Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-853/2023 14.09.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs, zərərçəkmş şəxslər Zərərçəkmiş şəxs2 və əryev Seymur Safa oğlunun iştirakları ilə xx.xx.1982-ci ildə Kürdəmir rayon Şahbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu Şahbəyli kəndində yaşayan- Şəxs barəsində Kürdəmir PRŞ-dən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y YƏ N E T D İ : Şəxs xx.xx.2023-cü il tarixdə saat 19.30 radələrində Kürdəmir rayonunun Bala Kəngərli kəndi ərazisində sürücülük hüququ və etibarnamə olmadan sərxoş vəziyyətdə “QAZ 2411” markalı,**-BC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edərkən idarəetməni itirərək Zərərçəkmiş şəxs2 vuraraq ona sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarət və Zərərçəkmiş şəxs1 məxsus 5 baş qoyunu vurub tələf etməklə sağlamlığa yüngül zərərvurma və maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 334.3-cü maddəsi ilə xx.xx.2023-cü il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək xx.xx.2023-cü il tarixdə aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, onun sürücülük vəsiqəsi olsa da müddəti bitmişdir. O, 26 avqust 2023-cü il tarixdə özünə məxsus “QAZ 2411” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili sahiblik və idarəetmə hüququ olmadan sərxoş vəziyyətdə idarə edərək, Bala Kəngərli kəndində idarəetməi itirmiş və yolda hərəkətdə olan və əvvəldən tanıdığı Zərərçəkmiş şəxs2 Xalis oğlunu vurmuş və bundan başqa yolda olan Safa Gərayevə məxsus qoyun sürüsünə girərək 5 baş qoyunu vuraraq tələf etmişdir. Hazırda əməlindən peşmandır. İlk dəfə inzibati xəta hadisəsi törətməsini,himayıəsində azyaşlı uşaqlarının olmasını və zərərçəkmiş şəxslərlə dəymiş ziyanla bağlı aralarında razılaşma olduğunu bildirib ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, o, Turalı tanıyır. Münasibətləri normaldır. xx.xx.2023-cü il tarixdə,saat txminən 19 radələrində Kürdəmir rayonunun Balakəngərli kəndində yol ilə piyada gedərkən qarşıdan gələn avtomobil onu vuraraq xəsarət yetirmiş və yüngül bədən xəsarəti almışdır. Turalın idarə etdiyi avtomobil onu vurduqdan sonra yolda olan qoyun sürüsünə girərək 5 baş qoyunu da tələf etmişdir. Hazırda onlar barışmışlar, onun Turala qarşı hər hansı şikayət və tələbi də yoxdur. Odur ki, Turala həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, Turalı tanıyır,aralarında heç bir ədavətləri olmamış və münasibətləri də normaldır. Onun özünə məxsus 136 baş qoyunu vardır. xx.xx.2023-cü il tarixdə növbəçilik üzrə Mübariz onun qoyunlarını nobatdan gətirərkən Tural idarə etdiyi avtomobillə əvvəlcə Mübarizi vuruduqdan sonra qoyun sürüsünə girərək 5 baş qoyunu tələf etmişdir. Ümumilikdə ona 1300 manat ziyan dəymişdir. Tural ziyanı ödəyəcəyinə söz vermişdir. Onun hazırda Turala qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, Turala həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Sərxoşluq vəziyyətinin Tibbi müayinə aktında Şəxs yüngül dərəcəli sərxoş olduğu göstərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, AR Səhiyyə Nazirliyi MTE və PAET və TB-nin 416 saylı ekspert rəyindən görünür ki, 1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthində sol bud-çanaq,sol aşıq-baldır,sol ayaq pəncəsində şişkinlik,əzələ-bağ aparatının gərilməsinin küt əşya təsirindən törədiyini,müddətin xx.xx.2023-cü il tarixə uyğun gəldiyi və yol-nəqliyyat hadisəsi zamanı əələ gəlməsi göstərilmişdir.Ağırlı dərəcəsinə görə qeyd olunan xəsarətlərin sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Şəxs əməli özünün etirafı zərərçəkmiş şəxslərin izahatı və işə əlavə edilmiş sənədlərlə sübuta yetirildi ki, o, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmiş, yol nəqliyyat hadisəsi törədərək zərərçəkmiş şəxsə maddi ziyan və zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirmişdir. Məhkəmə Şəxs inzibati tənbeh tədbiri tətbiq edərkən onun əməlindən peşman olmasını və zərərçəkmiş şəxslərin ona qarşı şikayətlərinin olmamasını məsuliyyəti yüngüləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, məsuliyyəti yüngülləşdirən haları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3cü maddəsi ilə təqsirli bilinib barəsində 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-853/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-853/2023
14.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver