Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-845/2025 22.09.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Mehdiyev Rahid Baxşəli oğlu, Həsənova Gülnar Fikrət qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Kürdəmir rayon prokurorunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Kürdəmir rayonunun Sığırlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fəhlə işləyən, Kürdəmir rayonunun Sığırlı Ə/D, Sığırlı kəndində qeydiyyatda olmaqla yaşayan (FİN- xxxxxxx) Şəxs barəsində Kürdəmir Rayon Prokurorluğundan daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir Rayon Prokurorluğundan daxil olmuş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs narkotik vasitə hesab olunan marixuana istifadə etmiş, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar tərtib etmiş Kürdəmir rayon prokurorunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas X2 izahatında bildirdi ki, SHÇDX-nin Kürdəmir rayon şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktub və ona əlavə edilmiş Kürdəmir rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən verilmiş icbari narkoloji müayinənin nəticəsinə dair arayış və Respublika Narkoloji Mərkəzi PHŞ-nin 77640 nömrəli “Sağlamlıq vəziyyətinin mayinə edilməsi akt” ına əsasən, Şəxs narkotik vasitə hesab olunan marixuana istifadə etdiyindən onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi əsası ilə barəsində xx.xx.2025-ci il tarixli, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, Kürdəmir rayonu, Sığırlı kəndində qeydiyyatda olmaqla Bakı şəhərində yaşayır, marketdə fəhlə olaraq işləyir, 2025-ci ilin iyun ayının sonlarında Kürdəmir rayonunun Sığırlı kəndində yaşadığı evdən çıxıb çayxanaya gedərkən yerdə 01 ədəd qiqaret bükümünə bənzər bir büküm görüb götürmüş, onu istifadə etdikdən sonra narkotik vasitə olduğunu başa düşmüşdür. Kürdəmir rayon mərkəzi xəstəxanasında hərbi xidmət üçün yoxlanışa çağırılmış, bu vaxt müayinə zamanı marixuana istifadə etdiyi müəyyən olunmuşdur. Əməlindən peşimandır. Barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli İcbari narkoloji müayinənin nəticəsindən görünür ki, testin nəticəsi pozitiv çıxmışdır. Respublika Narkoloji Mərkəzi PHŞ-nin xx.xx.2025-ci il tarixli, 77640 nömrəli “Sağlamlıq vəziyyətinin mayinə edilməsi akt” ından görünür ki, xüsusi müayinələrin nəticəsi olaraq Şəxs sidiyində THC (+) müsbət aşkar edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Fərəcli X3 Mərkəzi Rayon Xəstəxanasında narkoloji testdən keçirilmiş və narkoloji testin nəticəsi “pozitiv” aşkar edilmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri özünün etirafedici izahatı, narkoloji tibbi yoxlamanın rəyi, inzibati xəta haqqında qərar və digər iş materialları ilə sübut edilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta hadisəsi törətməsi, səmimi etirafı və əməlindən peşiman olması məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməli, qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 300 (üç yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №3(041)-845/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-845/2025
22.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver