Məhkəmə qərarları › İş №3(041)-849/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-849/2024

19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-849/2024 19.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs,tələbkar X6 və Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə xx.xx.1990-cı ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Xırdapay kəndində yaşayan - Şəxs barəsində Kürdəmir rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs məhkəmə qərarlarını qəsdən icra etmədiyi üçün xx.xx.2024-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmiş və onun inzibati məsuliyyətə cəlb eduilməsi xahiş edilmişdir. Məhkəmədə Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 göstərdi ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-97/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 2 uşağın saxlanması üçün hər ay 300 manat aliment tutularaq X4 ödənilməsi qət edilmişdir. İcra sənədi Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədi üzrə icraata başlanılaraq Şəxs qanuna uyğun olaraq könüllü icra üçün vaxt verilmiş, onun icra şöbəsinə gəlməsi və borcunu ödəməsi tələb olunmuş, lakin o, bu gündək heç bir ödəniş etməmiş və onun 3300 manat aliment borcu qalmışdır. Məhkəmədə iclasında Şəxs göstərdi ki, Kürdəmir rayon məhkəməsinin 2024-cü il tarixli qətnaməsinə əsasən ondan 2 uşağın saxlnması üçün 300 manat aliment tutularaq Şamo İsgəndərova ödənilməsi qət edilmişdir. Lakin İcra sənədində qlimentin hesablanması vaxtı düzgün gösrtərilməmişdir və buna görə də bununla bağlı məhkəməyə müraciət etmişdir. Hazıra onun borcu protokolda göstərildiyi kimi deyidir. Odur ki, məhkəmə qətnaməsində düzəliş ediləndək hazırki iş üzrə icraata xitam verilməsini xahiə etdi. Məhkəmə iclasında dimdirilmiş tələbkar X8klu izahatında göstərdi ki, Kürdəmir rayon məhkəməsinin 2024-cü il tarixli qətnaməsinə əsasən X1 xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay ümumilikdə 300 manat alınaraq ona ödənilməsi qət edilsə də Gülnaz İsgəndərova heç bir ödəniş etməmişdir. Bundan başqa məhkəmə qətnaməsində alimentin tutulması səhv olaraq 2023-cü il tarixdən tutulmalı olduğu halda 2024-cü il tarixdən tutulması göstərilmişdir. Beləliklə, məhkəmə barəsində inzibati icraat açılmış Gülaz İsgəndərovun, tələbkar Şamo İsgəndərov və İcra məmuru Məhərrəm Şirnalıyevin izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati material üzrə icraata xitam verilməlidir. Belə ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-97/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 2 uşağın saxlanamsı üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 300 manat aliment tutularaq X4 ödənilməsi qət edilmişdir. Barəsində inzin\bati icraa açılmış şəxs G.İsgəndərovanın və tələbkar Ş.İsgəndərovun şihafi vəsatətinə əsasən məhkəmə tərəfindən araşdırma aparılmış və həqiqətən də Kürdəmir rayon məhkəməsinin xx.xx.2024-cs il tarixli qətnaməsində alimentin tutulmasının xx.xx.2023-cü il tarixdən hesablanmasına dair məhkəmə qərardadı qəbul edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, hazırki protokolun tərtib edilməsi üçün əsas olmş icra sənədində dəişiliklik olduğu üçün Gülnaz İsgəndərova barəsində tərtib edilmiş inzibati xəata haqqında protokola xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.5-ci maddəsində göstərilir ki, inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinəəsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işüzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53,106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏ R A R A A L D İ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar