Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-854/2024 28.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1967-ci ildə Kürdəmir rayonu, Sığırlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Kürdəmir rayonu, Sığırlı ə/d, Sığırlı kəndində qeydiyyatda olmaqla yaşayan, (FİN- xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə Kürdəmir Rayon Polis Şöbəsində daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 19 avqust 2024-cü il tarixli qərar əsasında tərtib edilmiş 28 avqust 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə qonşusu X4 ilə aralarında yaranmış mübahisə zəminində döymüş, nəticədə Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərdi ki, Zərərçəkmiş şəxs qonşusu kimi tanıyır, Zeynab onun gəlini Fatimənin nənəsidir, Fatimə ilə oğlu İslam xx.xx.2023-cü il tarixdə ailə həyatı qurublar və Lamiyəni Kürdəmir rayonu Sığırlı kəndində yerləşən evlərinə gəlin gətirmişlər. Uzun müddətdir ki onların uşaqları olmur və bununla bağlı Fatiməni Bakı şəhrində yerləşən xəstəxanalara müalicə üçün aparmışlar. Müayinədən keçdikdən sonra həkimlər Fatiməni əməliyyat olunmalı olduğunu bildirmişlər, əməliyyat üçün vaxt təyin etdikdən sonra yaşadıqları Sığırlı kəndinə qayıtmışlar. xx.xx.2024-cü il tarixdə axşam vaxtı evdə oluqları zaman Zərərçəkmiş şəxs əri Adil ilə birlikdə onların yaşadığı evə gələrək uşağın müayinəsi ilə maraqlanmışlar və onlara Fatiməni Bakı şəhərinə həkimə aparmaları il bağlı irad tutaraq mübahisə etmişlər. Mübahisə zamanı Adil gəlini Fatimənin qolundan tutub məcburi qaydada öz evlərinə aparmaq istədiyi, Fatimənin də getmək istəmədiyini gördükdə araya girib onlara maneə olmaq istəmişdir. Mübahisə vaxtı bir-birlərini vurmuşlar. Zərərçəkmiş şəxs əli ilə onun saçından tutub yerə yıxmış və bədəninin müxtəlif nahiyyələrinə vuraraq xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs hərəkətlərinə dözə bilmədiyi üçün məcbur olub şikayət ərizəsi ilə Kürdəmir rayon polis şöbəsinə müraciət edərək baş verənləri olduğu kimi göstərmişdir. Şəxs izahatının sonunda barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun qonşusudur, nəvəsi Fatimə ilə Lumunun oğlu İslam xx.xx.2023-cü il tarixdə nikahlarını qeyd etdirməklə ailə həyatı qurmuşlar, onlar ailə həyatı qurduqdan sonra Şəxs və onun əri İlqar maneəçilik törətdikləri üçün nəvəsi Fatiməni görə bilməmişdir. Bu səbəblərə görə aralarında narazılıq yaranmışdır. xx.xx.2024-cü il tarixdə nəvəsinin müayinə olunması üçün Bakı şəhərinə aparıldığını eşitmişdir. Həmin gün axşam saatlarında nəvəsinin, yəni Şəxs yaşadığı evə gedərək baş verənlər barədə məlumat almaq istəmişlər. Aralarında gedən söhbət zamanı Lumudan həkimin yazdığı resepti istəmiş, Lumu da sərt danışaraq resepti ona vermədiyi üçün aralarında sözlə mübahisə baş vermişdir. Mübahisə vaxtı bir-birlərini vurmuşlar. Mübahisədən sonra Şəxs hərəkətlərindən şikayət ərizəsi ilə Kürdəmir rayon polis şöbəsinə müraciət etmiş, polis əməkdaşlarının dəvəti ilə Kürdəmir rayon polis şöbəsinə gedərək baş verənləri olduğu kimi göstərmişdir. Bu halların gələcəkdə təkrar olunmaması üçün Şəxs barəsində müvafiq tədbir görülməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 19 avqust 2024-cü il tarixli qərardan görünür ki, Kürdəmir rayonu Sığırlı kənd sakini X5 04 avqust 2024-ci il tarixdə Kürdəmir RPŞ-nə müraciət edərək, 04 avqust 2024-ci il tarixdə saat 21 radələrində yaşadığı evdə qonşusu Şəxs tərəfindən döyülməsini göstərmişdir. X1 müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə şöbənin İTB-nə göndərilmişdir. xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Kürdəmir rayonu Sığırlı kənd sakini X4 xx.xx.2024-cü il tarixdə saat 21 radələrində yaşadığı evdə aralarında yaranmış mübahisə zamanı tanışı Şəxs ona dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarətlər yetirməklə qəsdən onu döymüşdür Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik Hüquq şəxsinin 348 №-li ekspert rəyinə əsasən, X1 bədən səthində aşkar olunan xəsarətlər- sağ körpücük altı nahiyədə cızıq-küt əşya törənmişdir, törənmə müddəti 04 avqust 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilmir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə tanışı X3 aralarında yaranmış mübahisə zəminində xəsarət yetirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən X5 zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməsi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş ekspertiza rəyi, inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, zərərçəkmiş şəxsin izahatı və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların birbiri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyəti, habelə təqsirinin dərəcəsi, nəzərə alınaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Kürdəmir Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №3(041)-854/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-854/2024
28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver