Məhkəmə qərarları › İş №3(041)-847/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-847/2024

29.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-847/2024 29.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və şikayətçi X1 iştirakı ilə Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 20435489 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, atası Əsgərov Qurban 2017-ci il tarixdə Bakı şəhərində əməliyyat olunduğu üçün onunyanına ggetmək üçün özünə məxsus “Mersedes” markalı,**-ET-*** dövlət qeydiyyat nişanlı atomobili idarə etmək üçün ona vermişdir.Atası Qurban 15 gün xəstəxanada yatmışdır. Xəstəxanadan çıxandan sonra o, özü avtomobili də götrmüş və həmin vaxtdan da idarə etmişdir.xx.xx.2024-cü il tarixdə Bakı-Şamaxı yolunda hərəkətdə olarkən atam sürət həddini aşdığı üçün inzibati qaydada cərimə edilmiş cəriməni ödəmədiyi üçün sürücülük hüququ 6 ay məhdudlaşdırılmş və buna görə əlavə oalraq 300 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Hazırda həmin cəriənin məblğəği 480 manat olmuşdur. Buna səbəb axırıncı etibarnamə onun adına olduğu üçün cərmə də onun adına yazılmışdır. Halbu ki, həmin vaxtı avtomobili o, deyil atası Qurban idarə etmişdir. Hesab edir ki, barəsində tərtib edilən inzibati xəta haqqında protokol əsassızdır. Odur ki, barəsində DİN BDYPİ-i tərəfindən tərtib edilmiş EQ 20435489 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə DİN BDYPİ-nə lazimi qaydada məlumat verilməsinə baxmayaraq, onlar teleqram göndərərək iş yükünün çox olması səbəbindən məhkəmə iclasına gələ bilməyəcəklərini, barələrində olan şikayətə onların iştiarakı olmadan baxılmasını xahiş etmiş və şikayət üzrə zəruri olan sənədləri məhkəməyə göndərərək Taleh Səmədovun şikayətinin əsassız olduğöunu və şikayətin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişıər. Azərbaycan Respublikası İXM-nin 133-.2.4-cü maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir, yaxud şikayətə və ya protestə baxılma təxirə salınır, şikayətə və ya protestə baxılma üçün vacib olan şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir Həmin Məcəllənin 133.2.8-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır Həmin Məcəllənin 131.1-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası BDYPİ-nin Vİ X4 xidmətinin inspektoru Elçin Xasiyev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 20435489 saylı inzibati xəta haqqında protokoldan görünü ki, X2 barəsində AR İXM-nin 328.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə şikayəti,əlavə edilmiş sənədləri və Azərbaycan Respublikası DİN DYPİ-nin məhkəməyə göndərdiyi sənədlərini araşdıraraq hesab edir ki, DİN BDYPİ-i tərəfindən tərtib edilmiş EQ 20435489 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı əsaslıdır və həmin qərarın ləğv edilməsi və işin icraatına xitam verilməsi üçün şikayətçi X1 göstərdikləri həmin qərarın ləğv edilməsi üçün əsaslı hesab edilə bilməz və inzibati tənbeh onun törətdiyi inzibati xətanın xarakterinə uyğun olmaqla qanuni və əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin tələbinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Beləliklə məhkəmə hesab edir ki, DİN BDYPİ-i tərəfindən tərtib edilmiş EQ 20435489 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta haqda iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9,21,129 və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respubliaksı DİN BDYPİ-i tərəfindən tərtib edilmiş EQ 20435489 saylı, xx.xx.2024-cü il tarixli nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar