Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-856/2023 19.09.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi İnzibati xəta haqqında protokolu tərtib edən şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan Kürdəmir rayonunun Qağacılı kəndində qeydiyyatda olmaqla yaşayan (AZE ********) Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 10 radələrində etibarnamə əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “VAZ 21070” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmir şəhər H.Əliyev prospektində Zərərçəkmiş şəxs idarə etdiyi “BMV X5” markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vuraraq yol nəqliyyat hadisəsi törətmiş, “BMV X5” markalı avtomobilə maddi ziyan dəymiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir RPŞ-nın DYPB-nın polis kapitanı X3 tərtib etdiyi inzibati xəta haqqında protokolu əsaslandırmaq üçün məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs sürücülük hüququ Kürdəmir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(041)-857/2022 saylı qərarı ilə məhdudlaşdırılmışdır. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində etibarnamə əsasında sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21070” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmir şəhər H.Əliyev prospektində hərəkətdə olarkən Zərərçəkmiş şəxs idarə etdiyi “BMV X5” markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində “BMV X5” markalı avtomobilə maddi ziyan dəymişdir. Tərəfləri Kürdəmir rayon polis şöbəsinə dəvət edib izahatlarını aldıqdan sonra Şəxs barəsində Azərbaycan Respublikası İXM-nın 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Odur ki, tərtib edilən inzibati xəta haqqında protokolla bağlı qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonu, Qağacılı kəndində yaşayır, etibarnamə əsasında idarə etdiyi “VAZ 21070” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobili var, lakin nəqliyyat vasitələrini idarə etmək hüququ yoxdur, belə ki, 2022-ci ilin aprel ayında yol hərəkəti qaydasını pozduğu üçün barəsində cərimə tətbiq edilmiş və həmin cəriməyə görə Kürdəmir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(041)-857/2022 saylı qərarına əsasən İXM-nın 529.3-cü maddəsi ilə təqsirli bilinərək sürücülük hüququ məhdudlaşdırılmışdır. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində “VAZ 21070” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmir şəhər H.Əliyev prospektində hərəkətdə olarkən düzgün ara məsafəsi saxlmadığı üçün Zərərçəkmiş şəxs idarə etdiyi “BMV X5” markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində xəsarət alan olmamış, lakin hər iki avtomobilə maddi ziyan dəymişdir. Maddi ziyanla bağlı zərərçəkmiş şəxslə öz aralarında razılıq əldə edəcəkdir. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Zərərçəkmiş şəxs lazımı qaydada məlumat verilməsinə baxmayaraq, təyin edilmiş məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Zərərçəkmiş şəxs gəlməməsini üzürsüz hesab edərək işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş avtomobillərə Texniki Xidmət Məntəqəsindən alınmış 04 nömrəli, xx.xx.2023-cü il tarixli rəydən görünür ki, Zərərçəkmiş şəxs idarə etdiyi “BMV X5” markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 250 manat ziyan dəymişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xəta özünün etirafı, zərərçəkmiş şəxslərin izahatı və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 334.1ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə, beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməlindən peşman olması, səmimi etirafı məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alıram. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq, törətdiyi inzibati xətaya görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Bundan əlavə dəymiş ziyanla bağlı zərərçəkmiş şəxsə mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququları izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 500 (beş yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Dəymiş maddi ziyanla bağlı zərərçəkmiş şəxsə mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququları izah edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X İMANOV
Məhkəmə qərarları › İş №3(041)-856/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-856/2023
19.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver