Məhkəmə qərarları › İş №3(041)-870/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-870/2023

22.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-870/2023 22.09.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1996-cı ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Kürdəmir şəhəri, Koroğlu küçəsi, ev 63/3-də yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs xx.xx.2023-cü il tarixdə sürücülük hüququ olmadan idarə etdiyi “KHAZAR LX” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmir şəhəri, Bakı prospektində hərəkətdə olarkən əks istiqamətli yola çıxaraq Zərərçəkmiş şəxs idarə etdiyi “Mersedes 220” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Şəxs AR İXM-nin 332.4-cü maddəsinin tələblərini pozması aşkar edildiyi üçün xx.xx.2023cü il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək poçt vasitəsi ilə aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, onun özünə məxsus “KHAZAR LX” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili olsa da sürücülük hüququ yoxdur. xx.xx.2023-cü il tarixdə, saat təxminən 09.30 radələrində Kürdəmir şəhəri, Bakı prospekti ilə hərəkətdə olarkən Kürdəmir rayonu Garıs-Əyribənd kəndinə gedərkən qarşıda “Mersedes” markalı avtomobilin dönmə əməliyyatı aparmasına fikir verməmiş və əks istiqamətli yola çıxaraq ötmə əməliyyatı edən zaman həmin avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı bədən xəsarəti alan olmasa da hər iki avtomobil əzilmişdir. O, dəymiş ziyanı ödəmiş və onlar barışmışlar. Əməlindən peşmadır. İlk dəfədir ki, inzibati xəta hadisəsi törədir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstədi ki, onun özünə məxsus “Mersedes 220” markalı, **-TG-*** dövlət qeydiyat nişanlı avtomobili vardır.xx.xx.2023-cü il tarixdə,saat təxminən 09.30 radələrində həmin avtomobillə Kürdəmir şəhəri,Bakı prospekti ilə hərəkətdə olarkən yolun solunda yerləşən avtomobil ehtiyyat hissələri dükanına getmək üçün sürəti azaltmış icazə olan yerdən dönməə işığını yandıraraq dönmə əməliyyatı aparmış,yolun əks istiqamətində arxadan gələn ağ rəngli “KHAZAR AZSAMAND” markalı avtomobil ötmə əməliyyatı aparmaq üçün əks istiqamətli hərəkət zolağına çıxdığı üçün onun avtomobilinin sol arxa tərəfinə vuraraq maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Ziyan tamamilə ödənilmişdi.Onun Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda Şəxs xx.xx.2023-cü il tarixdə hadisə baş verən zaman ayıq olduğu göstərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda “Mersedes 220” markalı,**-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2020 manat ziyan dəydiyi göstərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olması və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olması,”mersedes 220” markalı,**-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum olmadığı göstərilmişdir. Məhkəmə araşdırması zamanı Şəxs AR İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi törətməsi özünün səmimi etirafı,zərərçəkmiş şəxsin izahatı və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXMnin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutlmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tədbiri tətbiq edərkən onun əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməklə barışıq əldə etməsini məsuliyyəti yüngülləşdirən nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.1.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək,habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halı, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106-115,117 və 129- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsi ilə təqsirlibilinib barəsində 400 (dörd yüz) manat miqdarında inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinəşikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar