Məhkəmə qərarları › İş №3(041)-873/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-873/2024

29.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-873/2024 29.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 16.10-da Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1978-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Mürtülü kəndində yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə küçədə qardaşı Zərərçəkmiş şəxs ünvanına nalaiq ifadələr işlətməklə onun üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayət edilməyən hərəkətlər etmişdir. Zərərçəkmiş şəxs şikayəti əsasında Şəxs barəsində xx.xx.2024-cü il tarixdə, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, Nemət onun qardaşıdır. Münasibətləri normaldır. xx.xx.2024-cü il tarixdə o, evdə oalrkən az miqdarda araq içmiş və qardaşı Nemət ona irad bildirmiş, o,da əsəbləşərək Nemətlə mübahisə edərək onu nalayiq ifadələrlə təhqir etmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Qamət onun qardaşıdır və Qamət araq içməyə meyilli olduğu üçün münasibətləri normal deyildir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Qamət sərxoş vəziyyətdə küçəyə çıxmış. O, da Qamətə sərxoş vəziyyətdə küçəyə çıxmamasını demiş, lakin Qamət əsəbləşərək ucadan qışqırıb onu nalayiq ifadələrlə təhqir etmişdir. Məhkəmə araşdırması zamanı Şəxs əməli özünün etirafı iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutlmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmədə inzibati xəta hadisəsi törədən Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən onun əməlindən peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta hadisəsi törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106-115,117 və 129- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, ona 07 (yeddi) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 29 avqust 2024-cü il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar