akt” ına əsasən, Şəxs narkotik vasitə hesab olunan marixuana istifadə etmiş, onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi əsası ilə barəsində xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, Kürdəmir rayonu, Şilyan kəndində qeydiyyatda olmaqla Kürdəmir rayonu, Qarasu kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, 2025-ci ilin iyul ayının əvvəlində Gəncədə dostunun toyunda olduğu vaxt bir qədər spirtli içki qəbul etmiş, piyan olmuşdur. Tanımadığı şəxsdən siqaret istəmiş, ona verilən siqaretin narkotik vasitə olmasını bilmədən verilən siqareti çəkmişdir, sonradan ürək bulantısı olmuşdur. Kürdəmir rayon mərkəzi xəstəxanasında hərbi xidmət üçün müayinə olunan zaman analizin nəticəsində sidiyində marixuana aşkar edilmişdir. Narkotik vasitədən bir dəfə istifadə etmişdir, əməlindən peşimandır. Hərbi xidmətinin vaxtıdır. Barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli İcbari narkoloji müayinənin nəticəsindən görünür ki, testin nəticəsi pozitiv çıxmışdır. Respublika Narkoloji Mərkəzi PHŞ-nin xx.xx.2025-ci il tarixli, 88829 nömrəli “Sağlamlıq vəziyyətinin mayinə edilməsi akt” ından görünür ki, xüsusi müayinələrin nəticəsi olaraq Şəxs sidiyində THC (+) müsbət aşkar edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Şəxs Kürdəmir Mərkəzi Rayon Xəstəxanasında narkoloji testdən keçirilmiş və narkoloji testin nəticəsi “pozitiv” aşkar edilmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat aparılmışdır. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri özünün etirafedici izahatı, narkoloji tibbi yoxlamanın rəyi, inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar və digər iş materialları ilə sübut edilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta hadisəsi törətməsi, səmimi etirafı və əməlindən peşiman olması məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməli, qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 300 (üç yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar