Məhkəmə qərarları › İş №3(041)-859/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-859/2023

15.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-859/2023 15.09.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs Tupr oğlunun iştirakı ilə xx.xx.1974-cü Ağsu rayonunda anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Qarasaqqal kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Kürdəmir şəhərində yerləşən bazarda keçmiş qudası Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir edərək, ictimai qaydanı pozan və ya fiztki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayət edilməyən hərəkətlər etmişdir. Zərərçəkmiş şəxs Tupr oğlunın ərisəzi əsasında Şəxs barəsində xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, Qədim onun keçmiş qudasıdır. Qədimin qızı onun gəlini olmuş və sonradan münasibətləri pozulduğu üçün Qədimin qızını boşamışlar. Bundan sonra da ailələr arasında münasibətlər pozulmuşdur. xx.xx.2023-cü il tarixdə bazarda olarkən Qədimlə rastlaşmış və aralarında mübahisə olmuş, mübahisə zamanı əsəbləşərək ucadan qışqırıb Qədimi nalayiq ifadələrlə təhqir etmişdir. Əməlindən peşmandır və bi daha belə hallara yol verməyəcəkdir. İlk dəfədir ki, inzibati xəta hadisəsi törədir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Tupr oğlu izahatında göstərdi ki, İlhamə onun keçmiş qudasıdır. Onun qızı İlhaməgilin gəlini olmuş və münasibətləri pozulduğu üçün onun qızını boşalar da İlhamə camaat içində onun qızı barəsində nalayiq ifadələr işlədərək onların şərəf və ləyaqətini alçaltmışdır. Onlar hər dəfə də rastlaşanda İlhamə ona qızı barəsində söz ataraq onu qıcıqlandırmışdır. Sonuncu dəfə yəni, xx.xx.2023-cü il tarixdə, saat təxminən 10 radələrində Kürdəmir şəhərində yerləşən bazarda yemiş-qarpız satarkən İlhamə onun yanına gələrək yenə də qızı barəsində söz demiş və onu qıcıqlandıraraq onunla mübahisə etmiş və mübahisə zamanı İlhamə ucadan qışqıraraq onu nalayiq ifadələrlə təhqir etmişdir. Məhkəmə araşdırması zamanı Şəxsnun törətdiyi inzibati xəta özünün etirafı, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə inzibati xəta törədən Şəxsnun əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törədən Şəxsnun şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halı, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində aşağı həddə inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib barəsində 50 (əlli) manat məbləğdə inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar