Məhkəmə qərarları › İş №3(041)-881/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-881/2023

25.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-881/2023 25.09.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 12.10-da Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1979-cu ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Kürdəmir rayonu Sığırlı kəndində yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs narkotik vasitə olan qrudulmuş marixuananı istehlak etmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığı üçün Kürdəmir rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı tərəfindən xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmiş, Şəxs inzibati məsuliyyətə cəlb olunması qərara alınmış və barəsində inzibati xəta haqqında xx.xx.2023-cü il tarixdə, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq xx.xx.2023-cü il tarixdə aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törədən Şəxs göstərdi ki, o, bu il ilk dəfədir ki, narkotik vasitədən istifadə edir. Əvvəllər narkotik vasitədən istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 14 radələrində yaşadığı kənddə olarkən yerdən narkotik vasitəni tapmış və özü isifadə etmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 15 radələrində yaşadığı kənddə olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib onun narkotik vasitəni qanunsuz olaraq üstündə saxlamasındə və daşımasında şübhəli olduğunu bildirilərək onu Kürdəmir RPŞ-nə gtirmişlər. İki nəfər hal şahidi və vəkilin iştirakı ilə üzərində axtarış aparılmışdır. Axtarış zamanı üzərindən heçnə aşkar olunmamış, lakin o, həmin gün narkotik vasitə olan qrudulmuş marixuanadan istifadə etdiyini bildirdikdən sonra Mingəçevir şəhər rayonlararası Narkoloji Dispanserdə müayinədən keçirilmiş və sidiyindən götürülmüş analiz nəticəsində narkotik vasitə olan marixuanadan istifadə etdiyi aşkar edilmişdir. Əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcəkdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 1003 nömrəli sərxoşluq hallarının bütün növləriin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolunun surətindən görünür ki, Şəxs sidiyindən götürülmüş nümunədə narotik vasitədən istifadə etdiyi aşkar edilmişdir. Şəxs əməli özünün etirafı və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, o, kustar üsulla hazırlanmış narkotik vasitə olan qrudulmuş marixuananı istehlak etmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs cəza təyin edərkən onun əməlindən peşman olmasını, məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmiş,lakin məhkəmədə özünü qeyri-səmimi apararaq narkotik vasitənin mənbəyini qəsdən gizlətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarına əlavə edilmiş materiallardan, barəsində inzibati icraat açılmış şəxs Şəxs polis şöbəsinə veriyi iltizamdan və özünün deməsindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saxlanılaraq Kürdəmir RPŞ-nin MSY-də saxlanılmışdır. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Beləliklə, məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib barəsində 20 (iyirmi) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Onun Kürdəmir RPŞ-nin X1 saxlandığı 01 gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 19 (on doqquz) gün inzibati həbs tənbeh tədbiri saxlanılsın. Həbsetmənin əvvəli 25 sentyabr 2023-cü il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar