Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 3(041)-855/2023 28.09.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X6 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi ilə, Şəxs ASC-nin rəhbəri X5 barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli MN1480767 nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ASC-nin rəhbəri X1 rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(041)-553/2018 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə R.A.Eyyubov tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında material xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş, işə tərəflərin iştirakı ilə baxılması üçün məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə Şəxs ASC-nin rəhbəri X3 və Kürdəmir rayon icra və probasiya şöbəsinə məhkəmə bildirişi göndərilmişdir. Tərəflər məhkəmə iclasına gəlmədikləri üçün məhkəmə iclası xx.xx.2023-cü ilə təxirə salınmış, lakin tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etmədiklərinə görə, işə onların iştirakı olmadan baxılmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər araşdırılarkən məlum oldu ki, protokol qanunvericiliyin tələblərinə uyğun olmayaraq tərtib olunduğundan və təqdim edilmiş materiallar natamam olmaqla işə baxılarkən tamamlamaq mümkün olmadığna görə geri qaytarılmalıdır. Belə ki, işdə olan sənədlərdən məlum olur ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(041)-553/2018 saylı qərarı ilə "xxxx" ASC Azərbaycan Respublikası İXM-nın 548.2-ci maddəsi ilə təqsirli bilinib barəsində 2000 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Kürdəmir rayon icra və probasiya şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, lakin qərarın və bildirişin borcluya çatdırılması barədə heç bir sübut işə əlavə edilməmişdir. Bundan əlavə, baxılması üçün məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli MN1480767 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ASC-nin rəhbəri X5 məlumatlandırılmamış, icra sənədinin icra edilməməsinin səbəbləri barədə ondan izahat alınmamış, Azərbaycan Respublikasının İXM-də nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmiş, habelə protokolun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilməsi və ya göndərilməsi barədə protokolda müvafiq qeyd aparılmamışdır. Protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ASC-nin rəhbəri X2 həmin protokola imza etməkdən imtina etməsi göstərildiyi halda, bu halı təsdiq edən xüsusi qeyd, akt və yaxud digər sübut iş materiallarına əlavə olunmamış, məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə görə bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək və s. 61.3. İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 3 may 2019-cu il tarixli qərarının 1-ci bəndinə əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 125,127 və 128-ci maddələrinə əsaslanaraq, Q Ə R A R A A L D İ: Şəxs ASC-nin rəhbəri X5 barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında material Kürdəmir rayon icra və probasiya şöbəsinə geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-855/2023
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №3(041)-855/2023
28.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver