Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-851/2024 26.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X5, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, 2-ci qrup əlil, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN2085531 nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(106)-114/2013 nömrəli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru M.R.Şirnalıyev inzibati xəta haqqında protokolu şifahi olaraq əsaslandırmaq üçün bildirdi ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(106)-114/2013 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 167587.87 ABŞ dolları məbləğində pul alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Sözü gedən icra sənədi borclu Şəxs əmlak və gəlirləri aşkar olunmadiğı üçün Kürdəmir rayon icra və probasiya şöbəsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Kürdəmir rayon məhkəməsinə geri qaytarılmışdır. Tələbkarın tələbi üzrə Kürdəmir rayon icra və probasiya şöbəsinin xx.xx.2016-cı il tarixli qərarı Kürdəmir rayon Məhkəməsinin 8(041)-228/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə ləğv edilmiş və sözü gedən icra sənədi təkrar icraya yönəldilmişdir. İcra sənədi təkrar icraya yönəldiləndən sonra onun icraatına daxil olmuş və xx.xx.2018-ci il tarixdə icraata başlama haqqında qərar qəbul etmişdir. İşləmədiyinə görə icra sənədi onun pensiyasına yönəldilmiş və son aylarda pensiyası dayandırıldığı üçün icra sənədi üzrə ödənişlər dayandırılmışdır. Hazırda borclunun tələbkara olan borcu 165320 ABŞ dolları təşkil edir. Tələbkarın şikayətləri əsasında borclu Şəxs izahatı alınmış barəsində inzibati xəta haqqında protokol tərtib edərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Barəsində olan icra sənədindən məlumatı var, həmin icra sənədi üzrə əvvəllər imkanı daxilində tələbkara ödənişlər etmiş, lakin ödənişlər tələbkar tərəfindən qəbul edilmədiyi üçün, həmçinin icra məmuru tərəfindən onun əmlakı və gəlirləri aşkar olunmadığına görə həmin icra sənədi Kürdəmir rayon icra və probasiya şöbəsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Kürdəmir rayon məhkəməsinə geri qaytarılmışdır. Tələbkarın tələbi üzrə Kürdəmir rayon icra və probasiya şöbəsinin xx.xx.2016-cı il tarixli qərarı Kürdəmir rayon Məhkəməsinin 8(041)-228/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə ləğv edilmiş və sözü gedən icra sənədi təkrar icraya yönəldilmişdir. İcraata başlama haqqında qərarın surəti və tələbin könüllü icra edilməsi barədə bildiriş xx.xx.2020-ci il tarixdə ona təqdim edilmişdir. İcra sənədinin icrasına gəldikdə isə qeyd edilməlidir ki, göstərilən məbləğ tələbkarla müştərək qaydada başladıqları kommersiya fəaliyyəti ilə bağlı xərclər olmuş, sonradan müflis olduqlarına görə hər ikisinə maddi ziyan dəymişdir. Tələbkar onun qohumudur və hazırki maddi durumu ilə bağlı kifayət qədər məlumatı var. İlkin vaxtlarda əldə etdiyi bütün pul vəsaitlərini hissə-hissə onun hesabına keçirməsinə baxmayaraq, tələbkar həmin məbləğləri qəbul etməkdən imtina etmiş, bundan sonra borcun tam ödənilməsi üçün mülkiyyətində daşınar və daşınmaz əmlakları olmadığı üçün icra sənədi icra edilmədən geri qaytarılmışdır. İcra sənədi yenidən icra və probasiya şöbəsinə qaytarıldıqdan sonra hər ay aldığı müavinatın 50 faizi tələbkarın hesabına keçirilmiş, hazırda həmin müavinat kəsilmişdir. Bundan əlavə işlədiyi “POV” adlı şirkətdən 1 ilə yaxındırkl əmək haqqı ala bilmir, şirkət işçilərin əmək haqlarını bu ilin sentyabr və oktyabr aylarında cəm olaraq verəcəyini bildirmişdir. Hazırda tələbkara olan borcunu maddi imkansızlığa görə tam şəkildə birdəfəyə ödəməkdə çətinlik çəkir. Şəxs izahatını sonunda barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqlnda protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(106)-114/2013 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 167587.87 ABŞ dolları məbləğində pul alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi icra edilməsi üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilmiş, borcluya bildiriş göndərilmişdir. Lakin borclu Şəxs məxsus əmlak müəyyən edilmədiyindən icra sənədi icra edilmədən məhkəməyə qaytarılmış, sonradan tələbkarın şikayəti əsasında icra sənədi yenidən icra şöbəsinə qaytarılmış tutma borclunun pensiyasına yönəldilmişdir. Hazırda borclunun tələbkara olan borcu 165320 ABŞ dolları təşkil edir. Məcburi icra hərəkətləri və görülmüş digər tədbirlər heç bir nəticə vermədiyi üçün borclu barəsində Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Kürdəmir rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı borclu A.Q.X3 Məhkəməsinin xx.xx.2013cü il tarixli, 2(106)-114/2013 saylı icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirmədiyi və onun Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tələblərini pozduğu müəyyən olunur. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun təqsirlilik dərəcəsini və şəxsiyyətini, icra sənədi üzrə müəyyən ödənişlər aparılsa da borcun tam ödənilmədiyini, icra sənədinin icrası ilə bağlı icra məmurunun tələblərini maddi imkansızlığı səbəbindən icra etmədiyini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tədbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 500 (beş yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-851/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-851/2024
26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver