Məhkəmə qərarları › İş №3(041)-857/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-857/2023

25.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-857/2023 25.09.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə xx.xx.1982-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Xırdapay kəndində yaşayan- Şəxs barəsində Kürdəmir rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs məhkəmə qərarlarını qəsdən icra etmədiyi üçün xx.xx.2023-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmiş və onun inzibati məsul iyyətə cəlb eduilməsi xahiş edilmişdir. Məhkəmədə Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru, X2 göstərdi ki, Kürdəmir rayon Məhkəməsinin 2(041)-1924/2022 saylı, xx.xx.2022-ci il tarixli ica vəəqəsinə əsasən Şəxs ümumilikdə 675 manat alınaraq X3 ödənilməsi, 2(041)-177/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs Rafq oğlundan cəmi 5070,40 manat alınaraq iddiçı Zərərçəkmiş şəxs2na ödənilməsi və 2(041)-778/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqinə əsasən Şəxs 5703,27 manat alınaraq iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. Kürdəmir rayon məhkəməsiin 2022 və 2023cü il tarixli icra vərəqələri Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədləri üzrə icraata başlanılaraq Şəxs qanuna uyğun olaraq könüllü icra üçün vaxt verilmiş, onun icra şöbəsinə gəlməsi və borcunu ödəməsi tələb olunmuşdur. Borclu Şəxs məhkəmə qətnaməsi ilə razı olmadığını, onun həmin qətnamələri almadığını və həmin qətnamələrdən apelyasiya şikayəti verəcəyini bildirmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, Kürdəmir ryon məhkəməsinin ayrıayrılıqda olan qətnamələrinə əsasən ondan pul tutularaq iddiaçılara ödənilməsi qət edilmişdir. O, bir dəfə məhkəmə iclasında iştirak etsə də sonrakı məhkəmə iclasılarında iştirak etməmiş və məhkəmənini yekun qərarlarından məlumatı olmamışdır. Özü Kürdəmir rayonunun Mürtülü kəndində qeydiyyatda olsa da başqa ünvanda yaşayır. Məhkəmənin qətnaməsi onun qeydiyyatda olduğu ünvana göndərilsə də həmin ünvanda heç kim yaşamır. İcra və probasiya şöbəsinə dəvət ediləndə o, icra şöbəsində də eyni məzmunda izahat verərək məhkmə qətnaməsindən apelyasiya şikayəti verəcəyini bildirmişdir. O, məhkəmə qətnaməsinə hörmətlə yanaşır. Onun heç bir qərəzi yoxdur. Odur ki, barəsində olan inzibati materiala xitam verilməsini xahiş etdi. Beləliklə, məhkəmə barəsində inzibati icraat açılmış Şəxs və İcra məmuru İlham Əliyevin izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati material üzrə icraata xitam verilməlidir. Belə ki, Kürdəmir rayon Məhkəməsinin 2(041)-1924/2022 saylı, xx.xx.2022-ci il tarixli ica vəəqəsinə əsasən Şəxs ümumilikdə 675 manat alınaraq X3 ödənilməsi,2(041)-177/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs Rafq oğlundan cəmi 5070,40 manat alınaraq iddiçı Zərərçəkmiş şəxs2na ödənilməsi və 2(041)-778/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqinə əsasən Şəxs 5703,27 manat alınaraq iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. Şəxs qeyd edilən qətnamələrdən məlumatının olmadığını bildirmiş, yalnız icra məmuru onu icra şöbəsinə dəvət edəndə həmin qətnamədən məlumatının olduğunu bildirmişdir. İcra məmurunun məhkəməyə təqdim etdiyi sənədlərdə Şəxs qeyd edilən qətnaməni alması barədə hər hansı bir sənəd aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsində göstərilir ki,Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunan işlə bağlı icra işi tələb edilib baxış keçirilmiş, icra məmurunun məcburi icranın təmin olunması üçün hansı hərəkətləri etməsi, borclu tərəfindən icra sənədinin hansı üzürsüz səbəbdən icra edilməməsi araşdırılmadan barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə yuxarıda şərh olunanları nəzərə alaraq hesab edir ki, Şəxs hərəkətlərində məhkəmə qərarının icrası ilə bağlı heç bir qərəz yoxdur və İcra məmumurunun çağırışına da könüllü olaraq gəlmişdir. Ona görə də onun barəsində olan inzibati icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsində göstərilir ki, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinəəsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53,106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏ R A R A A L D İ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar