Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 3(041)-872/2024 19.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlu, X*, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Kürdəmir RPŞ-nın İTB-nın xidməti üzrə baş inspektoru X2, "xxxx" MMC-nin rəhbəri Nümayəndə, Kürdəmir rayon İcra hakimiyətinin tikinti və memarlıq şöbəsinin aparıcı mütəxəssisi X9 iştirakları ilə, "xxxx" MMC-nin rəhbəri Nümayəndə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.*-2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Kürdəmir Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdim: Kürdəmir Rayon Polis şöbəsi tərəfindən "xxxx" MMC-nin rəhbəri Nümayəndə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.*-2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair *5.08.2024-cu il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Kürdəmir Rayon Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Kürdəmir RPŞ-nın İTB-nın xidməti üzrə baş inspektoru X7 tərtib etdiyi inzibati xəta haqqında protokolu şifahi olaraq əsaslandırmaq üçün bildirdi ki, Kürdəmir Rayon Polis şöbəsinə daxil olmuş məlumata əsasən müəyyən edilmişdir ki, "xxxx" MMCnin rəhbəri Nümayəndə Kürdəmir rayonu Xırdapay kəndi ərazisində Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərini pozaraq ərazisində özbaşına tikinti işləri aparmış və 3 yeni fərdi yaşayış evi inşa etmişdir. Aparılan araşdırmadan sonra "xxxx" MMC-nin rəhbəri Nümayəndə hərəkətlərində Azərbaycan Respublikası İXM-nın 395.*-2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xəta tərkibi olduğunu müəyyən etmiş və barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Tərtib etdiyi inzibati xəta haqqında protokolla bağlı qanuni qərar qəbul edilməsini xahiş etdi. Kürdəmir rayon İcra hakimiyətinin tikinti və memarlıq şöbəsinin aparıcı mütəxəssisi X*0 izahatında bildirdi ki, Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən aparılan araşdırma nəticəsində "xxxx" MMC-nin rəhbəri Nümayəndə Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadan özbaşına tikinti işləri apardığı və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.*-2-ci maddəsinin tələblərini pozduğunu müəyyən etmişlər. Odur ki, materiallar baxılması üçün Kürdəmir RPŞ-nə göndərilmişdir. Nəticədə Kürdəmir RPŞ-nın İTB-nın xidməti üzrə baş inspektoru X7 tərəfindən "xxxx" MMC-nin rəhbəri Nümayəndə barəsində İXM-nın 395.*-2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. "xxxx" MMC-nin rəhbəri Nümayəndə izahatında göstərdi ki, Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində tikinti işləri apararaq 3 yeni fərdi yaşayış evi inşa etmək istəmiş və bununla bağlı təməl qoyma proseslərini həyata keçirmişdir. Həmin tikinti işləri ilə əlaqədar adiyyəti qrumlara müraciət edərək lazımı icazə almış, heç bir qanunsuz işlər görməmişdir. Barəsində iznibati xəta haqqında protokolun tərtib edilməsindən məlumatı olmamış, məhkəmədən ünvanına bildiriş daxil olduqdan sonra bu bərədə xəbəri olmuşdur. Hesab edir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclası zamanı tərəflərin iştirakı ilə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər araşdırılarkən müəyyən edildi ki, inzibati xəta haqqında protokol səlahiyyəti olan vəzifəli şəxs tərəfindən tərtib edilməmişdir. Ona görə də, protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: *00.*-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir; *00.5-ci maddəsinə əsasən protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur; *09.*, *09.*.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Prezidentinin 03 may 20*7-ci il tarixli *36* nömrəli Fərmanı ilə təsdiq edilmiş Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısının *2-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin *90 və 25*.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol yerli icra hakimiyyəti orqanı adından – yerli icra hakimiyyəti orqanının başçısı, onun müavinləri, şöbə müdiri, onun müavini, sektor müdiri, başçının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri tərəfindən tərtib edilir. Həmin siyahının 3*-3-cü bəndinə əsasən Məcəllənin 395.*-ci (həmin əməlin Azərbaycan Respublikasının Mənzil X4 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə) və 395.2-ci (həmin əməlin Azərbaycan Respublikasının Mənzil X4 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə) maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Mənzil X8 adından – X6 sədri, onun müavini, Aparatın rəhbəri, Aparatda şöbə müdiri, onun müavini, sektor müdiri tərəfindən inzibati xəta haqqında protokol tərtib edilir. Həmin siyahının 3*-*2-ci bəndinə əsasən Məcəllənin 395.*-2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol 3*-*2.*-ci maddəsinə görə Azərbaycan Respublikası Mənzil X4 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə Azərbaycan Respublikasının Mənzil X8 adından – bu Siyahının 3*-3-cü hissəsində nəzərdə tutulan vəzifəli şəxslər tərəfindən və 3*-*2.2-ci maddəsinə görə digər hallarda yerli icra hakimiyyəti orqanı adından – bu Siyahının *2-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər tərəfindən tərtib edilir. Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.*-2-ci maddəsi ilə inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısında Daxili İşlər Nazirliyi daxil edilməmişdir. Beləliklə, inzibati xəta haqqında protokol səlahiyyəti olmayan şəxs tərəfindən tərtib edildiyindən "xxxx" MMC-nin rəhbəri Nümayəndə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.*-2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Kürdəmir Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, *09, **4 və **5-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: "xxxx" MMC-nin rəhbəri Nümayəndə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.*-2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Kürdəmir rayon Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Kürdəmir Rayon Polis Şöbəsinə geri qaytarılsın. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №3(041)-872/2024
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №3(041)-872/2024
19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver