Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-858/2023 15.09.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1977-ci Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Sor-Sor kəndində yaşayan – Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə xidməti ərazidə ictimai qaydanın mühafizəsi üzrə vəzifələri icra edən Kürdəmir RPŞ-inin əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs barəsində xx.xx.2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, onun X3 pul borcu olmuş və Mehdi ondan DİN-nin 102 xidmət mərkəzinə zəng edərək şikayət etmişdir. xx.xx.2023-cü il tarixdə o, beton tökərkən polis əməkdaşları ona zəng edərək barəsində şikayət olduğöunu deyib onu Kürdəmir RPŞ-nə dəvət etmişlər. O,isə beton tökdüyünü deyərək RPŞ-nə gedə bilməyəcəyini demiş və plis əməkdaşları onun işlədiyi yerə gələrək təkidlə onlarla birlikdə polis şöbəsinə getməsini xahiş etmiş,o,isə getmək istəmədiyi üçün onu polis şöbəsinə aparıb barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Hazırda əməlindən peşmandır və ilk dəfədir ki, inzibati xəta hadisəsi törədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Kürdəmir RPŞ İTB-nin polis sahə rəisi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonu Yeni qəsəbə,ev 3,mənzil 31-də yaşayan X4 DİN-nin 102 xidmət mərkəzinə zəng edərək Şəxs 1320 manat dəyərində ət satdığını,lakin Fuadın onun pulunu vermədiyini şikayət etmiş və o,da şikayət əsasında Şəxs zəng edərək barəsində şikayət olduğunu və ondan Kürdəmir RPŞ-nə gəlməsini xahiş etmiş, lakin Fuad şöbəyə gəlməyəcəyini bildirmiş və nə bilirlər etməsini bildirmişdir. xx.xx.2023-cü il tarixdə o, təkrar Fuada zəng edərək şöbəyə gəlməsini xahiş etmiş, lakin Fuad yenə də gəlməyəcəyini bildidikdən sonra onlar Fuadın yerini öyrənərək həmin yerə getmişlər. Fuadı yanlarına çağırıb onlarla birlikdə izahatının alınması üçün şöbəyə getməsini xahiş etdikdə Fuad səs-küy salaraq etiraz etmiş və polisn qanuni tələbinə tabe olmamışdır. Bundan sonra onlar da Fuadı məcburi qaydada Kürəmir RPŞ-nə gətirib barəsində inzibati xəta haqqında protokol tərtib etmişlıər. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta özünün qismən etirafı, şahid ifadəsi, inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə inzibati xəta törədən Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi, səlahiyyətli şəxslərin onun hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətini davam etdirməsini isə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə görə səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutuma haqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə,saat 00.40-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, həmçinin barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə baxışınadək, yəni xx.xx.2023-cü il,saat 17.00-dan xx.xx.2023-cü il,saat 16.5-dək inzibati qaydada tutulmasını nəzərə alaraq Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsini tətbiq etməklə ona təyin edilən cərimə cəzasını yüngülləşdirməyi mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 200 (iki yüz) manat məbləğdə cərimə tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi tətbiq edilməklə Şəxs inzibati qaydada tutulma müddəti nəzərə alınaraq üzərində qəti olaraq 150 (bir yüz əlli) manat cərimə cəzası saxlanılsın, o, dərhal zaldan buraxılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-858/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-858/2023
15.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver