Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-87/2024 23.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X7, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN1480757 nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədov X4 rayon Məhkəməsinin 2(041)-469/2016 saylı xx.xx.2016-cı il tarixli, 2(041)-1733/2021 saylı xx.xx.2021-ci il tarixli, 2(041)-831/2021 saylı xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli Kürdəmir rayon notariat ofisinin 8İ-8182 saylı xx.xx.2022-ci il tarixli, 8İ-8184 saylı xx.xx.2022-ci il tarixli, 8İ-8183 saylı xx.xx.2022-ci il tarixli icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru M.R.Şirnalıyev inzibati xəta haqqında protokolu əsaslandırmaq üçün məhkəməyə verdiyi izahatında bildirdi ki, Kürdəmir rayon Məhkəməsinin 2(041)-469/2016 saylı xx.xx.2016-cı il tarixli, 2(041)-1733/2021 saylı xx.xx.2021-ci il tarixli, 2(041)-831/2021 saylı xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli Kürdəmir rayon notariat ofisinin 8İ-8182 saylı xx.xx.2022-ci il tarixli, 8İ-8184 saylı xx.xx.2022-ci il tarixli, 8İ-8183 saylı xx.xx.2022-ci il tarixli icra sənədləri üzrə borclu Şəxs ümumilikdə 6105.45 manat borcu var. İcra sənədinin icrası ilə əlaqədar dəfələrlə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq borclu tələbkarlara olan borcunu tam şəkildə ödəməkdən yaranmışdır. Tələbkarların şikayəti əsasında borclu onun dəvətilə Kürdəmir rayon icra və probasiya şöbəsinə gələrək izahat vermiş, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, barəsində olan icra sənədlərindən məlumatı var, işsiz olduğuna görə icra sənədlərini icra edə bilməmişdir, icra sənədləri üzrə 6105.45 manat borcu var. Hazırda təzə işə girib, məqsədi işləyib borcunu qaytarmaqdır. Şəxs izahatının sonunda göstərdiyi halları nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqlnda protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Kürdəmir rayon Məhkəməsinin 2(041)-469/2016 saylı xx.xx.2016-cı il tarixli, 2(041)- 1733/2021 saylı xx.xx.2021-ci il tarixli, 2(041)-831/2021 saylı xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli Kürdəmir rayon notariat ofisinin 8İ-8182 saylı xx.xx.2022-ci il tarixli, 8İ-8184 saylı xx.xx.2022-ci il tarixli, 8İ-8183 saylı xx.xx.2022-ci il tarixli icra sənədləri üzrə borclu Şəxs ümumilikdə 6105.45 manat borcu var. Borclu Şəxs bu günə kimi icra sənədlərini icra etməmiş, icra sənədləri üzrə aparılmış məcburi icra hərəkətləri və görülmüş digər tədbirlər heç bir nəticə verməmiş, borcunu ödəməkdən yarandığından onun barəsində Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Kürdəmir rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı Şəxs Kürdəmir rayon Məhkəməsinin 2(041)-469/2016 saylı xx.xx.2016-cı il tarixli, 2(041)-1733/2021 saylı xx.xx.2021-ci il tarixli, 2(041)-831/2021 saylı xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli Kürdəmir rayon notariat ofisinin 8İ-8182 saylı xx.xx.2022-ci il tarixli, 8İ-8184 saylı xx.xx.2022-ci il tarixli, 8İ-8183 saylı xx.xx.2022-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirmədiyi və onun Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tələblərini pozduğu müəyyən olunur. Belə ki, borclu Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməkdən qərəzli surətdə boyun qaçırmışdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun təqsirlilik dərəcəsini və şəxsiyyətini, icra sənədi üzrə heç bir ödəniş etmədiyini, icra sənədinin icrası ilə bağlı icra məmurunun tələblərini qəsdən icra etmədiyinə görə, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyənləndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tədbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 500 (beş yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-87/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-87/2024
23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver