Məhkəmə qərarları › İş №3(041)-85/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-85/2023

06.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-85/2023 06.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1994-cü il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Tovuz rayonu Əyyublu kəndində yaşayan – Şəxs barəsində Kürdəmir RPŞ-dən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs xx.xx.2022-ci il tarixdə saat 10 radələrində idarə etdiyi “Hyundai-Accent” markalı,**-LA- *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Kürdəmir rayonu Şıxımlı kənd yolunda hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmaqla yolu keçmək istəyən piyada 2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Şəxs barəsində toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən Kürdəmir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, onun Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, 27.122022-ci il tarixdə özünə məxsus “Hyundai-Accent” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmir rayonu Köhnəbazar adlanan ərazidə avtomobili hərəkət etdirərkən arxan azyaşlı uşağın avtomobilə tərəf qaçdığını görüb avtomobili saxlamış və həmin vaxt azyaşlı uşaq özünü avtomobilə çırpmışdır. O, uşağın əzildiyini zənn edərək onu öz avtomobilinə mindirib xəstəxanaya aparmışdır. Həmin vaxtı uşağın yanında nənəsi də olmuşdur. Zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və təələbləri yoxdur. ilk dəfə inzibati xəta hadisəsi törətməsini və avtomobilin ailəsinin yeganə dolanışıq mənbəyi olduğunu, nəzərə alıb ona sürücülük hüququnun məhdudlaşdırlması ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş azyaşlı Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X3 izahatında göstərdi ki, Məryəm onun qızıdır.Məryəm 2-ci sinifdə oxuyur. xx.xx.2022-ci il tarixdə qızı məktəbdən gələrkən Aqilin idarə etdiyi avtomobil onu yavaşca vurmuş və dərhal da xəstəxanaya aparmışdır. Məryəm hazırda yaxşıdır. Onların Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, Aqil barəsində yüngül cəza vtətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rıədd edilməsi haqqında qərarda MTE və PA şöbəsinin xx.xx.2023-cü xx.xx.2022-ci il tarixli, 07 nömrəli rəyində 2015-ci il təvəllüdlü X1 bud-çanaq oynağının əzələ-bağ hissəsinin küt əşya təsirindən əmələ gəldiyi avtomobilin dəyməsi nəticəsində əmələ gələsinin xarakterik olmasının və sağlamlığa yüngül zərərvurmaya aid edildiyi göstərilmişdir. İş materiallarına əlavə edilmiş sürücülü vəsiqəsinin surətindən görünür ki, Şəxs AE 955850 nömrəli, BC kateqoriyalı sürücülük vəsiqəsi vardır və xx.xx.2024-cü ilədək etibarlıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında xx.xx.2022 il tarixli, 377 nömrəli aktında Şəxs hadisə baş verən gün ayıq olduğu göstərilmişdir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs əməli özü etiraf etməsə də , zərəçəkmiş şəxsin qanuni nümayəndəsinin izahatıizahatı və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta töədən Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, törətdiyi xətanın xarakterini, təqsirlik dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar