Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-856/2025 15.10.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X13 İsayev Orxan Mahir oğlunun katibliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X14 Xidməti Aran regional X14 idarəsinin nümayəndəsi X3, X1 iştirakları ilə, X5 Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X14 Xidməti Aran regional X14 idarəsinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən, daxili xidmət mayoru X7 tərəfindən qəbul edilən xx.xx.2025-ci il tarixli, MN1909428 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X2 rayon məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X14 Xidməti Aran regional X14 idarəsinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən, daxili xidmət mayoru X7 tərəfindən qəbul edilən xx.xx.2025-ci il tarixli, MN1909428 nömrəli inzibati tənbeh vermə haqqında qərara xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X9 izahatında bildirdi ki, Aran Regional X14 İdarəsinin əməkdaşı yoxlayıcı X8 onun Kürdəmir şəhəri, Bakı prospektində işlətdiyi bərbərxanaya gələrək onun iştirakı olmadan barəsində qanuna zidd olaraq protokol tərtib etmiş və yanğın söndürmə balonunun olmadığını əsas gətirərək barəsində İXM-in 518.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Onun işlətdiyi bərbərxanada yağınsöndürmə balonu ola-ola barəsində həmin maddə ilə qanunsuz olaraq protokol tərtib edilmiş və həmin protokola təqsirini sübuta yetirən hər hansı fotoşəkil və ya videoyazı əlavə edilməmişdir. Həmçinin protokolda hansı növ yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulması qeyd edilməmişdir. Barəsində qəbul edilən qərarla razı deyil, odur ki, şikayət edilən qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən şəxs Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X14 Xidməti Aran regional X14 idarəsinin nümayəndəsi X8 izahatında bildirdi ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin çıxarışına əsasən planlı (növbəti) yoxlamanın aparılması haqqında qəbul edilmiş qərar 5 gün öncədən sahibkara göndərilmiş, xx.xx.2025-ci il tarixdə Kürdəmir rayonu Bakı prospektində yerləşən X6 məxsus bərbərxanaya özünün iştirakı ilə baxış keçirilmiş, nöqsanlar aşkar edildiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün MN ******* nömrəli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sahibkar sənədləri təqdim etməkdən imtina etmiş və həmçinin tərtib edilmiş protokollara imza etməyəcəyini bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X14 Xidmətinin “Planlı (növbəti) yoxlamanın aparılması haqqında” 3-18-77/Q-1506/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Aran regional X14 İdarəsi tərəfindən xx.xx.2025-ci ildən xx.xx.2025-ci ilədək illik plana əsasən yoxlama aparılması nəzərdə tutulmuşdur. - Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 24 iyul 2025-ci il tarixli çıxarışdan görünür ki, yoxlayıcı orqan-Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X14 Xidməti, yoxlanılan sahibkarlıq fəaliyyəti subyekti–X9, yoxlama müddəti -xx.xx.2025-xx.xx.2025, yoxlamanın tipi plan üzrədir (növbəti). - xx.xx.2025-ci il tarixdə təsdiq edilmiş yoxlama suallarının siyahısından görünür ki, X14 Xidmətinin xx.xx.2025-ci il tarixli, Q-1506 nömrəli qərarı və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY252317341 nömrəli çıxarış əsasında Kürdəmir rayonu, Kürdəmir şəhəri Bakı prospekti ünvanında aparılan planlı (növbəti) yoxlama ilə bağlı yoxlama sualları tərtib edilmişdir. - Aran regional DYNİ-nin DYNŞ-nin inspektoru daxili xidmət kapitanı X8 tərəfindən aparılmış 05 iyun 2025-ci il tarixli, Q-1506 nömrəli Yanğın-Texniki müayinə aktında 1.Obyektin icbari qaydada sığorta müqaviləsinin olmadığı 2.Obyektin elektrik naqillərinin mütəxəssis tərəfindən izolyasiyasının ölçülməsi barədə akt tərtib edilmədiyi 3.Obyektin ilkin xəbərverici siqnali qurğularının varlığı barədə akt təqdim edilmədiyi 4.Obyektin ilkin yanğınsöndürmə balonları ilə tam təmin edilmədiyi qeyd olunmuşdur və sahibkar və ya onun nümayəndəsi aktı imza etməkdən imtina etmişdir. - xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Fövqəladə Hallar Nazirliyinin X12 Xidmətinin Aran Regional X14 İdarəsinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən, daxili xidmət mayoru X7 tərəfindən Kürdəmir şəhəri, Bakı prospektində yerləşən bərbərxananın icarədarı X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 150 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərar ın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəməyə təqdim edilən sənədlərdən və tərəflərin izahatlarından aydın olur ki, X9 tərəfindən YTQ-01-2001 61, 4.2, 10.4 bəndlərinin tələbləri pozulmuş, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Fövqəladə Hallar Nazirliyinin X12 Xidmətinin Aran Regional X14 İdarəsinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən, daxili xidmət mayoru X7 tərəfindən xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və 150 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə, fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Hazırki işdə olan sənədlər araşdırılarkən müəyyən edildi ki, X2 şəhəri, Bakı prospektində işlətdiyi bərbərxanaya ilkin yanğınsöndürmə balonu (quru tipli yanğınsöndürən dodurucu) almış, uyğunluq sertifikatının qüvvədə olma tarixi xx.xx.2026-cı ilə kimi müəyyən edilmişdir. Aran regional X14 idarəsinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən, daxili xidmət mayoru X7 tərəfindən qəbul edilən xx.xx.2025-ci il tarixli, MN1909428 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi üçün yuxarıda qeyd edilən Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsində göstərilən əsaslar olmasa da, X9 tərərfindən ilk dəfə inzibati xəta törədildiyi, yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin aradan qaldırılması ilə əlaqədar xəbərdarlıq edilmədiyi və digər hallar nəzərə alınmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. X5 ilk dəfə inzibati xəta törətməsi, yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin qismən aradan qaldırılmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə araşdırması zamanı X5 məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. X5 törətdiyi inzibati xətanın xarakterini, onun təqsirlilik dərəcəsini və şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyənləndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində tətbiq edilmiş inzibati cərimə tənbeh tədbirinin 150 manatdan 100 manata endirməklə Aran regional X14 idarəsinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən, daxili xidmət mayoru X7 tərəfindən qəbul edilən xx.xx.2025-ci il tarixli, MN1909428 nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilməsini məqsədəuyğun hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İXM-nin 135.1.5-cı maddəsinə əsasən Aran regional X14 idarəsinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən, daxili xidmət mayoru X7 tərəfindən qəbul edilən xx.xx.2025-ci il tarixli, MN1909428 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilməklə şikayət qismən təmin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 136.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərarın surəti, onun qəbul olunduğu gündən iki gün müddətində, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə, zərər çəkmiş şəxsə və ya protest vermiş prokurora verilir. 137.2. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 130-137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Fövqəladə Hallar Nazirliyinin X12 Xidmətinin Aran Regional X14 İdarəsinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən, daxili xidmət mayoru X4 xx.xx.2025-ci il tarixli, MN1909428 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə X9 barəsində 100 (bir yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM XALİQ İMANOV
Məhkəmə qərarları › İş №3(041)-856/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-856/2025
15.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver