Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-855/2025 06.10.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi, Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarından xüsusi icazə almadan mülki silahın əldə edilməsi qaydalarını pozaraq 1 ədəd “Tula” markalı 16 çaplı, 4801 zavod nömrəli, qoşa lüləli ov silahını qeydiyyatsız saxlamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yaşadığı və qeydiyyatda olduğu ünvana məhkəmə bildirişi göndərməklə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, təyin edilmiş məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Şəxs gəlməməsini üzürsüz hesab edərək işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş, cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan məlum olur ki, xx.xx.2025-ci il tarixdə polis əməkdaşı Mirbaba Mirzəyevlə birlikdə Kürdəmir rayonu, Yenikənd kəndi ərazisində xidmətdə olan zaman kənd sakini X2 1 ədəd qoşa lüləli Tula markalı, 11537-57 nömrəli ov tüfəngi aşkar edilərək götürülmüşdür. Material üzrə izahatı alınan Məmmədov Tağı oğlu izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, gecə saat 01:30 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən dostu X6 məxsus olan "Lada Priora" markalı **-ZL-*** d.n.nlı avtomobildən aşkar edilmiş qoşa lüləli ov tüfənginin ona babası Məhəmməd Abışovdan yadigar qaldığını, həmin ov tüfənginin "Tula" markalı 16 çaplı, 4801 zavod nömrəli qoşa lüləli ov tüfəngi olduğunu, xx.xx.2025-ci il tarixdə, 23 radələrində dostu Xalıq Xalıqovla birlikdə ona məxsus olan "Lada Priora" markalı **-ZL-*** d.n.nlı avtomobilə əyləşib torpaq sahəsinə açdığı suya baxmağa getdiklərini, həmin vaxtı ov tüfəngini özü ilə götürüb Xalıqa məxsus olan avtomobilə qoyduğunu, tüfəngi avtomobilə özünü çöl sahədə vəhşi heyvanlardan qormaqdan ötrü qoyduğunu, xx.xx.2025-ci il tarixdə, gecə saat 01:30 radələrində Xalıq ilə evə qayıdan zaman yolda polis əməkdaşlarının avtomobili saxladığını, özlərini tədqim etdiklərini və onlara avtomobilin arxa oturacağında olan qoşa lüləli ov tüfənginin kimə məxsus olması ilə bağlı sual verdiklərini, polis əməkdaşlarına ov tüfənginin ona məxus olduğunu və heç bir qeydiyyatının olmadığını bildirdiyini, ona görədə polis əməkdaşlarının onu RPŞ-yə dəvət etdiklərini, polis əməkdaşları ilə birlikdə RPŞ-nə gəldiyini, həmin ov tüfənginin müvafiq icra hakimiyyəti orqanında heç bir qeydiyyatının olmadığını, eləcədə Kürdəmir RPŞ-də tüfəngin qeydiyyatının olmadığını, həmçinin həmin ov tüfəngi ilə heç bir cinayət əməli törətmədiyini bildirmişdir. Beləliklə də aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, 16.07. 2025-ci il tarixdə X4 məxsus xüsusi icazəsi olmayan 1 ədəd 16 kalibirli, qoşa lüləli 11537-57 nömrəli ov silahı aşkar edilərək götürülmüşdür. Ona görə də X3 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işi başlanması rədd edilməlidir. X1 əməlində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməlidir. Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Şəxs törətdiyi inzibati xəta barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq sözü gedən silahın müsadirə edilməklə onun barəsində aşağı həddə inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 80 (səksən) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Kürdəmir rayon polis şöbəsində saxlanılan, Şəxs götürülmüş 1 ədəd Tula markalı, 16 çaplı, 4801 zavod nömrəli, qoşa lüləli ov silahı müsadirə edilsin və Azərbaycan Respublikası DİN-nin X8 Baş İdarəsinin Mərkəzi Anbarına təhvil verilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə, Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-855/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-855/2025
06.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver