Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-855/2024 28.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Sığırlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli inzibati xəta haqqında protokola və xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən barəsində iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə, Kürdəmir rayonu Sığırlı kəndi ərazisində qonşusu Zərərçəkmiş şəxs yaşadığı evdə aralarında yaranmış mübahisə zamanı vuraraq döymüş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs qonşusu kimi tanıyır, Zeynab onun gəlini Fatimənin nənəsidir, Fatimə ilə oğlu İslam xx.xx.2023-cü il tarixdə ailə həyatı qurublar və Lamiyəni Kürdəmir rayonu Sığırlı kəndində yerləşən evlərinə gəlin gətirmişlər. Uzun müddətdir ki onların uşaqları olmur və bununla bağlı Fatiməni Bakı şəhrində yerləşən xəstəxanalara müalicə üçün aparmışlar. Müayinədən keçdikdən sonra həkimlər Fatiməni əməliyyat olunmalı olduğunu bildirmişlər, əməliyyat üçün vaxt təyin etdikdən sonra yaşadıqları Sığırlı kəndinə qayıtmışlar. xx.xx.2024-cü il tarixdə axşam vaxtı evdə oluqları zaman Şəxs əri Adil ilə birlikdə onların yaşadığı evə gələrək uşağın müayinəsi ilə maraqlanmışlar və onlara Fatiməni Bakı şəhərinə həkimə aparmaları il bağlı irad tutaraq mübahisə etmişlər. Mübahisə zamanı Adil gəlini Fatimənin qolundan tutub məcburi qaydada öz evlərinə aparmaq istədiyi, Fatimənin də getmək istəmədiyini gördükdə araya girib onlara maneə olmaq istəyərkən Şəxs əli ilə onun saçından tutub yerə yıxmış və bədəninin müxtəlif nahiyyələrinə vuraraq xəsatə yetirmişdir. Şəxs hərəkətlərinə dözə bilmədiyi üçün məcbur olub şikayət ərizəsi ilə Kürdəmir rayon polis şöbəsinə müraciət etmişlər. Bu halların gələcəkdə təkrar olunmaması üçün Şəxs barəsində müvafiq tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur, nəvəsi Fatimə ilə Lumunun oğlu İslam xx.xx.2023-cü il tarixdə nikahlarını qeyd etdirməklə ailə həyatı qurmuşlar, onlar ailə həyatı qurduqdan sonra Zərərçəkmiş şəxs və onun əri İlqar maneəçilik törətdikləri üçün nəvəsi Fatiməni görə bilməmişdir. Bu səbəblərə görə aralarında narazılıq yaranmışdır. xx.xx.2024-cü il tarixdə nəvəsinin müayinə olunması üçün Bakı şəhərinə aparıldığını eşitmişdir. Həmin gün axşam saatlarında nəvəsinin, yəni Zərərçəkmiş şəxs yaşadığı evə gedərək baş verənlər barədə məlumat almaq istəmişlər. Aralarında gedən söhbət zamanı Lumudan həkimin yazdığı resepti istəmiş, Lumu da sərt danışaraq resepti ona vermədiyi üçün aralarında sözlə mübahisə baş vermişdir. Mübahisə vaxtı bir-birlərini vurmuşlar. Mübahisədən sonra Zərərçəkmiş şəxs hərəkətlərindən şikayət ərizəsi ilə Kürdəmir rayon polis şöbəsinə müraciət etmiş, polis əməkdaşlarının dəvəti ilə Kürdəmir rayon polis şöbəsinə gedərək baş verənləri olduğu kimi göstərmişdir. Şəxs izahatının sonunda barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş, Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin xx.xx.2024-cü il tarixli, 340 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı bədənində aşkar edilmiş xəsarətlər sol yanaqda və hər iki budun aşağı 1/3 hissəsinin iç səthində qançırlar küt əşya təsirindən törənmiş, törəmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir və xəsarətlərin hər biri ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Şəxs əməli özünün etirafı, zərərçəkmiş şəxsin izahatı, cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarla, Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin xx.xx.2024-cü il tarixli, 340 nömrəli rəyi ilə habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, Şəxs barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nın 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şəxs ilk dəfə inzibati xəta hadisəsi törətməsini məsulliyətini yüngülləşdirən hall kimi nəzərə alınır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nın 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halların olmamasını və və ağırlaşdıran halların olmamasını, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özünün həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törətməsinin qarşısını almaq məqsədini nəzərə alaraq, onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, barəsində 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-855/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-855/2024
28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver