Məhkəmə qərarları › İş №3(041)-861/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-861/2023

18.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-861/2023 18.09.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X3, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi polis baş leytenantı X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Ərəbxana kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonu Çöl Ərəb kəndində küçədə halayiq ifadələr işlətmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi polis baş leytenantı X2 protokolu şifahi olaraq əsaslandıraraq göstərdi ki, Kürdəmir rayonu Atakişili kənd sakini Tahirə Bünyatova Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq etdiyi şikayətlə bağlı Kürdəmir rayonu Ərəbxana kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs görüb ona yaxınlaşaraq izahat verməsi üçün polis şöbəsinə dəvət etmişlər. Şəxs onların qanuni tələblərinə tabe olmamış, sərxoş vəziyyətdə küçədə qaynanasının ünvanına nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuşdur. Ona görə də, Şəxs məcburi qaydada polis şöbəsinə apararaq izahatı alınmış, barəsində Azərbaycan Respubikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək, aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, ailəsi ilə birlikdə qeydiyyatda olmaqla Kürdəmir rayonu Ərəbxana kəndində yaşayır. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Kürdəmir şəhər mərkəzi bazarına gəlib 300 qram spirtli içki qəbul edib uşaqlarını görmək üçün qaynanasının evinə getmiş, qaynanası yalandan uşaqların Bakı şəhərinə getdiyini bildirib ona uşaqlarını görməyə imkan verməmiş, bu səbəbdən aralarında qısa müddətdə mübahisə yaranmış, həmin vaxt onların mübahisəsini heç kim eşitməmiş, küçəyə çıxandan sonra polis əməkdaşları ona yaxınlaşıb, barəsində şikayət olduğunu bildirib. Heç bir sorğu sual olmadan avtomobilə əyləşdirib polis şöbəsinə aparmışlar. Verdiyi izahatında da baş verənləri olduğu kimi qeyd etmişdir. Hesab edir ki, onun barəsində tərtib edilmiş protokol əsassızdır və barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib edən şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, hərəkətində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmnlakını məhv edilməsi və ya zədələməsi ilə müşaiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki işin yuxarıda qeyd edilən hallarından məlum olur ki, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Şəxs uşaqlarını görmək üçün qaynanasının evinə getmiş, qaynanası uşaqların Bakı şəhərinə getdiyini bildirib ona uşaqlarını görməyə imkan verməmiş, bu səbəbdən aralarında qısa müddətdə mübahisə yaranmış, həmin vaxt onların mübahisəsini heç kim eşitməmiş, küçəyə çıxandan sonra polis əməkdaşları ona yaxınlaşıb, barəsində şikayət olduğunu bildirib, heç bir sorğu sual olmadan avtomobilə əyləşdirib polis şöbəsinə aparmışlar. Şəxs küçədə qaynanasının ünvanına nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozması iş materiallarından görünmür və bu halı təsdiq edən heç bir sübut işə əlavə edilməmişdir. Belə olan halda Şəxs ictimai qaydanı pozan hərəkətlərə yol verməsi təsdiq olunmur, ona görə də onun inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasənbu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar