Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-853/2024 09.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayon Ramana qəsəbəsi, Elşən Məhərrəmli küçəsi, döngə 2, ev 29A-da yaşayan – Şəxs barəsində Kürdəmir RPŞ-dən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs xx.xx.2024-cü il tarixdə,saat 12 radələrində idarə etdiyi “VAZ 21214” markalı, ağ rəngli **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobili 70 km/saat sürətlə Bakı-Qazax magistral yolunun paralaelindıə yerləşən Kürdəmir rayonu Xırdapay kəndi ərazisindən keçən yolun 2-ci km-də həmin kəndində ərazisində üzü Kürdəmir şəhərində gedən yolda körpü istiqamətində hərəkətdə oalrkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozaraq avtomobildə olan sərnişin X1 müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nətcələnən yol nəqliyyat hadisəsi törətmişdir. Şəxs barəsində toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən Kürdəmir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, onun Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati icraat açılmış şəxs Şəxs və zərərçəkmiş şəxsə lazimi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir məlumat vermədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə inzibati materiala onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Barəsində inzibati icraat açılmış Şəxs təhqiqat bölməsində verdiyi ixahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə,saat 12 radələrində iş yoldaşları X2 və X3 ilə 44 saylı yol vərəqsi ilə idarə etdiyi ağ rəngli “VAZ 21214” markalı,**-PU-*** dövlət qeydiyyat nişanlı avvtomobili ilə Bakı-Qaazx magistral yolunun Kürəmir rayonu Xırdapay kəndi ərazisindən keçən hissəsində üzü Bakı şəhəri istiqamətində 70 km/saat sürətlə magistal yolun sağ zolağı ilə hərəkətdə olan zaman Kürdəmir şəhərinə getmək üçün dönmə işəğını yandırıb magistral yoldan çıxıb körpüy gedən yola qalxmaq istəmiş,lakin yolu tam tanımadığı üçün avtomobildə idarəetməni itirmiş,idarə etdiyi avtomobil yolun sol kənarında olan çınqıllı və daşlı əraziyə çıxmış,həmin vaxt hadisədən yayınmaq üçün zəruri tədbirlər görmüş,lakin avtomobil yenidən yola çıxmış,bu vaxtə əyləci sıxmış,lakin avtomobili saxlaya bilməmiş,ona görə də avtombil yolun sağ kənarında olan boluq əraziyə düşərək aşmış,baş vermiş yol nəqliyyat hadisəsi zamanı qarşıda sərnişin kimi əyləşiş iş yoldaşı Asim Rzazadənin baş nahiyəsi zərbənin təsirindən avtomobilin qabaq sağ dirəyinə dəymiş,Asim baş nahiyəsindən xəsarət almış,avtomobildə arxada əyləşən iş yoldaşı Fərid Məmmədli isə eç bir xəsarət almamış,hadisədən dərhal sonra avtomobildən yerə düşmüş və iş yoldaşı Asim xəsarət aldığı üçün Kürəmir rayon Mərkəzi Xəstəxanasına getmiş,sonrdan hadisə yerinə polis əməkdaşları gəlmişlər.Hadisə vaxtı spirtli içki qəbul etmədiyini gösrtərmişdir. Təhqiat Bölməsində zərərçəkmiş şəxs X3 da Şəxs ilə eyni məzmundə izahat verib onun göstərdikləri xüsusatları təsdiq etmiş,baş vermiş şikayətlə əlaqədar heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında xx.xx.2024-cü il tarixli, 203 nömrəli aktında Şəxs hadisə baş verən gün ayıq olduğu göstərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rıədd edilməsi haqqında qərarda MTE və PA şöbəsinin xx.xx.2024-cü il tarixli, 318 nömrəli rəyində 1997-ci il təvəllüdlü X1 məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthində başın təpə nahiyəsində əzilmiş-cırılmış yaranın küt əşya təsirindən əmələ gəldiyi, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsi, müddətin xx.xx.2024-cü il tarixə uyğun gəldiyi, dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edildiyi göstərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda "xxxx" MMC-nin 447 saylı avtomobillər üçün yol vərəqəsində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək “VAZ 21214” markalı,**-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü Şəxs Bakı şəhəri və Respublika ərqazisinə idarə etməsinə icazə verildiyi göstərilmişdir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs əməli özünün və zərərçəkmiş şəxsin Təhqiqat Bölməsinə verdiyi izahatları və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs cəza təyin edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta töədən Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, törətdiyi xətanın xarakterini, təqsirlik dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-853/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-853/2024
09.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver